Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

Bakı, 16 aprel, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanın gənc istedadları haqqında məqalələr silsiləsini davam etdirir. Rubrikamızın budəfəki qonağı valideynləri ilə birlikdə Berlində yaşayan gənc və böyük gələcək vəd edən şahmatçı qız Sona Bəşirovadır. İstedadlı qız bu yaxınlarda başa çatmış şahmat üzrə Berlin çempionatında üç kateqoriyada çıxış edib və çox yaxşı nəticələr göstərib.

Hazırda 3-cü sinifdə oxuyan Sonanın 8 yaşı var. Çalışqan, zəhmətsevər, maraq dairəsi geniş olan bu qız məktəbdə də təriflənir. Valideynləri deyirlər ki, Sona çox intizamlı və sözəbaxandır, bir yerdə oturub saatlarla çalışmağı xoşlayır və bu, şahmatçı üçün müsbət keyfiyyət sayılır. Şahmatla cəmi iki il əvvəl məşğul olmağa başlayan Sona qısa müddətdə çox yaxşı nəticələr əldə edə bilib və bir neçə parlaq qələbə qazanıb. Onun şahmat aləminə gəlişi atası və həm də müəllimi Fariz Bəşirovun sayəsində olub.

Fariz Bəşirov deyir: “Evdə şahmat oynayırdım və qızım da bu oyunla maraqlanmağa başladı. Ona hansı fiqurun necə hərəkət etdiyini göstərdim və gördüm ki, onun şahmata marağı var. Sona hər şeyi çox tez mənimsəyirdi və biz sonradan daha çox məşğul olmağa başladıq. Hələ başlanğıcda nəzərimə çarpdı ki, o, qeyri-adi gedişlər tapmağı bacarır və bu, məndə təəccüb doğurdu. Anladım ki, qızımın bu bacarığını inkişaf etdirmək lazımdır, amma onunla ciddi məşğul olmaq üçün yetərincə vaxtım yox idi. Bundan sonra evimizin yaxınlığında şahmat məşğələləri yeri axtarmağa başladım. Bir uşaq dərnəyi tapdıq və Sona orada məşğul olurdu. Müəyyən bir vaxt ərzində o, davamlı olaraq oyunları uduzurdu, sonra yavaş-yavaş udmağa başladı və özüm də vaxt tapıb onunla məşğul olmağa çalışırdım. Amma həmin dərnəkdə güclü inkişaf yox idi və orada uşaqları yarışlara göndərmirdilər. Günlərin birində özüm onu hər hansı bir turnirə aparmaq qərarına gəldim”.

Beləliklə, Sona atası ilə birlikdə ilk turnirinə gedir və orada uzun müddət klublarda şahmat oynayan uşaqlar arasında üçüncü yeri tutur. İstedadlı qızı nəzərdən qaçırmaq olmazdı. Şagirdləri turnirdə iştirak edən klublardan birinin nümayəndələri Sonanı öz məkanlarına dəvət ediblər. Amma məlum olub ki, bu klub qızın ailəsinin yaşadığı ərazidən çox uzaqda yerləşir. Fariz Bəşirov bu barədə nümayəndələrə məlumat verəndə, onlar Sona üçün onlayn məşq etməyə hazır olduqlarını deyiblər, çünki klub nümayəndələri belə bacarıqlı şahmatçının orada oynamasını çox istəyirdilər. Beləliklə, Sona “SV Empor Berlin” klubuna üzv olur.

Şahmatçı qızın atası əlavə edir: “Artıq bu klubda bizə nə etməli olduğumuzu, hansı yarışlara gedəcəyimizi deyirdilər. Beləliklə, bizim “karyeramız” başlanmış oldu. Gördük ki, onun yaşıdları arasında kifayət qədər güclü şahmatçılar var və onların hamısı klub məşqçiləri ilə yanaşı, fərdi məşqçilərlə də təhsil alır. Biz də əlavə məşqçi axtarmağa başladıq. Berlində yaxşı məşqçi tapmadıq. Ona görə də dostların vasitəsilə Sona ilə onlayn məşq edə biləcək məşqçi axtarmağa başladıq”.

Əvvəlcə Sona üçün Bakıda məşqçi tapıldı, sonra Gürcüstanda iki məşqçi onunla məşğul oldu. Fariz Bəşirov bununla bağlı deyir: “Biz komanda şəklində çalışırıq. Sona icraçıdır, mən məşqçiləri əlaqələndirirəm və ümumi təşkilati məsələləri həll edirəm, onun tapşırıqları yerinə yetirməsinə nəzarət edirəm, klubdan olan məşqçi daxili məsələlərin həlli və turnirlərlə məşğuldur, onun rəqiblərinin oyununu təhlil edir. O, həmçinin onlayn məşqçilərlə məşğul olur”.

Sona ötən ilin yazında turnirlərdə iştirak etməyə başlayıb. Bu zaman əsas rəqabət artıq başa çatmışdı. Amma Sona Zebnits şəhərində keçirilən beynəlxalq turnirə getməyi bacardı və burada 8 yaşa qədər uşaqlar arasında keçirilən açıq turnirdə iştirak etdi. Orada gənc şahmatçı qızlar arasında birinci yeri tutub və birbaşa Almaniya çempionatına vəsiqə qazanıb.

Sonra Sonanın birinci şahmat mövsümü başladı. Qız, əsasən, oyunların 3 saat və ya daha çox davam edə biləcəyi əla vaxt nəzarəti ilə klassik şahmat üzrə ixtisaslaşır. Lakin o, müxtəlif vaxt nəzarəti olan turnirlərdə də iştirak edib, burada mükafatlar qazanıb. Sona yaş məhdudiyyəti olmayan açıq turnirlərə də qatılır və daha yaşlı rəqiblərə qarşı oynayır. Maraqlıdır ki, belə yarışlar arasında 16 yaşadək uşaqlar arasında turnir də var ki, burada da cəmi 7 yaşı olan Sona mütləq çempion olub.

Berlin çempionatı bu yaxınlarda başa çatıb, burada şahmatçı eyni vaxtda üç kateqoriyada iştirak edib: 10 yaşa qədər uşaqlar üçün açıq kateqoriya (burada həm qızlar, həm də oğlanlar yarışır) - final mərhələsində Sona yeganə qız idi, o, doqquz oğlanın arasında 6-cı yeri tutub; 10 yaşadək qızlar arasında kateqoriyada - Sona orada qalib gəlib; nəhayət, klub komandalarının öz aralarında yarışdığı komanda kateqoriyasında - Sona 12 yaşa qədər uşaqlar kateqoriyasında iştirak edib və öz oyunlarını birinci lövhədə (yəni ən güclü oyunçu kimi) oynayıb. O, öz klubu üçün 6 oyundan 4-də qalib gəlib.

Fariz Bəşirovun sözlərinə görə, turnir həmişə gənc şahmatçılar üçün böyük sınaqdır. O əlavə edir: “Hətta uzaqlara getmək lazım gəlməsə belə, adətən bütün gününü sərf etməli olursan. Çünki bir qayda olaraq, gün ərzində bir neçə partiya oynamalı olursan, məsələn, üç partiya və onların hər biri kiçik fasilələrlə 2-3 saat davam edir. Əvvəlki oyunun necə bitməsindən asılı olmayaraq, bir araya gəlib növbəti partiyanı oynamaq lazımdır. Bəzən qələbədən sonra eyforiyanı kənarda qoymalı və diqqətini yeni oyuna cəmləməli olursan və ya əksinə, partiya o qədər də uğurlu alınmayıbsa, başını aşağı salıb növbəti oyunu oynamaq lazımdır. Bu, hətta böyüklər üçün də çətindir! Hələ 8 yaşlı uşaq üçün isə məncə, bir şücaətdir”.

Sona çox gənc yaşına baxmayaraq, müxtəlif vəziyyətləri emosional cəhətdən yaxşı idarə edir. O, heç vaxt böyük narahatlıq hissi keçirmir, hətta vəziyyət yaxşı olmasa belə, təmkinini qoruyub saxlayır. Eyni zamanda, bu qız qalib gəlsə də, çox eyforiyaya qapılmır və dərhal növbəti oyuna hazırlaşa bilər. Bundan əlavə, o, məşqçiləri və onların məsləhətlərini diqqətlə dinləyir. Yəni yaşına görə özünü kifayət qədər peşəkar aparır.

Sonanın sözlərinə görə, onun üçün iki qələbə xüsusilə yaddaqalandır. Yarışların birində rəqibi ilə bərabərə qaldı və o, qalib gələ bilməyəcəyindən qorxdu. Hər iki qız yorğun görünürdü, bu, onların bir gündə üçüncü oyunu idi və artıq bayırda axşam idi. Amma rəqibi səhvə yol verdi və Sona oyunu qələbə ilə başa vura bildi. Başqa bir oyunda isə o, 12 yaşlı uşaqla oynadı. Ciddi rəqib kimi heç bir səhvə yol vermədi. Sona çox dəqiq oynamalı idi. Oyun uzun sürsə də, Sona qalib gələ bildi.

İstedadlı qızcığaz arzu edir ki, gələcəkdə onu örnək alan başqa uşaqlar da ilhamlansın və şahmat oynamağı öyrənsinlər. Amma hələ ki, Sona böyüyür, təkmilləşir və səylə çalışmaqda davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevin vizit kartına çevrilən adası - AZƏRTAC-ın FOTOREPORTAJI

Türkiyə Azərbaycanın mehmanxana biznesi üçün mütəxəssislər hazırlaya bilər

“The Peninsula” qəzeti Qətər-Azərbaycan əlaqələrindən yazıb

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Məhəmməd Şərif: A-Hub Akselerasiya Proqramı gənclərə öz ideyalarını biznesə çevirməyə kömək edir

Mustafa Abitoğlu: “Üzgüçülük hamı üçün” layihəsində yeni bir tarix yazmaq üçün gəlmişik

Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir

Metronun “28 May” stansiyasında ölüm faktı ilə bağlı araşdırma aparılır

Fərid Qayıbov: Sevindirici haldır ki, üzgüçülük yarışında müxtəlif yaşda olan insanlara rast gəlinir

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Türkiyəli pilotlar Şamaxıda hava şarları festivalında iştirak etməyə hazırlaşırlar

Şahbuz rayonunda 82 millimetrlik minaatan mərmisi aşkar olunub

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var VİDEO

Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib

Dağ Yəhudilərinin İrsi Mərkəzində Qurtuluş və Nicat Gününə həsr edilən sərgi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Rəşad Əzizov: İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir

Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 10 mərkəzdə aparılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib

A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib

Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

İtaliyada Respublika Günü qeyd olunur

Sərnişin metroda stansiya yoluna düşüb

Metyu Brayza: Azərbaycanın COP29-a möhtəşəm ev sahibliyi edəcəyi indidən məlumdur

İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi bölgələrdə 35 dərəcə isti olacaq

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Kürdəmirdə yol qəzasında sürücü ölüb VİDEO

“Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, dolu düşüb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət ediblər

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bu gün Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportu: Regional hava limanlarından yeni reyslərin açılması gözlənilir

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Dünya hava məkanında mühüm yerə malik olan 86 illik mülki aviasiyamız

Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şəhid övladlarının Bulvar gəzintisi təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub