İQTİSADİYYAT
Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır
Bakı, 17 may, AZƏRTAC
Forumun əsas məqsədi yaşıl enerjiyə keçid prosesinə özəl sektoru cəlb etməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nigar Arpadarayi mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, hər bir biznes subyektləri özlərinin strategiyasını hazırlayıb buna uyğun olaraq fəaliyyət göstərməlidirlər.
“İqlim dəyişikliyi ilə bağlı özəl sektorun bütün təşəbbüslərini dövlət dəstəkləməyə hazırdır. Yaşıl iqtisadiyyata keçid üçün Azərbaycanda böyük potensial var. Bu potensial biznes üçün geniş imkanlar yaradır. Bu sahəyə investisiya yatırmaq çox səmərəlidir. Biznes subyektləri yaşıl enerjiyə keçid üçün yaradılan infrastruktur layihələrinə, yeni texnologiyaların tətbiqinə investisiya yatıra bilərlər. Bu həm ölkə iqtisadiyyatı, həm də biznesin inkişafına böyük təkan verər. Biznes strukturları beynəlxalq təcrübədən də istifadə edə bilərlər”, - Nigar Arpadarai əlavə edib.