SİYASƏT
MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 28-də Tərtər rayonunun Çiləbürt kəndi istiqamətində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir A.Kaspşik, onun səhra köməkçiləri Y.Şarov və İ.Platinus keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Z.Feç və Y.Repa keçirəcəklər.
X X X
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində avqustun 27-si və 28-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Standartlaşdırma agentliyinin uçuşların təhlükəsizliyi üzrə işçi qrupunun görüşü və avqustun 27-dən 29-dək Vilnyus şəhərində (Litva) “Kooperativ Yaquar-03” çoxmillətli sülhməramlı təlimlərin Əsas planlaşdırma konfransı keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.