DÜNYA
EDUARD ŞEVARDNADZE RUSİYA PREZİDENTİNƏ MƏKTUB GÖNDƏRMİŞDİR
Gürcüstan Prezidenti Eduard Şevardnadze Rusiya Prezidenti Vladimir Putinə Pankisi dərəsinin bombalanması və münasibətlərin daha da inkişaf etdirilməsi yolları ilə bağlı məktub göndərmişdir. Gürcüstan dövlətinin başçısı jurnalistlərlə söhbətində bildirmişdir ki, “o, iki gün əvvəl göndərdiyi bu məktubda ölkələr arasında münasibətlərdə Gürcüstanı hansı məsələlər narahat etdiyini və Gürcüstan-Rusiya münasibətlərini necə daha yaxşı şəkildə qurmaq barədə öz fikirlərini yığcam şəkildə açıqlamışdır”.
Eduard Şevardnadze demişdir ki, məktubda o, “Pankisi dərəsinin bombalanması mövzusuna toxunmuş və müvafiq faktları şərh etmişdir”. Prezidentin dediyinə görə, “şübhə yoxdur ki, avqustun 23-də Pankisi dərəsini Rusiya hərbçiləri bombalamışlar”.
İTAR-TASS müxbirinin sorğusuna cavab olaraq, Rusiya Prezidentinin mətbuat xidmətində Prezident Eduard Şevardnadzedən məktub alındığı faktı təsdiqlənmişdir.