İDMAN
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
Bakı, 8 may, AZƏRTAC
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş fakültələrarası futzal turnirinə yekun vurulub.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AzTU-nun idman sarayında keçirilən final qarşılaşmasında Metallurgiya və Materialşünaslıq fakültəsinin komandası Maşınqayırma və Robototexnika fakültəsinin kollektivini 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Çempion komanda AFFA tərəfindən kubokla mükafatlandırılıb. Kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Azərbaycan Texniki Universitetinin rəsmi şəxsləri birlikdə təqdim ediblər.
Həmçinin turnirdə ilk üç yerin sahiblərinə müvafiq medallar təqdim olunub, fərqlənən oyunçulara müxtəlif nominasiyalar üzrə mükafatlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2024 [19:51]
Bakıda keçiriləcək festivalda ilk milli kiberoyunlar nümayiş olunacaq
- 29.05.2024 [19:03]
Azərbaycan boksçusu Olimpiya lisenziyasının bir addımlığında
- 29.05.2024 [18:51]
Karlo Ançelotti: Dünyanın ən yaxşı baş məşqçisi Qvardioladır
- 29.05.2024 [18:23]
“Avro-2024”: Niderland millisinin yekun heyəti bəlli olub
- 29.05.2024 [18:18]
“İrəvan” klubu I Liqadan kənarlaşdırılıb
- 29.05.2024 [17:44]
“Səbail” klubu Şahin Diniyevlə müqaviləni yeniləyib
- 29.05.2024 [17:38]
Bakıda ilk dəfə padel tennisi üzrə beynəlxalq turnir keçirilir
- 29.05.2024 [17:28]
İngiltərə klubu 5 oyunçu ilə yollarını ayırıb
- 29.05.2024 [17:09]