SİYASƏT
AZƏRBAYCAN-ÖZBƏKİSTAN DOSTLUQ CƏMİYYƏTİ İDARƏ HEYƏTİNİN İLK İCLASI KEÇİRİLMİŞDİR
Sentyabrın 3-də Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə heyətinin ilk iclası keçirilmişdir. Gündəlikdə Cəmiyyətin sədrinin seçilməsi məsələsi dururdu. İdarə heyətinin üzvlərindən “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti Hüseyn Hüseynov, Milli Məclisin deputatı Yaqub Mahmudov, Konstitusiya Məhkəməsinin hakimi Eldar Məmmədov və başqaları çıxış edərək, Cəmiyyətin sədri vəzifəsinə Milli Məclisin deputatı, Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimovun namizədliyini irəli sürdülər. Eldar İbrahimov açıq səsvermə yolu ilə Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri seçildi.
İclasda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Özbəkistanın Bakıdakı səfirliyinin birinci katibi Kunanışbek Urazbayev iştirak edirdi.