İQTİSADİYYAT
ÖLKƏ ÜZRƏ ORTA AYLIQ ƏMƏK HAQQI 308,8 MİN MANATDIR
Avqustun 1-nə olan məlumata görə, respublika üzrə orta aylıq əmək haqqı 308,8 min manatdır. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,4 faiz çoxdur. Ən yüksək əmək haqqı tikintidə, kommersiya və maliyyə strukturlarındadır, ən aşağı əmək haqqını isə həkimlər və sosial sahənin işçiləri alırlar.
Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 3,765 milyon nəfərdir ki, bu da ölkə əhalisinin 46,7 faizini təşkil etmişdir. Dövlətstatkomun məlumatına görə, onların 3,715 milyon nəfəri iqtisadiyyatın müxtəlif sahələrində işləyir, 50,2 min nəfəri isə işsiz statusuna malikdir. Belə statusu olmayanların sayı Bakıda 6883, Naxçıvan Muxtar Respublikasında 6406, Bərdədə 3902, Ağdamda 2617 nəfərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [15:07]
CAATS-a rəhbərlik Türkiyəyə keçəcək
- 01.06.2024 [12:46]
AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb
- 01.06.2024 [10:55]
“Azeri Light” markalı neft ucuzlaşıb
- 01.06.2024 [10:23]