Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BAKIDA AZƏRBAYCAN PREZİDENTİ İLƏ ATƏM-İN MİNSK QRUPUNUN SƏDRİ ARASINDA DANIŞIQLAR APARILMIŞDIR

Dünən Azərbaycan paytaxtında respublikanın Prezidenti Heydər Əliyev ilə ATƏM-in Dağlıq Qarabağa dair Minsk qrupunun sədri Yan Eliasson arasında danışıqlar olmuşdur. İsveç diplomatı srağagün Bakıya Ermənistan-Azərbaycan münaqişənin aradan qaldırılması sahəsində ATƏM-in sülhyaratma missiyası çərçivəsində Azərbaycan rəhbərliyi ilə məsləhətləşmələri davam etdirmək üçün gəlmişdir. Məlum olmuşdur ki, o, bölgəyə özünün bu üçüncü səfəri zamanı Yerevana və Xankəndinə də gedəcəkdir.

Azərbaycan dövlətinin rəhbəri danışıqlar başlanmazdan əvvəl qeyd etmişdir ki, problemin həlli məqsədilə növbəti addımlar üçün müəyyən əsas toplanmışdır. O demişdir ki, ATƏM-in təklif etdiyi formul əsasında, yəni Minsk qrupunun, Rusiya və MDB-nin vasitəçiliyi ilə münaqişənin aradan qaldırılması haqqında böyük siyasi sazişin layihəsi üzərində hazırda fəal iş gedir.

Heydər Əliyev münaqişə zonasında atəşin dayandırılmasını - onun rejiminə tərəflər bir aydan çoxdur əməl edirlər - “müsbət amil” adlandıraraq nəzərə çarpdırmışdır ki, işğal olunmuş bütün ərazilərdən Ermənistan silahlı birləşmələrinin çıxarılması, bir milyon nəfərdən çox azərbaycanlı qaçqının öz daimi yaşayış yerlərinə qayıtması və təbii olaraq, sülh danışıqlarının davam etdirilməsi Azərbaycan üçün eyni dərəcədə əhəmiyyətlidir. O demişdir ki, atəşin dayandırılması son məqsəd deyil, qarşıdurmanın ortaya çıxardığı mürəkkəb məsələlərin kompleks şəkildə həlli üçün məhz vasitədir. Prezident bildirmişdir: Bununla əlaqədar Azərbaycan, əvvəllər olduğu kimi, yenə də ATƏM-ə, onun Minsk qrupunun güclü fəaliyyətinə bel bağlayır. O, ümidvar olduğunu söyləmişdir ki, indiki görüşdə sülhyaratma prosesinin yeni mərhələsinin bünövrəsi qoyulacaqdır.

Yan Eliasson Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında ATƏM-in, Rusiya və MDB-nin vasitəçilik səylərinin tamamilə əlaqələndirilməsinə tərəfdar olduğunu bildirmişdir. O demişdir ki, vasitəçilərin fəaliyyətinin əlaqələndirilməsi münaqişə zonasında birgə nəzarəti həyata keçirmək və danışıqlar prosesini davam etdirmək üçün mühüm amildir. İsveç diplomatı bununla əlaqədar bildirmişdir ki, o, son iki həftəni belə əlaqələr yaradılmasına həsr etmişdir. Yan Eliasson bu sırada özünün Moskvada (indi orada Rusiya tərəfi ilə səylərin birləşdirilməsi haqqında danışıqlar davam edir) keçirdiyi görüşləri, habelə Minsk qrupunun və ATƏM-in müvafiq surətdə Praqada və Vyanada keçirilmiş iclaslarını vurğulamışdır.

Diplomat Azərbaycan dövlətinin başçısına Qarabağ probleminin həllinə dair ATƏM-in planının ardıcıl şəkildə müdafiə edilməsində onun prinsipial mövqe tutduğuna görə təşəkkürünü bildirmişdir. Heydər Əliyev özünün prinsipial mövqeyini bu yaxınlarda İstanbula səfərinin gedişində də nümayiş etdirmişdir. Bundan əvvəl isə, Azərbaycan planın layihəsini ona özünün düzəlişləri keçirildikdən sonra bəyənmiş və imzalamış, bu barədə Təhlükəsizlik Şurasına məlumat vermişdir. Diplomat demişdir ki, hər bir ölkə, xüsusən kiçik ölkə ATƏM-in prinsiplərini dəstəkləməklə ən əvvəl öz təhlükəsizliyini təmin edir. O ki qaldı bu sənədi imzalamayan Ermənistana, Yan Eliassonun dediyinə görə, indi Ermənistan ATƏM-in missiyasını müsbət qarşılayır, amma bəzi düzəlişlər keçirilməsini xahiş edir. Bu düzəlişlər Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi məsələsinə aiddir.

Minsk qrupu sədrinin fikrincə, hazırda atəşin dayandırılmasına dair əldə olunmuş sazişi möhkəmlətmək, eyni zamanda münaqişə zonasında vəziyyətin indiki kimi qalmasına yol verməmək vacibdir. Onun əqidəsincə, sülh prosesinin dönməzliyini təmin edən tədbirlər hazırlanması vaxtı gəlib çatmışdır. Bütün bunlar müvafiq sazişdə əksini tapmalıdır. Yan Eliassonun rəyincə, Dağlıq Qarabağ üstündə altı illik silahlı münaqişənin doğurduğu bütün mürəkkəb məsələləri saziş imzalandıqdan iki həftə sonra həll etmək mümkündür. Lakin hazırlıq işi o dərəcədə dəqiq və məharətlə aparılmalıdır ki, vasitəçilik missiyası, diplomatın təbirincə desək, “qapalı vəziyyətə” düşməsin.

Minsk qrupunun başçısı bildirmişdir ki, o, regiona indiki səfərində burada ATƏM-in qüvvələrinin yerləşdirilməsi ilə bağlı məsələləri, habelə işğal olunmuş ərazilərdən qoşunların tamamilə çıxarılmasına və təhlükəsizlik üçün təminat yaradılmasına yönəldilmiş sonrakı tədbirləri müzakirə etmək niyyətindədir. Onun dediyinə görə, bu, problemin hərtərəfli şəkildə həllinə həmçinin çalışan Rusiyanın səylərinə doğru körpü ola bilər.

Heydər Əliyev problemin həlli sahəsində Minsk qrupunun fəaliyyətini müsbət qiymətləndirərək, bir daha təsdiq etmişdir ki, Azərbaycan münaqişənin ATƏM çərçivəsində aradan qaldırılmasına tərəfdar olaraq qalır. Bunu respublika rəhbərliyi dəfələrlə bəyan etmişdir. O bildirmişdir: Azərbaycan tərəfi buna həmişə kömək etmiş və bundan sonra da kömək edəcəkdir ki, ATƏM və onun Minsk qrupu sülhyaratma prosesində fəal rol oynasın. Bununla bərabər nəzərə çarpdırılmışdır ki, əks tərəf - Ermənistan buna hər cür əngəllər törədərək, ikili mövqe tutur, ATƏM barəsində qeyri-səmimilik nümayiş etdirir. Bununla əlaqədar Heydər Əliyev diplomatın diqqətini qonşu respublika rəhbərliyinin münaqişənin aradan qaldırılması sahəsində Minsk qrupunun səylərinin pozulmasına yönəldilmiş bəzi əməllərinə cəlb etmişdir.

Azərbaycan Prezidenti Minsk qrupunun hazırladığı nizamasalma planı layihəsinin bəzi məqamlarını aydınlaşdırmaq barədə Ermənistan tərəfinin ATƏM-ə qarşı irəli sürdüyü tələblərdən təəccübləndiyini bildirmişdir. Həmin tələblər Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi məsələlərinə aiddir. Halbuki burada, Heydər Əliyevin fikrincə, aydın olmayan heç nə yoxdur. Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verildiyini dəfələrlə bildirmişdir. Onların təhlükəsizliyi beynəlxalq müşahidəçilər və sülhyaratma qüvvələri bölgəyə gətirilən kimi öz-özünə təmin olunur.

Azərbaycan dövlətinin başçısı İsveç diplomatından təkidlə xahiş etmişdir ki, hərtərəfli siyasi sazişin tezliklə hazırlanmasına yönəldilmiş səmərəli tədbirlər görsün. Elə tədbirlər ki, bunlar Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə bağlı məsələlərin bütün kompleksinin həllini təmin edərdi. O, Yan Eliassonu həmçinin buna çağırmışdır ki, səyləri atəş dayandırıldıqdan sonra növbəti addımlar atılması üzərində cəmləşdirsin. Çünki indiki vəziyyətin saxlanması, Heydər Əliyevin fikrincə, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının işğalının saxlanmasına bərabərdir. Nəzərə çarpdırılmışdır ki, ərazisinin 20 faizi işğal edilən və bir milyon nəfərdən çox qaçqını olan Azərbaycan bu cür vəziyyətlə daha barışa bilməz. Ermənistana nisbətən Azərbaycan müqayisə ediləbilməz dərəcədə daha böyük məhrumiyyətlərə məruz qalmışdır. Buna görə də Azərbaycan tərəfi münaqişənin tez bir zamanda aradan qaldırılmasına çalışır, lakin bir şərtlə ki, Ermənistan silahlı birləşmələri işğal edilmiş bütün ərazilərdən tamamilə çıxarılmalıdır.

Respublikanın rəhbəri Minsk qrupunun sədrinə İstanbulda keçirdiyi görüşlər və ötən həftənin sonunda Rusiyanın müdafiə naziri Pavel Qraçov ilə apardığı danışıqlar barəsində ətraflı məlumat vermişdir. O, həmin danışıqları səmərəli danışıqlar kimi qiymətləndirmişdi. Heydər Əliyev bildirmişdir: Azərbaycan tərəfi altı illik qarşıdurmya son qoyulmasında əməli nəticələrə nail olmaq üçün hər şey edir.

Görüşdə Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyev, dövlət müşavirləri Vəfa Quluzadə və Nurəddin Sadıqov, xarici işlər naziri Həsən Həsənov və müdafiə naziri Məmmədrəfi Məmmədov iştirak etmişlər.

X X X
Elə dünən ATƏM-in Minsk qrupunun sədri ilə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov arasında görüş olmuşdur. Respublikanın xarici siyasət idarəsi mətbuat mərkəzinin məlumatına görə, söhbət zamanı Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması sahəsində Minsk qrupunun və şəxsən onun sədrinin səylərini yüksək qiymətləndirmiş, eyni zamanda qeyd etmişdir ki, bu səyləri daha da gücləndirmək lazımdır. Xarici siyasət idarəsinin başçısı münaqişənin dinc yolla həlli şərtlərindən danışarkən bildirmişdir ki, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməz qalır: Azərbaycanın işğal olunmuş bütün əraziləri azad edilməli, qaçqınlar isə öz daimi yaşayış yerlərinə qayıtmalıdırlar.

Mətbuat mərkəzinin məlumatına görə, respublikanın xarici işlər naziri nəzərə çarpdırmışdır ki, Azərbaycan münaqişənin aradan qaldırılması üçün ATƏM-in Minsk qrupunun yollar axtardığını və ayrılıqda hər hansı bir dövlətin vasitəçiliyini alqışlayır və onlarla sıx əməkdaşlığa hazırdır.

Yan Eliasson ATƏM-in prinsiplərinə Azərbaycanın tərəfdar olduğunu vurğulayaraq qeyd etmişdir ki, Minsk qrupu respublikanın bu mövqeyini yüksək qiymətləndirir. Onun fikrincə, bölgəyə indiki səfərin gedişindən konkret nəticələrə nail olmaq üçün əlverişli şərait yaranmışdır.

Elə dünən axşam İsveç diplomatı Ermənistan rəhbərliyi ilə məsləhətləşmələri davam etdirmək üçün Yerevana yola düşmüşdür. Gözlənildiyinə görə, iyunun 18-də o, danışıqları davam etdirmək üçün Bakıya qayıdacaqdır.

Aslan Aslanov

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub

“Sülh göyərçinləri” adlı konsert proqramı təqdim edilib

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb