Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 199

 Bakı şəhəri, 13 sentyabr 2012-ci il

"İxrac nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230; 2006, № 9, maddə 822, № 11, maddə 1000; 2007, № 4, maddə 387, № 10, maddə 1021, № 12, maddə 1337; 2009, № 2, maddə 144; 2010, № 6, maddə 558) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş "İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac rejimləri"nin adında və 1-ci hissəsində ismin müvafiq hallarında verilmiş "rejimləri" sözü ismin müvafiq hallarında "gömrük prosedurları" sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş "İxrac nəzarətinin aparılması Qaydaları"nın 1.2-ci və 2.2-ci bəndlərində "rejimlərinə" sözü "gömrük prosedurlarına" sözləri ilə əvəz edilsin;

1.3. həmin qərarla təsdiq edilmiş "İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazənin verilməsindən əvvəl və sonra yoxlamaların aparılması Qaydası"nın 2.2.4-cü yarımbəndində "rejiminin" sözü "gömrük prosedurunun" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin