DÜNYA
ALMANİYADA DAŞQINLARIN NƏTİCƏLƏRİ
Almaniya Ticarət-Sənaye Palatasının (TSP) Berlində yayılmış məruzəsində bildirilir ki, ölkədə baş vermiş fəlakətli daşqının nəticələri qərb vilayətlərindəki 10 mindən çox müəssisənin fəaliyyətini təhlükə qarşısında qoymuşdur.
İTAR-TASS-ın verdiyi xəbərə görə, təkcə Drezden bölgəsində təbii fəlakətdən 7 min müəssisə zərər çəkmişdir. Bunların əksəriyyəti kiçik müəssisələrdir, lakin iri müəssisələr də ciddi çətinliklər çəkir. TSP-nin məlumatına görə, Leypsik bölgəsində 1350 müəssisəni, Halle-Dessau bölgəsində isə təxminən 1000 firmanı su basmışdır.
TSP bildirmişdir ki, Saksoniyanın Hemnits şəhərində də 1000 müəssisə zərər çəkmişdir. Brandenburqun Priqnits şəhərində təxminən 1000 firma köçürülmüşdür. Buraya daha 7000 zərər çəkmiş emalatxananı da əlavə etmək lazımdır. Ümumiyyətlə, 70 min iş yerinin ləğv olunması təhlükəsi var.