Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub YENİLƏNİB-3 VİDEO

Şuşa, 2 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilən VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri mədəniyyət paytaxtımız Şuşa şəhərində dini liderlərin Şuşa görüşündə bir araya gəliblər.

Görüşdə əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə daim böyük qayğı ilə yanaşdığını bildirib, dinlərarası dialoq və multikulturalizm ideyalarının dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı və inkişaf etdirilməli olduğunu qeyd edib.

Sonra BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdül Salam, Misirin baş müftisi Şövqi Əllam, Rusiyanın Baş ravvini Berl Lazar və digərləri Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyini vurğulayıblar. Görüş iştirakçıları, həmçinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə yönəlik dəyərli fəaliyyət və səylərə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinə, VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Bakı və Şuşa görüşlərinin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

Dünya mədəni və mənəvi irsinə aid olan, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində işğal dövründə dağıdılmış mədəni və dini abidələrin bərpası prosesi yüksək dəyərləndirilib.

Şuşa görüşünün iştirakçıları müzakirələrdə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin yüksək səviyyədə formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyini bildiriblər. Eyni zamanda, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə yönəlik dəyərli fəaliyyət və səyləri, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələri yüksək qiymətləndirilib. Dini liderlər ölkəmizin mədəniyyət paytaxtı Şuşada dini liderlərin forumlarının mütəmadi keçirilməsi barədə təşəbbüs irəli sürüblər.

Sonra dünya dini liderlərinin Şuşa Bəyannaməsi yekdilliklə qəbul edilib.

İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu “Bakı Prosesi”ni alqışlayaraq, cari ilin noyabrında keçiriləcək COP29 - İqlim Dəyişikliyi üzrə Bakı Sammitinin təşkilatçısı Azərbaycan Respublikasına uğurlar diləyiblər.

Sonra dini liderlər Şuşada erməni vandalizminin nəticələri ilə tanış olub, Azərbaycan dövlətinin bu ərazilərdə apardığı bərpa, yenidənqurma işlərinin gedişatı barədə məlumatlandırılıblar.

14:51

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünya dini liderlərinin Şuşa Bəyannaməsi yekdilliklə qəbul edilib. İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu “Bakı Prosesi”ni alqışlayaraq, cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla təşkil ediləcəyinə əminiklərini bildiriblər.

14:14

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşü keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak edirlər.

13:05

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Füzuli şəhəri ilə tanışlıqdn sonra Şuşa şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dini liderlərin iştirakı ilə Şuşa görüşü keçiriləcək, dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul ediləcək.

Səfər iştirakçıları Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.

Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub YENİLƏNİB-3 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“GreenAgroHack” startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

PFL Azərbaycan çempionları üçün hazırlanmış yeni kubok və medalları təqdim edib

2027-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatının keçiriləcəyi ölkə bəlli olub

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“Aztelekom” Masallı şəhərində GPON texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb

Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib

Azərbaycan və Belarus prezidentləri Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar YENİLƏNƏCƏK

YURDUM – Azərbaycanın ilk sosial ekokənd layihəsi

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib YENİLƏNƏCƏK

Azərbaycan və Belarus prezidentləri Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar YENİLƏNƏCƏK

Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış YENİLƏNƏCƏK

Alessandra Rokasalvo: Azərbaycanın böyük yaşıl enerji potensialı var

Bəzi yerlərdə fasilələrlə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var

Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər YENİLƏNƏCƏK

Fransa zor gücü ilə Yeni Kaledoniyanı öz təsir dairəsində saxlamaq istəyir - ŞƏRH

Azərbaycan həndbol millisi Özbəkistanda ikinci qələbəsini qazanıb

“Dərbəndin müdafiə-istehkam qurğuları (qədim dövrdən XX əsrin əvvəllərinə qədər)” kitabı çapdan çıxıb

Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub

Prorektor: BDU-da keçirilən tibbi aksiyanın müddəti uzadılıb

Faktiki hava: Dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta qeydə alınıb

“Liverpul”u mövsümün sonunda tərk edəcək ilk futbolçu məlum olub

NBA: “Minnesota Timbervulvz” seriyanı bərabərləşdirib

“Middle East Monitor” jurnalı Azərbaycanın yaşıl iqtisadiyyata keçid prosesindən yazıb

Azadlıq mübarizəsi aparan xalqların Fransa müstəmləkəçiliyinə etirazları tam legitimdir ŞƏRH

Kiberfiziki sistem komponentlərinin funksional boşluqlarına dair tədqiqat aparılır

Küveyt Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Şuşa hər zaman Türk dünyasının mənəvi paytaxtı olaraq qalacaq

XİN: Fransa tərəfi Azərbaycanla bağlı son açıqlamasına görə üzr istəməlidir

İki ölkədən heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

AFFA rəhbərliyi bir neçə assosiasiya ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Qazax rayonunda əmək hüquqlarını pozan işəgötürən cərimələnib

Azərbaycanda bloklanmış IMEI kodlarla 1 milyon dəfədən çox şəbəkəyə qoşulma cəhdi olub

Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək

DSMF-nin xərcləri 13,3 faiz artıb

Azərbaycan Premyer Liqası: XXXV turun hakimləri müəyyənləşib

AMB sədri: Hər bir dövlətin maliyyə sisteminin yeni çağırışlara cavab verməsində özəl sektor mühüm rol oynamalıdır

DİN rəsmisi: İnsan alverinin qurbanı olan 98 nəfərə 5300 manat yardım edilib

Laosun şimalında böyük Budda heykəli aşkarlanıb

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...

Veteran futbolçu: Avrokuboklara hansı komandaların vəsiqə qazanacağını proqnozlaşdırmaq çətindir

Qlobal iqlim dəyişikliyi və Azərbaycanın müasir ekosistemi - konfrans

Fərid Hüseynov: “Kapital Bank”ın “Naxçıvan Bank”ı, eləcə də hər hansı bankı almaq planı yoxdur

Ötən il Azərbaycanda 91 nəfər insan alveri qurbanı olub

FHN insan sağlamlığı üçün təhlükə yaradan maye qazdoldurma məntəqələrinin istismarını dayandırıb

® “Maserati” sərgisi “Trident”in yeni elektrik dövrünü elan edir və dünyaya “GranCabrio Folgore”u təqdim edir - FOTO

Nazirlik rəsmisi: İnsan alverinə qarşı mübarizə istiqamətində işlər mütəmadi davam etdirilir

Azərbaycan PATA-nın sammitində təmsil olunur

Agentlik rəhbəri: 14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası üzrə akkreditasiya həyata keçirilir

Yanvar-aprel aylarında əlilliyi olan 33,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib

KXDR Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Braziliyada daşqınlar 150-dən çox insanın həyatına son qoyub

Baş nazir Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşüb

“Yaşıl dünya naminə həmrəylik” adlı tədbir təşkil olunub

“Heydər Əliyev Kuboku”: Azərbaycanın 7 boksçusu finala yüksəlib

DİA-da “Azərbaycanda yaşıl iqtisadiyyat və COP29” mövzusunda mühazirə dinlənilib

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

G7 ölkələri QHT-lərinin bəyanatı: COP29 ölkəsi olan Azərbaycan iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün nümunəvi liderlik nümayiş etdirir

“Avro-2026”: Azərbaycan futzal millisi püşkatmada 3-cü səbətdə yer alacaq

Mingəçevir Dövlət Universiteti Ankarada beynəlxalq konfransa tərəfdaşlıq edib

Kilian Mbappenin “Real Madrid”dəki məvacibi bəlli olub

Professor: Yazılı tarixi abidələrin dili və klassiklərin əsərləri ilə bağlı konkordansların hazırlanması nəzərdə tutulur

AQTİ işə qəbul elan edir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ilk kollegiya iclası keçirilib

Akademik Urxan Ələkbərov: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin siyasi və iqtisadi nüfuzunun göstəricisidir

Azərbaycan və Ermənistanın parlament sədrləri dialoqun davam etdirilməsi barədə razılığa gəliblər

Nazir: Azərbaycanda dekarbonizasiya haqqında qanun layihəsi hazırlanır

Lerikdə çətin relyef şəraitində əməliyyat keçirilib, narkokuryerlər saxlanılıb

Türkiyə parlamentinin deputatı: Türk dövlətləri Qərb ölkələrinin riyakarlığını yadda saxlamalıdır

Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gəlib

COP29 çərçivəsində Parlament görüşünün təşkilinə dair Anlaşma Memorandumu imzalanıb

Dövlət Xidməti Lənkəranda gənclərlə görüş keçirib

Fatih Terim “Panatinaikos” klubundan ayrıldığını açıqlayıb

® Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu: Hipertoniyanı aradan qaldırmaq üçün həyat tərzini tamamilə dəyişmək lazımdır

“Kapital Bank” işğaldan azad edilmiş daha bir neçə bölgədə filial açacaq

Beynəlxalq Hava Limanında axtarışda olan şəxs saxlanılıb

DİN: İnsan alverinə görə 12 nəfər İnterpol xətti ilə axtarışa verilib

Tunis dörd ayda 21,5 mindən çox miqrantın İtaliyaya keçməsinin qarşısını alıb

Bu il “Kapital Bank” manatla istiqraz buraxacaq

Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək

Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir

Ötən il 89 nəfər Azərbaycan vətəndaşı xarici ölkələrdə cinsi istismara məruz qalıb

Niderland Avropa İttifaqının miqrasiya siyasətində iştirakdan imtina edəcək

Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış keçirilib

Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri FOTO VİDEO

Ordubad və Şərur rayon Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinə mediatur təşkil olunub

Sufi fenomenologiya: yeni fəlsəfi yanaşma və gələcəyə baxış

Zahid Oruc: Son 20 ildə Azərbaycanda 1350 nəfər insan alverinin qurbanı olub

Dubay-Madrid: Futbol vasitəsilə həmrəylik

Azərbaycanın voleybol yığmaları Qızıl Avropa Liqasında mübarizəyə başlayır

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı müzakirə olunur

Göygöldə ekologiya və ətraf mühitin qorunması istiqamətində forum keçirilib

Dünya birjalarında neft bahalaşıb

Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür

Naxçıvanda bu ilin dörd ayında 2987 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Bu gün görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür

Fukuşima AES-in suyunun okeana axıdılmasının altıncı mərhələsi başlayıb

Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa şəbəkəsinin Baş Assambleyası keçirilir

XİN: Azərbaycanın İrandakı səfirliyinin yeni məkanı artıq müəyyən edilib

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub