SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINA
Biz, aşağıda göstərilən və AXCP üzvləri olan İmişli rayonunun sakinləri, İmişli 68 saylı referendum dairəsini əhatə edən seçki məntəqələrinin komissiya üzvləri bildiririk ki, rayonda keçirilən səsvermədə heç bir qanun pozuntusuna yol verilməmişdir, seçicilər özləri könüllü olaraq kütləvi şəkildə məntəqələrə gəlmiş və səsvermədə iştirak etmişlər.
Lakin səsvermənin sonunda AXCP İmişli rayon təşkilatının rəhbərləri təzyiq göstərərək, bizi səsvermənin yekun protokollarına imza etməməyə təhrik etdilər. Ancaq biz öz vicdanımız qarşısında təmiz olmaq üçün həmin protokollara imza etdik.
AXCP-nin ədalətsiz hərəkətlərinə etiraz əlaməti olaraq, biz bu gündən AXCP-nin sıralarından çıxdığımızı bəyan edirik.
1. Əliyev Fərəc Əzizağa oğlu
2. İsmayılov Saleh Əlif oğlu
3. Muradov Mirbaba Miri oğlu
4. Həsənov Əlikrəm Bəbir oğlu
5. Məmmədov Ramil Yusif oğlu
6. Rzayev İlham Təvəkkül oğlu
7. Savalanov Zaur Tatar oğlu
8. Abbasov Xudayar Abbas oğlu
9. Abdullayev İbrahim Sevdimalı oğlu
10. Məmmədov İxtiyar Nadir oğlu
25 avqust, 2002-ci il