Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

AZƏRBAYCANDA UKRAYNA MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞLANDI

Mayın 23-də Azərbaycanda Ukrayna mədəniyyəti günləri başlanmışdır. 

Ukraynalı qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək, vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarından keçmiş cəsur Azərbaycan övladlarının xatirəsini ehtiramla andılar.

Nümayəndə heyətinin rəhbəri, Ukraynanın mədəniyyət naziri Yuri Boqutski “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Sonra qonaqlar R.Mustafayev adına Dövlət İncəsənət Muzeyinin həyətinə gələrək, Natəvanın, Üzeyir Hacıbəyovun və Bülbülün burada saxlanılan abidələri önünə gül-çiçək qoydular. Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu məlumat verdi ki, vaxtilə abidələr bu böyük insanların vətənində - Azərbaycan şəhəri Şuşada ucaldılmışdı. Bu şəhər Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra abidələr gülləbaran edilmişdir. O vaxt Azərbaycan hökuməti xəbər tutdu ki, ermənilər bu abidələri metal kimi əritməyə göndərmək istəyirlər. Lakin vasitəçilərin köməyi ilə abidələr alındı və həmin vaxtdan burada saxlanılır.

Elə həmin gün Muzey mərkəzində iki ölkənin mədəniyyət nazirləri arasında əməkdaşlıq protokolu imzaladılar. İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında nazirlər vurğuladılar ki, ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur. Ukrayna Prezidenti Leonid Kuçmanın və Azərbaycan Prezidenti Heydər Əliyevin şəxsi dostluğu bu münasibətlərə xüsusi əhəmiyyət verir. Artıq ənənəyə çevrilən mədəniyyət günləri dostluq tarixinin böyük kökləri olan iki xalqı daha da yaxınlaşdırır.

Mətbuat konfransında bildirildi ki, mədəniyyət günləri çərçivəsində Bakıda iki sərgi açılacaq, Ukrayna incəsənət ustalarının konsertləri olacaqdır.

Sonra Səttar Bəhlulzadə adına Dövlət Sərgi Salonunda Ukrayna dekorativ - tətbiqi sənət əsərləri sərgisinin açılışı oldu.

Sərgidə ölkənin ən böyük incəsənət muzeyi olan Ukrayna Xalq Dekorativ - Tətbiqi Sənət Muzeyinin zəngin kolleksiyasından gətirilmiş eksponatlar münayiş etdirilir.

100 illik tarixi olan muzeydə Ukraynanın XV-XXI əsrlərə aid xalq və dekorativ - tətbiqi sənət əsərlərinin 75 mindən çox nümunəsi saxlanılır. Burada Ukraynanın bütün regionlarını təmsil edən sənət nümunələri nümayiş etdirilir. Ukraynanın xalq rəssamı Katerina Belokurun mənzərə əsərləri isə muzey kolleksiyasının inciləri sayılır.

Ekspozisiyada Çerniqov, Poltava və İvano-Frankovsk vilayətlərinin XIX əsrə və XX əsrin əvvəlinə aid xalq geyimlərinin 4 dəsti nümayiş etdirilir. Sərgidə təmsil olunmuş tətbiqi sənət növlərindən biri də xalçaçılıqdır. Yüzilliklər ərzində bu sahədə vahid milli üslub formalaşmışdır.

X X X

Həmin gün Dövlət Musiqili Komediya Teatrında Azərbaycanda Ukrayna mədəniyyəti günlərinin təntənəli açılış mərasimi oldu.

İki ölkənin dövlət himnləri səsləndi.

Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu və Ukraynanın mədəniyyət naziri Yuri Boqutski mərasimdə çıxış edərək vurğuladılar ki, belə tədbirlərin keçirilməsi xalqlarımızın adət və ənənələrini daha yaxından öyrənməyə imkan verir. Ötən il Ukraynada keçirilən Azərbaycan mədəniyyəti günləri çoxəsrlik dostluq münasibətləri olan xalqlarımızın mədəni həyatında böyük hadisəyə çevrildi. Ukrayna və Azərbaycan müstəqillik əldə etdikdən sonra bu münasibətlər xüsusi əhəmiyyət kəsb etmişdir. Nazirlər vurğuladılar ki, Ukrayna Prezidenti Leonid Kuçma ilə Azərbaycan Prezidenti Heydər Əliyevin şəxsi dostluğu bu münasibətlərə böyük təkan vermişdir.

Yuri Boqutski Ukrayna Prezidenti Leonid Kuçmanın Mədəniyyət günlərinin iştirakçılarına təbrik məktubunu oxudu.

Açılış mərasiminin sonunda Ukraynanın xalq artisti Viktor Qutsalanın idarəsi ilə Ukrayna Milli xalq çalğı alətləri orkestrinin və Ukrayna incəsənət ustalarının konserti oldu.

Baş nazirin birinci müavini Abbas Abbasov, baş nazirin müavini Elçin Əfəndiyev, Ukraynanın Bakıdakı səfiri Boris Aleksenko, Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev açılış mərasimində iştirak edirdilər.

AZƏRTAC

Foto İlqar Cəfərovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Rəşad Əzizov: İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir

Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 10 mərkəzdə aparılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib

A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib

Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

İtaliyada Respublika Günü qeyd olunur

Sərnişin metroda stansiya yoluna düşüb

Metyu Brayza: Azərbaycanın COP29-a möhtəşəm ev sahibliyi edəcəyi indidən məlumdur

İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi bölgələrdə 35 dərəcə isti olacaq

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Kürdəmirdə yol qəzasında sürücü ölüb VİDEO

“Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, dolu düşüb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət ediblər

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bu gün Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportu: Regional hava limanlarından yeni reyslərin açılması gözlənilir

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Dünya hava məkanında mühüm yerə malik olan 86 illik mülki aviasiyamız

Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şəhid övladlarının Bulvar gəzintisi təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Dənizkənarı Milli Parkda "Uşaqlar idmanı sevir" adlı festival keçirilib

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb