Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Bakı, 7 may, AZƏRTAC

Məlum olduğu kimi, Gürcüstan parlamentinə hakim “Gürcü arzusu” partiyasının sabiq üzvlərinin təsis etdiyi “Xalqın Gücü” ictimai hərəkatı tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi təqdim olunub. Qanun layihəsinin parlamentə təqdim edilməsi ilə paralel olaraq ona qarşı etirazlar da başlayıb. Artıq bir neçə həftədir Gürcüstanda müxtəlif iqtisadi qruplara, daxili və xarici donorlara bağlı QHT təmsilçiləri, media nümayəndələri müxtəlif formalarda etiraz aksiyaları keçirirlər.

Küçələrdəki etirazlardan başqa, televiziyalarda, sosial platformalarda, konfrans zallarında keçirilən etiraz tədbirləri haqqında az qala 24 saat canlı yayımlar edilir. Burada da qanun layihəsinin Gürcüstan cəmiyyəti üçün fəsadları haqqında müxtəlif emosional müzakirə və debatlar təşkil olunur. Müzakirələrdə yeni qanunun qəbulu demokratiyanın qəsbi, Gürcüstanın Avropa İttifaqı və ümumilikdə Qərbdən kənarlaşma təşəbbüsü kimi təqdim edilir. Bu təbliğatı bir az daha dramatikləşdirmək üçün yeni qanunvericiliyi hətta Gürcüstan hakimiyyətinin Rusiya yönümlü təşəbbüsü kimi təqdim edənlər də var.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin kiçik təhlili bu təşəbbüsün məqsədi və mahiyyəti haqqında Gürcüstan hakimiyyətinin mövqeyinə aydınlıq gətirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyevanın mövzu ilə bağlı məqaləsində yer alıb.

Yazıda diqqətə çatdırılıb ki, sözügedən qanun layihəsində nəzərdə tutulan şərtlərə əsasən, ölkə daxilində maliyyə vəsaitinin 20 faizini xarici dövlətlərdən alan QHT-lərin və media qurumlarının “xarici agentlər” reyestrinə daxil edilməsi təklif olunur. “Xarici agentlər” siyahısına daxil edilmiş hüquqi və ya fiziki şəxsdən illik bəyannamələr tələb olunacaq. Yeni qanun layihəsinə əsasən, “xarici agentlərin” reyestrində qeydiyyatdan keçməkdən imtina təqribən 8800 avro cərimə ilə nəticələnə bilər. Qanunvericiliyin təklif olunan yeni qaydalarının reklam müqavilələrinə şamil olunması nəzərdə tutulmur. Ən əsası isə odur ki, yeni qanun layihəsi reyestrdə qeydiyyatdan keçmiş şəxslərə dövlət qulluqçularından hər hansı məlumat əldə etməsinə qadağa qoyur.

Qanun layihəsində ölkədən kənarda maliyyə alan siyasi qruplar, QHT və media qurumları arasında da hər hansı selektiv yanaşma nəzərdə tutulmur. Qaydaların qütbündən asılı olmayaraq, kənar maliyyə hesabına fəaliyyət göstərən istənilən siyasi qrupa, QHT və media qurumlarına tətbiqi nəzərdə tutulur. Belə olan halda, qanunvericiliyin Rusiya ilə bağlı təşəbbüs kimi təqdim edilməsinin ölkənin iki bölgəsinin işğalında adı keçən qonşunun iştirakını hallandırmaq, onu gözdən salmaq üçün bir vasitə kimi seçildiyi aydın olur. Burada məntiqi sual yaranır ki, ölkədə demokratiya istiqamətində fəaliyyət göstərən xarici fondlar, səfirliklər ilə əməkdaşlıq edən siyasi qruplar, QHT və media qurumlarını şəffaflığa təşviq edən təşəbbüslər niyə bu qədər etiraz doğurur?

Qanun layihəsinin ictimai lobbiçiliyini aparan parlament üzvü qeyd edir ki, 2000-ci illərdən başlayaraq ölkədə strateji, həssas mövzularda Gürcüstan dövlətinin maraqlarının əleyhinə fəaliyyət göstərən geniş media və QHT şəbəkəsi formalaşıb. Bu şəbəkə ölkədə az qala hamını rüşvətxor və satqın elan edib. Başqalarını qeyri-şəffaflıqda günahlandıranlar öz gəlirlərinin şəffaflığı barədə sənədlərin təqdim olunması tələbinə niyə etiraz etməlidirlər? Səsləndirilən arqument güclü və inandırıcıdır. Gürcüstanın parlamentinin yeni qanun layihəsinin əleyhinə beynəlxalq müstəvidə informasiya müharibəsi elan edənlərin siyahısında Avropa İttifaqı (Aİ) öndə gedir. Aİ media məkanında Gürcüstanın xarici təsirin şəffaflığı haqqında təşəbbüsləri onun Avropadan uzaqlaşması, gürcü hökumətinin cəmiyyətə yönəlik avtoritar səyləri kimi təqdim olunur və sair.

Gürcüstanın Avropa arzusu: Son 20 ildə Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd olmaq üçün böyük səylər sərf edib. Lakin Avropa İttifaqı ölkənin bu perspektivinin olduğunu bildirir, ancaq bu yolda “ölkənin həllini gözləyən prioritet məsələləri var” kimi mücərrəd cavablar verməkdə davam edir. Aİ Gürcüstana yalnız bu prioritet məsələləri həll etdikdən sonra namizəd statusu veriləcəyini deyir. Onun arqumenti Gürcüstanda Avropa dəyərləri, ölkənin bu dəyərlərə sadiqliyi kimi mücərrəd izahlardır. Gürcüstanın gözü önündə isə Avropa İttifaqının qonşusunun beynəlxalq hüquqla tanınmış ərazisinin 20 faizini 30 il işğal altında saxlamış Ermənistanla münasibətləri qeyri-şərtsiz formalaşma mərhələsini keçir. Bu mərhələdə nə Avropa dəyərləri, nə də Ermənistanın bu dəyərlərə sadiqliyi yada düşmür, Aİ-nin geosiyasi prioritetləri əsas gətirilir.

Coğrafi mövqeyi, quru və su nəqliyyat xətləri kimi kommunikasiya imkanları ya limitli, ya da heç olmayan Ermənistanın Aİ üçün Gürcüstandan daha çox geosiyasi əhəmiyyəti haqqında danışmağın özü maraqlı olardı, ancaq təhlilin məqsədi bu deyil, ona görə də yan keçirəm.

Gürcüstanda son 20 ildə formalaşmış Avropa dəyərləri: narkotik, pedofiliya və sair: BMT-nin narkotiklərə qarşı beynəlxalq konvensiyalarını həyata keçirmək üçün təsis etdiyi müstəqil qurum olan Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının (INCB) 2020-ci ilin martın 1-də illik hesabatını dərc etmişdi. Həmin ilin dekabrında Europolun təşkil etdiyi narkotiklər üzrə dördüncü beynəlxalq konfransda bir sıra ölkələrin hüquq-mühafizə orqanlarına artan narkotik vasitələrin tranziti, dövriyyəsi və sair ilə əlaqədar vəziyyətlə operativ mübarizə və cavab tədbirləri strategiyası təqdim olunub. Yenilənmiş strategiyanın prioritetlərini özündə əks etdirən, fəaliyyəti Avropa İttifaqı və qonşu regionları əhatə edən xüsusi Narkotiklərlə Mübarizə Bölməsi yaradılıb.

INCB-nin xüsusi icraçı mexanizmi kimi Narkotiklərlə Mübarizə Bölməsi Cənubi Qafqaz regionunda narkotik vasitələrin dövriyyəsi haqqında hər il statistik məlumatlar toplayır. Bu məlumatların əsasında INCB-nin tərtib etdiyi hesabatlarında həyəcanla qeyd olunur ki, son 20 ildə Cənubi Qafqaz mühüm narkotik vasitələrin tranziti regionuna çevrilib və regionda narkotikdən istifadənin sayı əhəmiyyətli dərəcədə artıb.

Hesabata əsasən, Cənubi Qafqazda narkotik istifadəsi statistikasında Gürcüstan liderdir. Bu ölkədə yeniyetmələr arasında narkotikdən istifadənin göstəriciləri Avropadakından iki dəfə çoxdur. Ölkədəki rəsmi instansiyaların göstəricilərində isə uşaqlar və gənclər arasında narkotik vasitələrə aludəçiliyin həm də İİV və QİÇS-in yayılması kimi fəsadlara da yol açması vurğulanıb.

Narkotiklərlə Mübarizə Bölməsi Gürcüstan hökuməti ilə birgə gördüyü cavab tədbirləri çərçivəsində əsas hədəf qrupları kimi uşaqlar və gənclər arasında narkotik vasitələrə aludəçiliyin aradan qaldırılmasına yönəlmiş layihələr həyata keçirir.

Bütün dünyada izlənilən, hətta Afrika qitəsində belə inkişaf tempinin aşağı düşdüyü İİV və QİÇS infeksiyasının Gürcüstanda niyə yayılması faktı düşündürücüdür. Son 20 ildə Gürcüstanda İİV və QİÇS -İn qarşısının alınması üçün praktik işlərlə yanaşı, yeniyetmələrin diqqətinin bu problemə cəlb edilməsinin təbliğatı üçün milyonlarla qrant ayrılıb. Effekti isə tam əksinədir...

2018-ci il iyulun 30-da Konstitusiya Məhkəməsinin qərarı ilə Gürcüstanda marixuananın istifadəsi qanuniləşdirilib. Konstitusiya Məhkəməsi “QİRÇİ –Qoza” siyasi hərəkatının iddiası əsasında marixuananın istifadəsini qadağan edən, tibbi göstəriş olmadan istifadəyə görə isə inzibati cəza nəzərdə tutan maddəni ləğv edib. Bu təşəbbüslərin müəllifləri bu gün Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı “amansız mübarizə” aparan “QİRÇİ–Qoza” siyasi hərəkatının liderləri və Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası idi.

Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası yeni qanunun bəzi müddəalarının anlaşılmaz, qeyri-müəyyən və Konstitusiyaya zidd olmasının təbliği ilə sonrakı illərdə marixuananın əldə edilməsi, saxlanması və daşınması qaydalarının müəyyənləşdirilməsinə nail oldu.

Qanunun ilkin versiyasında marixuana istifadəsinə görə yetkinlik yaşına çatmayanlar üçün inzibati cəza nəzərdə tutulur. Lakin Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası vəkilləri “yetkinlik yaşına çatmayanların böyüklər üçün qanunsuz olmayan hərəkətə görə cəzalandırılmasını azyaşlılara qarşı ayrı-seçkilik” kimi təqdim edərək qanunvericiliyin bu bəndləri ilə bağlı beynəlxalq instansiyalarda mübahisələndirmə proseduru başlatdılar.

Həmin ildən başlayaraq demək olar hər ay ölkənin müxtəlif şəhərlərində marixuananın leqallaşdırılması və narkotik vasitələrlə bağlı siyasətin daha çox liberallaşdırılması üçün çoxsaylı aksiyalar təşkil olunur. Amma bu aksiyalar həm də azyaşlıları narkotik vasitələrdən istifadəyə təşviq edən təbliğat rolunu oynayır.

Avropa İttifaqının LGBT təbliğatı tələbi: Əvvəla onu qeyd edim ki, LGBT təbliğatı artıq Avropanı ciddi demoqrafik problemlərə üz-üzə qoyub. Avropa Parlamentinin LGBT Hüquqları Müdafiəçiləri Platformasının dərc etdiyi sənədlərdəki açıq məlumatlara görə, son 7 ildə Avropada LGBT icmasına mənsub olduqlarını bildirənlərin sayı 5 dəfə artıb. Avropa bu “dəyərlərini” bütün dünyaya ixrac etmək və öz daxilində ciddi demoqrafik problemlərə gətirib çıxaran bu tendensiyanı bütün dünyada izləmək arzusundadır. Avropa İttifaqının Gürcüstandan sədaqət tələb etdiyi dəyərlərdən biri də LGBT haqlarında və təbliğatında sərbəstlikdir. Ümumiyyətlə, Gürcüstan Cənubi Qafqazda LGBT təbliğatının hətta azyaşlılar arasında sərbəst aparıldığı ölkədir. Ölkədəki ictimai-siyasi fəalların zaman-zaman irad bildirdikləri bu təbliğat QHT-lərin ölkədəki qlobal “fastfood” şəbəkə restoranları ilə birgə reallaşdırdığı sosial proqramların ayrılmaz hissəsidir.

Qlobal “fastfood” şəbəkə restoranlarının sosial proqramları çərçivəsində həftəsonları Gürcüstan azyaşlılarına cinsin təbii deyil, fərdi seçim olması ideyasını aşılanır. Nəticə göz önündədir...

McDonald's-dan oğlan uşaqlarına verilən oyuncaqlar

Pedofiliya: Avropa İttifaqının Gürcüstandan sadiqlik tələb etdiyi “dəyərlər”dən biri də cinsi ehtiyacların müxtəlifliyi adı altında gizli təbliğ olunan pedofiliyadır. Ölkədə, ümumiyyətlə, cinsi ehtiyacların müxtəlifliyi təbliğatı son 20 ilin ən çox maliyyə xərclənən layihələrindəndir. Cinsi ehtiyacların müxtəlifliyi adı altında gizli təbliğ olunan pedofiliya Gürcüstanda epidemiya halında bütün ölkəyə yayılıb. Bu fikirlər mənim deyil, Gürcüstan parlamentinin üzvü Tamar Kordzaiandır. Deputat Tamar Kordzaia Gürcüstan parlamentdə çıxışı zamanı rəsmi hesabatlar əsasında Gürcüstanda azyaşlı uşaqlara qarşı cinsi istismar və zorakılıq halları ilə bağlı dəhşətli statistika səsləndirməklə həyəcan siqnalı çalıb.

Rəsmi statistikaya görə, 2023-cü ilin ilk 3 ayında 46, ilk 5 ayında 75 uşaq cinsi istismara məruz qalıb. Bu müddət ərzində cinsi zorakılıq və şiddət görmüş uşaqların sayı isə 633 nəfərdir. Adətən cinsi istismar və fiziki zorakılıq halları haqqında statistikanın real vəziyyəti tam əhatə etmədiyini nəzərə alsaq, vəziyyət doğurdan da dəhşətli mənzərə alır.

Kordzaia Gürcüstan dövlətini ölkədə azyaşlılara qarşı artan məişət zorakılığı və uşaqların cinsi istismarı hallarının qarşısının alınmasında təcili olaraq kompleks addımlar atmağa çağırıb.

Bu mövzuda 2023-cü ilin səs-küylü qalmaqallarından biri isə xarici donorların maliyyəsi ilə əlil uşaqlar üçün istifadəyə verilmiş uşaq kəndlərində azyaşlıların sistemli şəkildə cinsi və fiziki istismarı faktının ifşa edilməsi olub. Məsələnin dəhşətli tərəfi isə əlil azyaşlılara qarşı cinsi zorakılıq hallarının videogörüntülərinin internetə sızmasından sonra belə hələ bir neçə ay davam etməsi faktı idi.

Bütün bunlar son 20 ildə Gürcüstan cəmiyyətinə sırınmış Qərb dəyərlərinin formalaşdırdığı yeni “mədəniyyət”in təsiri və bir hissəsidir.

Avropa İttifaqı Gürcüstandan bu tip “dəyərlərə” sadiq olmağı tələb edir.

Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əsas məqsədi isə cəmiyyəti milli, mənəvi və dini kimliyinə söykənən dəyərlərinə qarşı müharibə edənlərdən qorumaq cəhdləridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib   YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO