Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Yuğ” teatrı “21:45 qatarı” premyera tamaşasını növbəti dəfə təqdim edib

Bakı, 18 may, AZƏRTAC

Dövlət “Yuğ” Teatrında “21:45 qatarı” adlı premyera tamaşası növbəti dəfə tamaşaçılara təqdim edilib. Ekzistensial oyun janrında olan tamaşa Türkiyə dramaturqu Toyqun Orbayın eyniadlı pyesi əsasında səhnələşdirilib.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru “Yuğ” teatrının baş rejissoru Mikayıl Mikayılovdur. Rolları Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova və aktyorlar Vüqar Hacıyev, Elgün Həmidov, Zümrüd Qasımova ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti Günel Səfərovadır.

Tamaşanın süjet xəttinə görə, qadınla kişi kiçik bir vağzalda görüşür və saat 21:15-də, bəlkə də heç vaxt gəlməyəcək qatarı gözləyirlər. Onlar vaxtlarını incəsənət, musiqi, həyatın mənası haqqında danışmağa sərf edirlər. Əsas personajlar stansiya rəisi ilə də görüşür və o, onlara qatarların heç vaxt dayanmadığı stansiyanı idarə etməyin nə demək olduğunu deyir... Tamaşanın epiqrafı Karl Qustav Yunqun “Uliss monoloqu”ndan sitatdır: “İblisin günahkar ruhlara necə əzab verdiyini bilirsiniz? Onları gözləməyə məcbur edir”.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Toyqun Orbayın pyesi onu özünəməxsus estetikası ilə maraqlandırıb və “Yuğ” teatrının poetikasına ruhən yaxın olduğunu görüb.

Agentliyin müsahibi deyib: “Mən onun məzmununda müəyyən bir hal olduğunu hiss etdim və onu səhnədə təcəssüm etdirmək istədim. Çox xoşuma gəldi. Bir rejissor kimi mənim üçün təklif olunan hadisənin ideyası, şəraitin özü maraqlı oldu. Bu, həm mənə, həm də sənətçilərə fantaziyalar üçün imkan verir”.

Rejissor tamaşanı çox aktual və müasir dövrə uyğun hesab edir: “Onun müəyyən ümidlərlə bağlı leytmotivi var, buradakı insanlar öz həyatlarının dramını canlandırırlar. Yaşadığımız təlaş insanı tənhalığa məhkum edir. Bu təlaşda insan özünü itirə bilər, sonra tapa da bilməz. İnsanlar arasında ünsiyyət yox olur və bir növ mexanikləşmiş kainat yaranır ki, bu da tamaşada çox aydın hiss olunur”.

Mikayıl Mikayılovun sözlərinə görə, “Yuğ” teatrının yaradıcı kollektivi tamaşanı çox gözəl qarşılayıb. “Biz müxtəlif tamaşalar üzərində çox işləyirik və bu cür ağıllı dialoqları ehtiva edən material üzərində çalışmağımız ilk dəfə deyil. Əvvəllər haqqında danışdığım hissləri komanda da keçirdi və bunu səhnədə reallaşdırmağa çalışdı. Düşünürəm ki, bu, teatrımızın yaradıcılığında, eləcə də mənim yaradıcılığında, aktyor işində maraqlı yeni mərhələdir”.

Rejissorun da qeyd etdiyi kimi, tamaşa üzərində iş çox ciddi aparılıb: “Biz tamaşanı çox müzakirə etdik, danışdıq, səhnədə sənətkarların mövqeyini müəyyənləşdirdik. Çalışdıq ki, hər sözü, hər fikri özümüz üçün başa düşək, onun içimizdən keçməsini təmin edək. Sonda biz ümumi konsensusa gəldik - qaydaları müəyyən etdik, janrı müəyyənləşdirdik və bundan sonra əsəri səhnələşdirməyə başladıq”.

Tamaşada iki aktyor heyəti iştirak edir. Mikayıl Mikayılovun dediyi kimi, iki heyətdə məşq etmək çox maraqlı olub: “Hər bir aktyorun özünəməxsus fərdiliyi, öz üzvi təbiəti var və bunlar canlandırılan obrazla birləşərək, bir növ qaynaşma yaradır, eyni zamanda, fantastik, maraqlı, bənzərsiz bir hekayə meydana çıxır”.

Rejissorun sözlərinə görə, o, ilk növbədə tamaşa vasitəsilə bu fəlsəfi əsərə hopmuş ab-havanı, gözləmə hissini tamaşaçıya çatdırmaq istəyib. “Hər bir tamaşaçı özünəməxsus şəkildə bu həyatda öz “qatarını” gözləyir və hər kəsin bu intizara öz fərdi münasibəti var. İstəyirəm tamaşaçı pyesdə səslənən suala cavab tapsın; özümüzü tapdığımız təlaşda, ümumiyyətlə bu həyatda öz rolumuza qərar verə bilmirik - biz kimik? İstədiyimiz kimi yaşayırıq, yoxsa iradəmizdən kənarda müəyyənləşən həyatı yaşayırıq? O ki qaldı həmin “qatar”a, gəlsə də, gəlməsə də olar... Mənə elə gəlir ki, o, çoxdan gəlib, sadəcə, biz bunu hiss etmirik”, - deyə rejissor əlavə edib.

Dövlət “Yuğ” Teatrı 1989-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qanadı altında Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən yaradılıb. 1992-ci ildə bu sənət ocağına dövlət teatrı statusu verilib. Bu avanqard teatrın əsas prinsipləri seçilmiş mövzuların aktuallığı, tanış hekayələrin qeyri-standart şərhi və yeni formalarla sınaqdan keçirilməsidir. “Yuğ” teatrı öz tarixi boyu 90-dan çox tamaşaya səhnə həyatı bəxş edib. Teatrın truppası bir çox beynəlxalq festivallarda iştirak edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Atilla Tilki: Ağdamda görülən möhtəşəm işlərin nəticəsinin şahidi olduq

Azərbaycanın Xalq rəssamı “Birlik ulduzları” mükafatının laureatı olub

Kürdəmirdə ağır yol qəzası olub, ölənlər var

MN: Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq

ŞKTR parlamentinin sədri Milli Məclisin spikerini Lefkoşaya dəvət edib

Saatlıda gənc oğlan Araz çayında boğularaq ölüb

Allahşükür Paşazadə yeni təyin olunmuş Yepiskop Aleksiyi qəbul edib

Qazaxıstan Transxəzər marşrutunun səmərəliliyini artırmaq üçün danışıqlar aparır

Avropa Liqası: “Zirə”nin rəqibi müəyyənləşib

Son beş ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Cəlilabadın “şəfa” gölü FOTO VİDEO

Macarıstan Milli Assambleyasının üzvləri Ağdamda olublar - YENİLƏNİB

Leysan yağışları nəticəsində Gürcüstanın bəzi bölgələrində torpaq sürüşməsi baş verib

Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" Bolnisidə soydaşlarımızın təhsilə marağının artırılmasında mühüm rol oynayır

Türkiyə Azərbaycana 100 min ağac tingi göndərib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Naxçıvanın dağ kəndinə dolu düşüb, leysan davam edir

AZƏRBAYCANIN SƏNƏTKARLARI
İsmayıl Babayev: Papaqlar qədimdən qeyrət rəmzi olub

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Azərbaycan və Qazaxıstanın 50 milyon dollar sərmayəsi ilə Xəzərin dibinə optik xətt çəkilir

Milli Kitabxanada “18 iyun - Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Tədqiqat: Qədim mayyaların qurban ayinlərində oğlan uşaqları öldürülüb

Bakıda mikroavtobus yandı

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

Fransa Ermənistanı silahlandırmaqda davam edir

David Smith: İqlimlə bağlı problemləri həll etmək üçün maliyyə çatışmazlığı var

“Baku Piano Festival” çərçivəsində ədəbi müsabiqəyə yekun vurulub

Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Kelli Uillis: Azərbaycan iqlim dəyişikliyindən müdafiə istiqamətində çoxsaylı investisiya yatırır

Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək

Malmöda soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Çində torpaq sürüşmələrində 21nəfər itkin düşüb, 9 nəfər ölüb

Türkiyədə aeroportlara girişdə təhlükəsizlik tədbirləri gücləndirilir

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

İlqar Qurbanov: Gürcüstan millisi Türkiyə ilə matçda sürpriz edə bilər

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Avro-2024: Mbappenin burnu sınıb, qalan matçlarda maska ilə oynayacaq

Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib ŞƏRH

RF XİN: Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir

Avropa Liqası: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

Kelli Uillis: Azərbaycanda “yaşıl iş” yerlərinin yaradılması səhiyyə sektoruna töhfədir

Ucqar kənddə çalışan fədakar gənc müəllim FOTO VİDEO

DİN: Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti keçirilir

COP29-un baş danışıqçısı: İqlim dəyişikliyinin sağlamlığa mənfi təsirləri artıq bütün dünyada özünü göstərir

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Bu il Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır

NBA: "Boston Seltiks" çempion olub

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub

Ombudsman: İnsan Hüquqları Aylığı dövründə qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bildik - MÜSAHİBƏ

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb VİDEO

Ekvadorda torpaq sürüşməsi baş verib, 7 nəfər ölüb

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Şimali Koreya əsgərləri demarkasiya xəttini keçməyə cəhd edib

Perunun şimalında 5,5 bal gücündə zəlzələ olub

Salvadorda daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ Prezidenti NATO Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

“Euronews”: Azərbaycandakı konfransda minaların təmizlənməsi ilə bağlı vahid qlobal çağırış edilib

BMM-də Milli Qurtuluş Günü qeyd olunub

Bakıda mənzildən meyit tapılıb

Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Avro-2024: Fransa millisi Avstriyanı avtoqolla məğlub edib

Stoltenberq: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil qərar verilməlidir

Nazir: Moldova səhiyyəsində ciddi kadr böhranı yaşanır

Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub

Avro-2024: Slovakiya Belçikanı məğlub edib

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb

Türkiyə Prezidenti: Biz gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək niyyətindəyik

Nikol Paşinyan: Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair referendum keçirilə bilər

Azərbaycanın Ukraynadakı səfiri Xmelnitski şəhərinin tələbələri üçün mühazirə oxuyub

Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb

Son beş ayda əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verilib

Muxtar respublikanın iki rayonunda yanğınlar olub

Qazaxıstan XİN: Qazaxıstan Ukrayna üzrə sammitdə qrafikə görə iştirak etməyib

Tbilisidə keçirilən festivalda Azərbaycan guşəsi açılıb

Avro-2024: Rumıniya turnirə qələbə ilə başlayıb

Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

Abşeron rayonunda tibb işçilərinin bir qrupu mükafatlandırılıb

Gürcü deputat: Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Çexiyada poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb

Azərbaycan könüllüləri “Go Camp” piknik layihəsi çərçivəsində Quba rayonunda olublar

Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası üzrə cinayət işi açılıb

® “İlahi ibadət”in xoş məramı

Macarıstan Milli Assambleyasının üzvləri Milli Məclisdə olublar

“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə olacaq VİDEO

Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının prezidenti kimi qala bilər

Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb VİDEO

Almaniyada “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası” adlı orqan konserti keçirilib