Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda Kitab festivalı keçirilir

Naxçıvan, 8 may, AZƏRTAC

Mayın 8-də Naxçıvan şəhərindəki “Saat Meydanı” Turizm İstirahət Mərkəzində Kitab festivalının açılışı olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib. Məlumat verilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunan sərgidə 900 çeşiddə, 70 minə yaxın kitab və digər nümunələr nümayiş etdirilir.

Səlahiyyətli nümayəndə Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Müəllimlər İnstitutu üçün ayrılmış stendlərdə Naxçıvanda fəaliyyət göstərən alim və pedaqoqlar tərəfindən nəşr olunmuş tədqiqat əsərləri, dərslik və dərs vəsaitləri, eləcə də qəzet və jurnallara baxıb, muxtar respublikanın müxtəlif sahələri ilə bağlı işıq üzü görmüş tədqiqat əsərlərini yüksək qiymətləndirib. “TEAS PRESS” Nəşriyyat Evində çap olunan yüzlərlə adda dünya klassiklərinin orijinal dildə və tərcümə olunmuş əsərləri, yerli və xarici bədii ədəbiyyat nümunələri, uşaq ədəbiyyatı, dərslik və dərs ləvazimatları festival iştirakçılarının böyük marağına səbəb olub. Nəşriyyat evinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr etdiyi stend də diqqəti xüsusi cəlb edir. Burada dahi liderin mənalı ömür yoluna işıq tutan onlarca yerli və xarici dildə kitablar nümayiş etdirilir. Baxış zamanı səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə “Heydər Əliyev: yaşayan tarix“ kitabı hədiyyə olunub.

Səlahiyyətli nümayəndə festivalda iştirak edən tanınmış yazıçılar Elçin Əzimli, Raqif Raufoğlu, Varis və Mürşüd İsmayılzadə ilə söhbət edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Yazıçılar festivalı yüksək qiymətləndirib, Naxçıvan oxucusunun kitaba olan marağını xüsusilə vurğulayıb, daha çox tarixi romanlara və şəhidlərimizlə bağlı nəşr olunan kitablara üstünlük verildiyini diqqətə çatdırıblar.

Bildirilib ki, son vaxtlar Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqları və şanlı Qələbəmizlə bağlı dəyərli kitablar ərsəyə gəlir və şəhid ailələrinə hədiyyə olunur. Yazıçı-jurnalist Raqif Raufoğlu qələmə aldığı “Ustad”, Elçin Əzimli “Çağrı” və “Dan ulduzu”, Varis “Uzaqdan gələn yağış”, Mürşüd İsmayılzadə “Zəfəri yaşayanlar, yaşadanlar”, “Əjdaha qardaşlığı” və digər kitablarını səlahiyyətli nümayəndəyə təqdim ediblər.

Fuad Nəcəfli festivalda iştirak edən balaca kitabsevərlərə kitablar hədiyyə edib, onlarla xatirə fotoları çəkdirib. Festivalda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə və Mədəniyyət nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə istedadlı qadınların, sağlamlıq imkanları məhdud şəxslərin, məhkumların və digər kateqoriyadan olan şəxslərin yaradıcılığı, əl işləri və sənətkarlıq nümunələrinin sərgi-satışı təmin olunub. Səhiyyə Nazirliyi isə festival iştirakçıları üçün maarifləndirici guşə təşkil edib. Həmçinin iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün ayrılmış stenddə muxtar respublikanın zəngin təbii sərvətlərindən nümunələr, onlar haqqında çap məhsulları, Naxçıvanın ekosisteminin tədqiqi və emalında istifadə olunan cihazlarla tanış ola bilərlər. Naxçıvanda brayl əlifbası ilə nəşr olunmuş kitab və digər çap vəsaitləri ilə tanış olan səlahiyyətli nümayəndəyə məhdud fiziki imkanlı gənclərin təhsili və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, bu kateqoriyadan olan şəxslər üçün xüsusi fərdi və inklüziv tədris imkanları yaradılıb, bu günədək mindən artıq brayl əlifbası ilə dərslik, bədii ədəbiyyat və jurnallar nəşr etdirilib.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası “Heydər Əliyev – 101”, “Naxçıvan Muxtar Respublikası – 100”, “Yaşıl dünyamız – sağlam gələcəyimiz” və “Uşaqların nağıl dünyası” başlıqlı sərgilərlə, “SEVİNC - Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək” İctimai Birliyi isə milli dəyərlərimizi əks etdirən nümunələrlə festivalda təmsil olunub.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Sevgi Abdullazadənin Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Kitablardan qazandığım dostlarım” adlı kitab və karikatura sərgisi festivala özünəməxsus rəng qatıb. Səlahiyyətli nümayəndə Sevginin rənglər dünyasına maraqla baxıb, gənc istedadın yeni ərsəyə gətirəcəyi rəsm tablosuna ilk rəngi çəkib, onunla xatirə fotosu çəkdirib. Gənc könüllülər Kitab festivalının təşkilində fəal iştirak edib, kitab və mütaliə ilə bağlı fləş-mob təqdim ediblər. Könüllülərin “Kitab hədiyyə et, dəyər qat” aksiyası ilə tanış olan Fuad Nəcəfliyə məlumat verilib ki, layihə çərçivəsində iştirakçıların təqdim etdikləri kitablar cəzaçəkmə müəssisəsi, internat məktəbi və ahıllar evinə təqdim olunacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və ˝TEAS Press˝ Nəşriyyat Evinin təşkilatçılığı ilə keçirilən kitab festivalı mayın 11-dək davam edəcək. Festival çərçivəsində tanınmış şair və yazıçılar Elçin Əzimli, Raqif Raufoğlu, Varis, Mürşüd İsmayılzadə, Elxan Elatlı, Aqşin Yenisey, Zahid Xəlil, Aysel Şıxlının iştirakı ilə maraqlı görüşlər, imza saatları, panel müzakirələri keçiriləcək, müxtəlif istiqamətlərdə maarifləndirmə aksiyaları təşkil olunacaq, uşaqlar üçün əylənərək öyrənmək imkanı yaradılacaq. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) də media tərəfdaşlığı ilə keçirilən kitab sərgisində iştirak ödənişsizdir. Festival iştirakçıları endirimli kitablardan faydalana və yaradıcı insanların müxtəlif əl işləri və beyin məhsulları ilə tanış ola bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Komitəsinin əməkdaşları Stokholmda yerləşən “Qarabağ” məktəbini ziyarət ediblər

“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir

Parisin hava limanlarının işçiləri tətil edəcəklər

FHN: 40 nəfər xilasedicidən ibarət qrup 2 helikopterlə İranda axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazırdır

İspaniya La Liqası: “Barselona” qalib gəlib, “Real Madrid” xal itirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib

Nigeriya ordusu yaraqlıların əsir götürdüyü 386 nəfəri azad edib

Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır

Türkiyə İrana xilasedici qruplar göndərib

Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir

"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib

"Mançester Siti" İngiltərə çempionu olub

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər VİDEO

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb VİDEO

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək VİDEO

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək VİDEO

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib