Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Naxçıvan, 8 may, AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı daxil edilib. Bildirilib ki, 3 may 2024-cü il tarixdə elan olunmuş gündəlikdəki ikinci məsələ - Naxçıvan Muxtar Respublikası Baş nazirinin Nazirlər Kabinetinin üzvlüyü ilə bağlı təqdimatına baxılması Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2024-cü il 7 may tarixli məktubu ilə təqdimat geri götürüldüyündən gündəlikdən çıxarılıb.

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin sədr müavini Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hər il Ali Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin əvvəlki il üzrə fəaliyyəti haqqında hesabat verir.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edib. Ali Məclisin komitə və plenar iclaslarında bir çox mövzularla bağlı müzakirələrin aktiv şəkildə aparıldığını deyən Baş nazir müzakirələrin yüksək səviyyədə aparılmasına və səmərəli təşkilinə görə hökumət üzvləri adından minnətdarlıq edib. Baş nazir Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdim edilməsini hökumətlə Ali Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa böyük fayda verdiyini, eyni zamanda hökumətin gördüyü işləri deputatlarla birgə müzakirə etməyə və qarşıda duran vəzifələri dəqiqləşdirməyə şərait yaratdığını diqqətə çatdırıb. Bildirib ki, muxtar respublikada həyata keçirilən islahatlar, Prezidentin müvafiq fərmanı ilə yeni idarəetmə institutunun yaradılması, bütün sahələrdə əhalinin üzləşdiyi çətinliklərin, problemlərin həllini tapmasına imkan yaradıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı muxtar respublika əhalisinə göstərilən növbəti diqqət və qayğının əyani ifadəsidir.

Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli, Humanitar siyasət komitəsinin sədri Elman Cəfərli, Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova və İqtisadi siyasət komitəsinin sədri İsa İsayev təmsil etdikləri komitələrin rəylərini diqqətə çatdırıblar.

Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə komitə sədrləri İsmayıl Qəribli, Elman Cəfərli, Yeganə Məmmədova, İsa İsayev, deputatlardan Fərəc Fərəcov, Ehtimad Məmmədov, Vüqar Abbasov, Aidə Allahverdiyeva, Arif Qasımov və Nüsrət Həsənov çıxış edib, hesabatla bağlı təklif və tövsiyələrini bildiriblər. Deputatlar, həmçinin seçicilərin qaldırdıqları məsələləri hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Ali Məclisin sədr müavini Anar İbrahimov bildirib ki, hökumətin hesabatı, bütövlükdə prosedurun özü yenidir: “Bu fəaliyyət, ümumilikdə muxtar respublika, burada yaşayan vətəndaşlar üçün faydalı olacaq. Eyni zamanda möhtərəm Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifə - şəffaflığın təmin edilməsi, vətəndaşa yönəlik siyasət, hesabatlılıq və məsuliyyət üçün vacibdir. İnanıram ki, bu ilk təşəbbüs sonradan daha keyfiyyətli işlər üçün möhkəm əsas yaradacaq, bu, həm də Ali Məclisin hökumətlə birlikdə seçicilər qarşısında hesabatıdır”.

Ali Məclisin sədr müavini deyib ki, ötən ilin əsas siyasi hadisəsi ölkə Prezidenti tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafina dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiqi idi. Həmin proqramda da əsas icraçılar arasında adı ən çox təkrarlanan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetidir.

“Hökumətdən gözlənti ilk olaraq icra intizamını gücləndirməkdir. Bu məsələ diqqətdə saxlanmalı və qanunun aliliyi təmin edilməlidir. Bütövlükdə hökumət onun qarşısına qoyulan vəzifələri həyata keçirib. Onun ayrı-ayrı sahələrinin fəaliyyətinin təhlili bunu deməyə əsas verir. İctimai sabitlik təmin olunub, polisə bir institut kimi inam artıb, hesab edirəm ki, bu uğurdur. Dövlət-din münasibətləri, dini siyasət muxtar respublikada yüksək səviyyədə aparılır, institusional əsasda sosial təminat sistemində, sözün əsl mənasında, islahatlar aparılıb, bunu görməmək olmaz. Yeni formalaşan İqtisadiyyat Nazirliyinin düşünülmüş inkişaf və idarəetmə konsepsiyası var, vergi yığımında ciddi irəliləyişlər əldə olunub. İnanıram ki, bu yanaşma bir çox problemlərin həllinə şərait yaradacaq. Digər təşkilatların da adını çəkmək olar. Təbii ki, bütün bunlar yeniliklərin tətbiq edilməsi ilə bağlıdır. Hesab edirəm ki, biz məsuliyyətli, vətəndaşa, onun problemlərinə dair tələbkar olmalıyıq. Muxtar respublikada biznesin inkişafı, investisiyaların cəlbi, iş yerlərinin yaradılması qanunun aliliyinin təmin edilməsindən keçir”, - deyə Ali Məclisin sədr müavini əlavə edib.

Anar İbrahimov bu işdə Ali Məclis adından hökumətə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov və daxili işlər naziri Süleyman Neymətov deputatların səsləndirdiyi sual və təkliflərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

İclasda “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov deputat Cəbi İsmayılova Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanını və deputat Vüqar Abbasova isə Naxçıvan Muxtar Respublikasında iqtisadi sahədə səmərəli fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanını təqdim edib. Anar İbrahimov, eyni zamanda, deputat Turan Məmmədlini may ayının 13-də 40 yaşının tamam olması münasibətilə Ali Məclis adından təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Bununla da Ali Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək

Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub

Dövlət Komitəsinin əməkdaşları Stokholmda yerləşən “Qarabağ” məktəbini ziyarət ediblər

“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir

Parisin hava limanlarının işçiləri tətil edəcəklər

FHN: 40 nəfər xilasedicidən ibarət qrup 2 helikopterlə İranda axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazırdır

İspaniya La Liqası: “Barselona” qalib gəlib, “Real Madrid” xal itirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib

Nigeriya ordusu yaraqlıların əsir götürdüyü 386 nəfəri azad edib

Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır

Türkiyə İrana xilasedici qruplar göndərib

Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir

"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib

"Mançester Siti" İngiltərə çempionu olub

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər VİDEO

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb VİDEO

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək VİDEO

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək VİDEO

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib