ELM VƏ TƏHSİL
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GÖRÜŞ
BSU-nun rektoru, professor Kamal Abdullayev bu görüşün əməkdaşlığı genişləndirmək, tələbə mübadiləsi haqqında BSU ilə İNALKO arasında imzalanmış saziş çərçivəsində keçirildiyini bildirdi.
Tanınmış türkoloq Mişel Bozdəmir Fransada 1795-ci ildə yaradılmış universitetin fəaliyyətindən danışdı. O vurğuladı ki, SSRİ dağıldıqdan sonra keçmiş sovet respublikalarının türk dillərinin öyrənilməsinə tələbat və maraq nəzərəçarpacaq dərəcədə artmışdır. Bu baxımdan qazax dili birinci olmuşdur. Sonralar, 1998-ci ildən universitetdə Azərbaycan dili fakultativ fənn kimi tədris edilməyə başlandı. İndi burada Azərbaycan dili və ədəbiyyatı şöbəsinin açılmasına hazırlıq görülür, çünki Asiyada bu dildə on milyonlarla insan danışır.
Görüşdə iki ali məktəb arasında əlaqələri genişləndirməyin, bir-birinə tələbələr göndərməyin, onların staj və təcrübə keçməsini təşkil etməyin zəruriliyi qeyd olundu.
Sonda qonaq müəllim və tələbələrin çoxsaylı suallarına cavab verdi.