Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Media haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90 (Cild I) 59.2-ci maddəsində “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə “Ali Məhkəməsi” sözlərindən sonra “və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2024-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin