Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Bakı, 8 may, AZƏRTAC

“Son dövrlər qlobal miqyasda müşahidə olunan iqlim dəyişmələri ölkəmizin ərazisinə də təsirsiz ötüşməyib. İqlim dəyişmələri əsasən havanın temperaturunun yüksəlməsi, yağıntıların azalması, xüsusilə də təhlükəli hidrometeoroloji hadisələrin intensivliyinin artması ilə özünü göstərir. Bu da qlobal miqyasda iqlim dəyişmələrinin, eləcə də təhlükəli atmosfer hadisələrinin baş verə biləcək fəsadlarının əvvəlcədən müəyyən edilərək əhaliyə və aidiyyəti qurumlara çatdırılması sisteminin, yəni erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsini ön plana çəkir. Bu məqsədlə Milli Hidrometeorologiya Xidmətində müasir müşahidə sistemləri tətbiq olunur, müşahidə şəbəkəsi modernləşdirilir. Belə ki, 2020-ci ildən etibarən son 3-4 il ərzində müşahidə şəbəkəmizdə 40 dəst avtomat hidroloji, 17 dəst avtomat meteoroloji, 4 dəst avtomat okeanoloji stansiya alınaraq quraşdırılmış, 2 dəst radiozond sistemi və 2 dəst dopler hava radarı istifadəyə verilib”.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov mayın 8-də Situasiya Mərkəzində keçirilən mətbuat konfransında deyib.

Gözlənilən təhlükəli atmosfer hadisələri barədə xəbərdarlıqların Milli Hidrometeorologiya Xidmətində tərtib edildiyini və müvafiq dövlət və özəl qurumlara eləcə də əhaliyə çatdırıldığını diqqətə çatdıran Nazim Mahmudov fikirlərinə belə davam edib: “Çoxillik müşahidələrimizin nəticələri göstərir ki, respublikamızın ərazisində ən çox rastlaşdığımız təhlükəli atmosfer prosesləri güclü küləklər, qasırğalar hesab olunur. Belə güclü küləklər əsasən Bakıda və Abşeron yarımadasında, xüsusilə də Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində müşahidə edilir. Müxtəlif dövrlərdə dəniz akvatoriyasında sürəti 40 metr/saniyəyə çatan güclü qasırğalar müşahidə edilib ki, bu da təsərrüfat sahələrinə zərər vurmaqla yanaşı insan tələfatına da səbəb olub. Mütəxəssislərimiz təhlükəli atmosfer hadisələrinin, xüsusilə də güclü fırtınalara və qasırğalara səbəb olan atmosfer prosesləri barədə xəbərdarlıqların tərtib edilməsi və ötürülməsi ilə bağlı inkişaf etmiş Avropa ölkələrinin, eləcə də Türkiyə Respublikasının təcrübəsini öyrəniblər. Bununla əlaqədar 2023-cü ilin dekabrında aidiyyəti mütəxəssislərimizin iştirakı ilə qardaş ölkənin paytaxtı Ankara şəhərinə səfər təşkil olunub, erkən xəbərdarlıqların tərtib edilməsi və aidiyyəti üzrə çatdırılması ilə bağlı türkiyəli həmkarlarla müzakirələr aparılıb. Səfər çərçivəsində Türkiyənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsində (AFAD) görüş keçirilib, xəbərdarlıqların rəng şkalası üzrə tərtib edilməsi təcrübəsi öyrənilib. Həmçinin, Avropada geniş istifadə olunan və 38 Avropa dövlətinin qoşulduğu “Meteo alarm” sistemində xəbərdarlıqların rəng şkalası üzrə verilmə metodikası təhlil edilib”.

Avropanın əksər ölkələrində təhlükəli atmosfer hadisələrinin “Rəng Xəbərdarlıq Sistemi” üzrə təsnifatlandırılmasına gəlincə, ilkin mərhələdə fırtına və qasırğalara səbəb olan güclü küləklər barədə xəbərdarlıqların rəng şkalasına uyğun tərtib edilməsi nəzərdə tutulur. Tərtib olunan xəbərdarlıqların hansı rəng sisteminə aid olmasının müəyyənləşdirilməsi məqsədilə mütəxəssislərimiz respublikanın ayrı-ayrı bölgələrinin, həmçinin Xəzər dəniz akvatoriyasının iqlim şəraiti və relyefi nəzərə alınaraq “Boford” şkalası üzrə qiymətləndirilməsini aparıblar. Beaufort (Boford) şkalası 1963-cü ildə Beynəlxalq Meteorologiya Təşkilatı (indiki ÜMT) tərəfindən qəbul edilib.

Qeyd edək ki, əksər meteoroloji parametrlərdə olduğu kimi, küləyin sürətinin də təhlükəli həddi əraziyə uyğun olaraq müəyyənləşdirilir. Respublikamızın rayonları üçün (Abşeron yarımadası və dəniz akvatoriyası istisna olmaqla) sarı xəbərdarlıqlar – küləyin sürətinin 7-8 bala, narıncı xəbərdarlıq - küləyin sürətinin 9-10 bala, qırmızı xəbərdarlıq isə - küləyin sürətinin 11-12 bala çatacağı halda tərtib olunacaq. Bakı şəhəri, Abşeron rayonu və dəniz akvatoriyasında isə güclü küləklərin tez-tez təkrarlandığını nəzərə alaraq, sarı xəbərdarlıqlar – küləyin sürətinin 8-9 bala, narıncı xəbərdarlıq - küləyin sürətinin 10-11 bala, qırmızı xəbərdarlıq isə - küləyin sürətinin 12 bala çatacağı halda veriləcək. 7-8 balla qiymətləndirilən küləyin gücü saniyədə 14-20 metr, 9-10 balda 20-28 metr, 11-12 balda isə 32 metrə bərabərdir.

Nazim Mahmudovun sözlərinə görə, müsbət münasibət bildiriləcəyi təqdirdə proqnozlaşdırılan hava hadisələri ilə bağlı xəbərdarlıqlar rəng sistemi üzrə tərtib ediləcək və Milli Hidrometeorologiya Xidmətinin internet saytında (www.meteo.az) yerləşdiriləcək:

“Təhlükəli küləklərlə bağlı xəbərdarlıqlar rəng şkalası üzrə interaktiv xəritə üzərində veriləcək. Xəritə Xidmətin internet saytında yerləşdiriləcək və mütəmadi olaraq yenilənməsi təmin olunacaq. Türkiyə təcrübəsinə uyğun olaraq fəlakətli hava şəraiti olan və maksimal sürəti təhlükəli həddə çatmayan küləkli ərazilər xəritədə açıq yaşıl rənglə, sürəti 8-9 bala çatan küləkli ərazilər sarı, küləklərin sürəti 10-11 bal intervalında olan ərazilər narıncı, maksimal sürəti 12 ballıq şkala ilə maksimuma çatan qasırğaların gözlənildiyi ərazilər isə qırmızı rəngdə göstəriləcək”.

 

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: 40 nəfər xilasedicidən ibarət qrup 2 helikopterlə İranda axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazırdır

İspaniya La Liqası: “Barselona” qalib gəlib, “Real Madrid” xal itirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib

Nigeriya ordusu yaraqlıların əsir götürdüyü 386 nəfəri azad edib

Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır

Türkiyə İrana xilasedici qruplar göndərib

Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir

"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib

"Mançester Siti" İngiltərə çempionu olub

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər VİDEO

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb VİDEO

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək VİDEO

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək VİDEO

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO