CƏMİYYƏT
DİN rəsmisi: İnsan alverinin qurbanı olan 98 nəfərə 5300 manat yardım edilib
![DİN rəsmisi: İnsan alverinin qurbanı olan 98 nəfərə 5300 manat yardım edilib](/files/2024/2/1200x630/1715934135791930993_1200x630.jpg)
Bakı, 17 may, AZƏRTAC
İnsan alverinin qurbanı olan 98 nəfərə 5300 manat məbləğində yardım edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 17-də keçirilən birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun 2023-cü il üçün hesabatının təqdimatı zamanı deyib.
İnsan alverinə qarşı mübarizə istiqamətində aparılan tədbirlərdən danışan H.Aslanov bu istiqamətdə QHT-lərlə işlərin əhəmiyyətini qeyd edib. Mübarizə istiqamətində QHT-lərlə bərabər 11 layihənin uğurla həyata keçirildiyini diqqətə çatdıran DİN rəsmisi insan alveri qurbanlarının müəssisələrə yerləşdirilməsi, onların sosial-iqtisadi dəstəyi məqsədilə təmsil etdiyi qurum tərəfindən 116 min manatdan artıq vəsaitin ayrıldığını bildirib.
Onun sözlərinə görə, insan alverinin qurbanı olan 105 nəfərə hüquqi yardım göstərilib.