Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN YANINDA SAHİBKARLAR ŞURASININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısını artırmaq, bu sahədə mövcud problemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlər görülməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurası yaradılsın.

2. Müəyyən edilsin ki, Sahibkarlar Şurasının əsas məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və bu sahəyə dövlət qayğısının istiqamətləri barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməkdən ibarətdir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində Sahibkarlar Şurası haqqında Əsasnamənin layihəsini və onun tərkibi haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin