SİYASƏT
ABŞ-DA YAŞAYAN AZƏRBAYCAN VƏTƏNDAŞLARI REFERENDUMDA FƏAL İŞTİRAK ETMİŞLƏR
Avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçirilmiş ümumxalq referendumunda xaricdə yaşayan vətəndaşlarımızın səsvermə hüququnu təmin etmək üçün 6 nömrəli Yasamal birinci referendum dairəsinin Vaşinqton və Nyu-York məntəqələrində referendum keçirilmişdir. Hər iki məntəqə yerli vaxtla saat 8-dən 22-dək fəaliyyət göstərmişdir.
AZƏRTAC-ın müxbiri Vaşinqton referendum məntəqəsində müşahidəçi kimi iştirak etmişdir. Məntəqədə səsvermə tam demokratik şəraitdə və qanun pozuntusu olmadan keçmişdir.
Yerli vaxtla saat 22-dən sonra komissiya üzvləri səsləri hesablayaraq protokol tərtib etdilər. Məntəqə komissiyasının sədri Daşdəmir Məmmədovun bildirdiyinə görə, əsas siyahıya daxil edilmiş seçicilərin 90 faizi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərə münasibətini bildirmişdir. Bundan başqa, əlavə siyahı üzrə 7 nəfər səs vermişdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton