Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Cəmil Sədizadə

Bakı, 17 may, Səbinə Mütəllim-zadə, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələr laureatları olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbinin 9-cu sinif şagirdi, pianoçu, bir çox respublika və beynəlxalq müsabiqələrinin iştirakçısı və laureatı Cəmil Sədizadədir.

Cəmil ümumtəhsil məktəbinin 9-cu sinfində oxuyur. Fənlərdən biologiya və riyaziyyata üstünlük verir. Filmlərlə bağlı əşyaları kolleksiya şəklində yığır. Yeniyetmə sevimli pianoçulardan Marta Arqerix və Vladimir Horovitsı, eləcə də Yudja Van və Yevgeni Kisini qeyd edir. Musiqiyə sevgisi erkən uşaqlıqdan yaranıb. Musiqi məktəbində 6 yaşından oxuyur və Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın şagirdidir.

“Musiqiçilər ailəsində böyüyüb başa çatmışam. Atam tar ifaçısıdır, evdə həmişə musiqi səslənib, - deyə pianoçu qeyd edir. – Fortepianoya həvəsimi görən atam məni musiqi məktəbinə gətirdi. Hamı düşünürdü ki, atamı nümunə götürərək tar ifaçısı olacağam. Lakin mən fortepianonu seçdim”.

Cəmil çoxsaylı regional və beynəlxalq musiqi müsabiqələrin laureatı, bir çox konsert, festival və layihələrin iştirakçısıdır. Pianoçunun mükafat və xidmətlərinin siyahısı 4 səhifədə yer alıb. Yeniyetmə 2015-ci ildən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən yaradılmış “İstedadlar Mərkəzi”nin üzvüdür.

Cəmil qeyd edir: “İştirak etdiyim ilk müsabiqə Estoniyanın Narva şəhərində olub. Bu, İohann Sebastyan Bax adına müsabiqə idi. Çox cəlbedici idi! Müsabiqədə ilk dəfə çıxış etdiyimə görə çox həyəcanlı idim. Amma hər şey gözəl oldu”.

Cəmilin sözlərinə görə, onun üçün ən yaddaqalan bu qəbildən tədbir Moskva şəhərində keçirilən Vladimir Kraynev adına müsabiqə idi. Bu müsabiqə üç mərhələ və finaldan ibarət olub. Cəmil iştirakçılar arasında yaşca kiçiyi idi.

“Mən 8 yaşında idim, rəqiblərimin isə 14 yaşı vardı. Yüzdən çox iştirakçı arasında ilk onluğa daxil ola bildim, tam üçüncü mərhələyə qədər, oradan yarımfinala yüksəlirsən”.

Müsabiqələrə hazırlıqdan danışan Cəmil deyir ki, proqram seçimindən sonra çox əziyyətli iş başlayır. Sinifdəki məşqlərlə yanaşı, istedadlı pianoçu bir qayda olaraq, gündə 6-7 saat ciddi olaraq evdə çalışmağa davam edir.

“Mən 12 yaşınadək valideyn nəzarətində olmuşam. Bəzən tənbəllik edirdim. Amma 12 yaşından sonra, mənə elə gəlir ki, incəsənətə daha sıx bağlanmağa başladım. Hətta evdə mənə pianoda daha az ifa etməyimi söyləməyə başladılar”, - deyə o qeyd edir.

Yeniyetmə deyir ki, çıxışlardan öncə o, hər zaman müəyyən dərəcədə həyəcan keçirir: “Həyəcanın olmaması mümkünsüzdür. Lakin ifaya başlayanda, əsərin xarakterini ifadə etməyə çalışanda, yaradıcılıq prosesinin əvvəlində artıq heç bir həyəcan olmur. Göz önündə hər hansı bir obraz canlanır və artıq həyəcana vaxt qalmır”.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Cəmilə Prezident təqaüdü verilib.

“Əlbəttə, bu yaşda Prezident təqaüdçüsü olmaq çox böyük qürurdur. Həmyaşıdlarım Prezident təqaüdçüsü olduğumu eşidəndə təəccüblənirlər. Ancaq mən heç vaxt özümü onlardan fərqli hesab etmək istəmədim. Mən onlardan heç nə ilə fərqlənmirəm. Hamımız uşağıq”, - deyə təvazökar gənc vurğulayır.

Cəmil Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına, fortepiano sinfinə qəbul olunmaq və peşəkar pianoçu olmaq xəyalı ilə yaşayır. İstedadlı yeniyetmə deyir ki, müsabiqələrdə iştirakını davam etdirmək istəyir. O deyir: “Mən Asiya ölkələrində heç vaxt olmamışam. Koreya və Yaponiyaya səfər etmək, hər hansı bir müsabiqə və ya konsertdə iştirak etmək istərdim. Lakin ən çox Varşavada keçirilən Şopen adına müsabiqədə iştirak etməyi xəyal edirəm. Hələ ki, yaşla bağlı bu müsabiqədə iştirak edə bilmirəm, lakin ümid edirəm ki, bu tezliklə baş verəcək”.

Cəmil deyir ki, heç vaxt öz qarşısına hansısa konkret həddə çatmaq məqsədi qoymayıb. Pianoçu hesab edir ki, irəli getmək, öz üzərində dayanmadan işləmək və hər dəfə qarşıya yeni bir vəzifə qoymaq lazımdır. Müəllim Tamilla Məmmədova şagirdi haqqında böyük məmnuniyyətlə danışır: “Cəmilin atası onu məktəbimizə gətirəndə dedim ki, uşaqla bir ay işləməliyəm, onu sinfimə qəbul edib-etməyəcəyimi sonra deyəcəyəm. Mən bir ay onunla işlədim və bacarıqlı bir oğlan olduğunu gördüm. Biz məşq etməyə başladıq. Cəmil yaşına görə çox ağıllıdır. Mən o zaman hiss etdim ki, bu oğlan çox gözəl pianoçu olacaq”.

Moskvada Tamilla xanım və Cəmil ilə bağlı çox maraqlı bir hadisə baş verib. Bu hadisə haqqında hətta qısa komediya filmi də çəkmək olar. Tamilla xanım deyir: “Günlərin birində mənə nazirlikdən zəng etdilər və dedilər ki, Kremldə konsert keçiriləcək, Putinin Simfonik Orkestri çalacaq və oraya şagird göndərmək lazımdır. Mən dərhal Cəmil haqqında düşündüm. O vaxt mənim yetkin tələbələrim də var idi, amma uşaqlarla bağlı intuisiyam var və intuitiv olaraq Cəmili seçmək lazım olduğunu hiss etdim. Ona Bethovenin ilk konsertini verdim. Bu əsər Cəmilin yaşına görə deyildi! Onun cəmi 8 yaşı var idi. Biz hazırlaşdıq və Moskvaya uçduq. Kremlin sarayındakı salon çox böyükdür ... Nəhəng salon və Putinin simfonik orkestri! Biz məşq etməyə başladıq və daha sonra mən Cəmil barəsində yanılmadığımı başa düşdüm. Bu konsert texniki cəhətdən onun yaşına görə deyildi, amma o hər şeyi dərk etdi. Orkestr orta bir temp götürmüşdü... Adətən orkestr və dirijor özlərini sığortalayırlar. Uşaq əsərin öhdəsindən gəlsin deyə, təmkinlə çalırlar. Odur ki, onlar yavaş bir temp götürdülər, Cəmil hər şeyi düzgün ifa etdi. Məşqdən sonra ona deyirəm ki, konsertdə öz parçanı öz tempinlə ifa edərsən və onlar sənin ardınca gedəcəklər. Mən onu təhrik etdim (gülür). Səhnəyə çıxmazdan əvvəl ona dedim ki, sən öz tempini götür! O, səhnəyə çıxdı, oturdu, baxdı ki, oturacaq onun üçün bir az alçaqdır. Sonra ayağa qalxdı və oturacağı qaldırmağa başladı. Yenidən oturdu, baxdı ki, yox, yenə rahat deyil. Təkrar onu lazımi hündürlüyə qaldırmağa başladı. Bütün orkestr və dirijor isə onu gözləyirdi. Salonda hamı o qədər gülürdü ki, tədbirdə bütün səfirliklərdən nümayəndələr var idi, onlar çox tələbkar tamaşaçılardır. Bunu görmək lazım idi! Balaca oğlan. Çox toppuş bir uşaq idi, o, indi arıqlayıb. Nəhayət o, oturdu. Orkestr çalmağa başladı. Məşqdə olduğu kimi orta templə. Və dərhal (zümzümə edir)... cəsarətlə öz tempində ifa etdi! Orkestr də onun arxasınca. Qərarımda haqlı olduğuma əmin oldum. Hər şey çox gözəl alındı. Cəmil hər şeyi mükəmməl ifa etdi. Bütün keçidləri. Dirijor onun ifasından razı qaldı. Hamı onu ayaq üstə alqışlayırdı”.

Tamilla xanımın sözlərinə görə, böyük uğurlarına baxmayaraq, Cəmil həmişə çox təvazökar davranıb və indi də elədir: “O, heç vaxt öyünmür, çox sadədir, çox tərbiyəlidir, təkəbbürlü deyil, danışanda sözümü kəsmir, yəni nəsə səhv olsa, onu nəzərə alır”.

Söhbətdə Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbinin direktoru Sevil Ələkbərova da iştirak edir.

Sevil xanım deyir: “Cəmilin atası Azərbaycanın Əməkdar artisti Əliağa Sədiyevdir. O, atasının zirvədə olduğu ailədə böyüyüb. Eyni zamanda, nə qədər zirvədə olsa da, onun atası o qədər sadə, təvazökar bir insandır və nümunə olaraq, onun gözünün önündədir. Bundan əlavə, pedaqoqdan çox şey asılıdır. Müəllim yalnız notları öyrədən insan deyil. Tamilla xanım həmişə şagirdlərini şəxsiyyət kimi yetişdirir. Bütün bunlar onun məktəbinin mühitidir. Uşaqda uğurdan başgicəllənmə olmamalıdır. Cəmil yaşına görə çox uğur əldə edib! O, eyni zamanda, həm də çox sadə, tərbiyəli və ağıllıdır. Gələcəkdə onu dünyanın müxtəlif ölkələrində solo konsert verəcək məşhur pianoçu kimi görürəm”.

Tamilla xanım əlavə edir: “Mən isə ona parlaq, yaxşı yol arzulayıram. Mənə elə gəlir ki, o, bundan da böyük nailiyyətlər qazanacaq. Mən tələbələrimlə fəxr edirəm. Fəxr edirəm ki, Azərbaycanda belə istedadlı uşaqlarımız var. Onların gələcəyi respublikamızın uğurudur!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Kubokunun finalı: “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər açıqlanıb

Qəbələdə beynəlxalq basketbol turniri Azərbaycan komandalarının oyunu ilə start götürüb

“Azərbaycan Ticarət Evi” Doha şəhərində ərzaq və kənd təsərrüfatı məhsullarının sərgisini təşkil edib

Astarada yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycanın Mərakeşdəki səfirliyi xeyriyyə tədbiri keçirib

Kiyevin vizit kartına çevrilən adası - AZƏRTAC-ın FOTOREPORTAJI

Türkiyə Azərbaycanın mehmanxana biznesi üçün mütəxəssislər hazırlaya bilər

“The Peninsula” qəzeti Qətər-Azərbaycan əlaqələrindən yazıb

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Məhəmməd Şərif: A-Hub Akselerasiya Proqramı gənclərə öz ideyalarını biznesə çevirməyə kömək edir

Mustafa Abitoğlu: “Üzgüçülük hamı üçün” layihəsində yeni bir tarix yazmaq üçün gəlmişik

Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir

Metronun “28 May” stansiyasında ölüm faktı ilə bağlı araşdırma aparılır

Fərid Qayıbov: Sevindirici haldır ki, üzgüçülük yarışında müxtəlif yaşda olan insanlara rast gəlinir

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Türkiyəli pilotlar Şamaxıda hava şarları festivalında iştirak etməyə hazırlaşırlar

Şahbuz rayonunda 82 millimetrlik minaatan mərmisi aşkar olunub

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var VİDEO

Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib

Dağ Yəhudilərinin İrsi Mərkəzində Qurtuluş və Nicat Gününə həsr edilən sərgi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Rəşad Əzizov: İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir

Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 10 mərkəzdə aparılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib

A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib

Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

İtaliyada Respublika Günü qeyd olunur

Sərnişin metroda stansiya yoluna düşüb

Metyu Brayza: Azərbaycanın COP29-a möhtəşəm ev sahibliyi edəcəyi indidən məlumdur

İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi bölgələrdə 35 dərəcə isti olacaq

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Kürdəmirdə yol qəzasında sürücü ölüb VİDEO

“Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, dolu düşüb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət ediblər

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bu gün Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportu: Regional hava limanlarından yeni reyslərin açılması gözlənilir

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Dünya hava məkanında mühüm yerə malik olan 86 illik mülki aviasiyamız

Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şəhid övladlarının Bulvar gəzintisi təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb