İQTİSADİYYAT
Fərid Hüseynov: “Kapital Bank”ın “Naxçıvan Bank”ı, eləcə də hər hansı bankı almaq planı yoxdur
Bakı, 17 may, AZƏRTAC
“Kapital Bank”ın “Naxçıvan Bank”ı, eləcə də başqa hər hansı bir bankı almaq planı yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov bankın ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Fərid Hüseynov bildirib ki, “Naxçıvan Bank”dan “Kapital Bank”a ötürülən kredit portfelinin həcmi 184 milyon manat həcmindədir: “Kredit portfelinin 84,5 milyon manatı korporativ kreditlərin, qalan hissəsi isə qeyri-korporativ kreditlərin payına düşüb”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Naxçıvan Bank”ın portfelinin bir hissəsinin səhmdarların qərarı ilə “Kapital Bank”a satıldığını açıqlamışdı.