CƏMİYYƏT
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu mayın 8-də Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı Baş prokuror Kamran Əliyev söyləyib.
K.Əliyev bildirib ki, ölkəmiz müxtəlif sahələrdə böyük uğurlara imza atır. Azərbaycanın beynəlxalq əlaqələri, müxtəlif sahələrdəki nailiyyətləri dövlətimizin gələcəkdə daha böyük uğurlar əldə edəcəyini göstərir.