Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz. Sizi görmək xoşdur. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzu edirəm. Burada qonaqlarımızın iqlimlə bağlı mühüm məsələləri müzakirə etmələrini görmək çox xoşdur. Sizi konfransa dəvət etmək istəyirəm. Əlbəttə, ümidvaram ki, siz konfransın açılış mərasimində olacaqsınız. Beləliklə, bu, ikitərəfli gündəliyimizi, bizim birlikdə necə çalışa biləcəyimizi və bu ciddi iqlim çağırışı ilə bağlı sizi necə dəstəkləyə biləcəyimizi müzakirə etmək üçün yaxşı fürsətdir. Xoş gəlmisiniz. Bilirəm ki, Azərbaycanda geniş proqramınız və çoxlu görüşləriniz var. Əminəm ki, yaxşı təəssüratlarla geri dönəcəksiniz.

Tuvalunun general-qubernatoru Falani Tofinqa: Əlbəttə. Sabahınız xeyir, cənab Prezident. Mən Tuvalunu təmsil edirəm. Tuvalı hökumətinə göndərdiyiniz dəvəti böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Buna görə də gözəl paytaxtınız Bakı şəhərinə səfərim hökumətlərimiz - Azərbaycan hökuməti və mənim hökumətim arasında olan güclü diplomatik əlaqələrin aydın təzahürüdür.

Cənab Prezident, icazə verin, aşağıdakı təklifləri Sizin ali diqqətinizə çatdırım. Bunlar əsasən üç geniş sahəni əhatə edir. COP29 üçün bir nömrəli əsas prioritetlər. İtki və Zərər Fondunun fəaliyyətə başlaması. İqlim maliyyələşməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin müəyyən edilməsinin yekunlaşdırılması. İqlim dəyişikliyinin qarşısının alınması tədbirlərinin görülməsi, təmiz enerjiyə ədalətli və bərabər keçid prosesinin qəbul edilməsi.

Zati-aliləri, ölkələrimiz arasında diplomatik əlaqələri gücləndirmək üçün Tuvaluda adaptasiya layihəsinin maliyyələşdirilməsi məsələsi bizə layihənin nəticələrini COP29-da nümayiş etdirmək imkanını verəcək. Ölkələrimiz - gözəl Azərbaycan və kiçik ada ölkəsi olan Tuvalu arasında viza rejiminin aradan qaldırılmasını Sizdən xahiş edirik. Azərbaycan hökumətindən tələbələrə təqaüdlərin ayrılmasını xahiş edirik ki, bizim istedadlı gənclərimiz Sizin yüksək səviyyəli ali məktəblərinizə və digər texniki kolleclərə qəbul ola bilsinlər. Sonuncu məsələ, cənab Prezident, mən COP29-dan öncə Tuvaluya səfər etmək üçün bizim hökumətimiz adından dəvəti Zati-aliləri cənab Prezidentə çatdırıram. Vaxtınızı almayaraq, cənab Prezident, bir daha Sizə çox sağ olun demək istəyirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.

Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolau: Cənab Prezident, Tuvalunun general-qubernatorunun Sizə ünvanladığı minnətdarlığa qoşulmaq istəyirəm. Həmçinin təkcə mənə yox, eyni zamanda, nümayəndə həyətimizə Azərbaycan hökuməti tərəfindən göstərilən qonaqpərvərliyə görə səmimi təşəkkürümü bildirirəm. Çox sağ olun, cənab Prezident.

COP29 təkcə qlobal miqyasda yox, konkret olaraq bizim kimi kiçik ada ölkələri üçün mühüm məsələlərin həllində dönüş nöqtəsi olmalıdır. Cənab Prezident, yəqin bilirsiniz, iqlim dəyişikliyi sərhədlərə baxmır, kiçik və ya böyük ölkə olmasına baxmır. O, sadəcə, hamımıza təsir edir. Bu vəzifəni üzərinə götürdüyü üçün Azərbaycanı və xüsusilə Sizi təqdir edirəm. Bu, asan bir vəzifə olmayacaqdır. Biz burada olduğumuz müddətdə Sizin liderliyinizə və COP29 sədrliyinizə dəstək olacağıq ki, bu COP-un daha da faydalı olması üçün yolları müəyyən edə bilək.

Mən çoxlu COP-larda iştirak etmişəm və bəzən biz özümüzə sual edirik, xüsusilə okeanın o tayında olduğumuzu nəzərə alaraq buraya gəlməyə dəyərmi? Buna görə Azərbaycanda keçiriləcək COP-da nələr etmək olar müzakirəsinə qoşulmaq üçün kiçik ada ölkələrinin cəlb edilməsi bizdə nəinki xoş təəccüb hissi doğurdu, biz bu addımı yüksək qiymətləndiririk. Hesab edirəm ki, təsir altında olan ölkələrin nöqteyi-nəzərindən biz nə kimi məsələləri nəzərdən keçirməliyik, burada - Azərbaycanda keçirilən COP-da prioritetlərin nədən ibarət olacağını müzakirə etmək irəliyə doğru atılan mühüm bir addımdır. Biz COP29 üçün sərgilədiyiniz cəsarət və sadiqliyi bir daha təqdir edirik və birlikdə işləyərək hətta biz - kiçik ada ölkələri COP29-u uğura çevirə biləcəyimizə və bu beynəlxalq foruma olan inamı bərpa edə biləcəyimizə inanırıq. Çünki biz iqlim dəyişikliyi haqda uzun müddətdir ki, danışırıq. Məsələn, itki və zərərlər məsələsi Tuvalu tərəfindən on ildən çoxdur ki, qaldırılır və yalnız keçən il biz müəyyən razılığa gələ bildik. Biz müəyyən bir prosesin olduğunu bilirik, lakin bu, çox uzun zaman aparır, xüsusilə bizim hamımızın iqlim dəyişikliyinin təsirini hiss etdiyimiz bir dövrdə. İnsanlar bu problem haqda danışır, lakin bəzilərimiz iqlim dəyişikliyinin təsirini hiss edir. Məsələn, dəniz səviyyəsinin qalxması. Biz dəniz səviyyəsinin qalxmasına görə sahilyanı ərazilərin geriyə çəkilməsini nəzərdən keçirirdik. Bundan əlavə, bizdə təbii fəlakətlər baş verir. Bizdə çox güclü siklonlar olur və məsələn, Tahada vulkan püskürməsi və sunami baş vermişdir. Bu hadisələr sahilyanı sərhədlərin geriyə çəkilməsini zəruri etdi və sahil mühafizəsi nöqteyi-nəzərindən bütün məsələni mürəkkəbləşdirdi.

Bu səbəbdən biz hökumətinizin COP29-dakı sədrliyi üçün sahillərin mühafizəsinə dair müzakirə mövzuları təklif etmək istərdik. Baham adalarının əvəzindən danışmaq istəməzdim, ancaq biz və hər halda Tuvalu da 99 faiz okeanla əhatə olunmuşuq, ərazimiz olduqca kiçikdir. Biz bəzən özümüzü böyük okean dövləti adlandırırıq. Ancaq reallıq ondan ibarətdir ki, bizim resursumuz və torpaq sahəmiz yoxdur, olan kiçik sahəni qorumaq üçün əlimizdən gələni etməliyik. Hər il Sakit Okean hövzəsi liderlərinin toplantısı təşkil olunur, 18 dövlətin rəhbərləri Liderlərin Forumu adlanan tədbirə toplaşırlar. Buraya Avstraliya və Yeni Zelandiya da daxildir. Bu il liderlər Tonqaya səfər edəcəklər.

Zati-aliləri, zənnimcə, bu, Sizin və ya COP-un prezidentliyinin nümayəndəsinin iştirakı üçün münasib məkan olacaqdır ki, orada COP29-a baxış təqdim edilsin və Sakit okean hövzəsinin kiçik ada dövlətlərinin dəstəyi əldə olunsun. Kiçik ada dövlətləri üçün əhəmiyyətli məsələlərin Sizinlə və nümayəndələrinizlə müzakirə edilməsi imkanına görə şadıq. Bəli, bizim Kiçik Ada Dövlətləri Alyansımız var və biz BMT çərçivəsində gündəliyin təşviqində yardımçı ola bilərik. Biz Sizi və ya nümayəndənizi avqust ayının sonuncu həftəsi Tonqada görməkdən şad olardıq. Orada Sakit okean hövzəsi liderləri ilə birbaşa müzakirə aparmaq imkanı olacaqdır. Biz Azərbaycanda keçiriləcək COP29-a qədər bir neçə ay ərzində Sizinlə əməkdaşlıq etməkdən məmnun olardıq. Cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun.

Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audley: Apellyasiya Məhkəməsi hakimləri arasında belə bir ifadə var – onlar özləri qərarı qəbul etmək istəməyəndə deyirlər: mən bütün deyilənlərlə razıyam. Mən də sözlərimə bununla başlamaq istərdim. Hər ölkəyə gəldikdə vəziyyət eynidir. İlk növbədə, mən hazırda digər bir dövlət səfəri ilə bağlı burada ola bilməyən hörmətli Baş nazirimiz adından üzrxahlıq diləmək istərdim. Ancaq mənə tapşırılıb ki, bu işi öz üzərinizə götürdüyünüz üçün Sizə təşəkkürümüzü ifadə edim. Baş nazirimiz payızda COP29-da iştirak etmək üçün buraya səfər edəcəkdir.

Mən İtki və Zərər Fonduna maliyyə vəsaitlərinin cəlb olunması məsələsini xüsusilə qeyd etmək istərdim. Məni hava limanında qarşılayan həmkarlara söylədim ki, müvafiq maliyyə vəsaiti cəlb edildikdə Baham adaları sahillərinə yaxınlıqda ölkənizin adını daşıyacaq dalğaqıranın inşası belə mümkündür. Xəzər dənizində gördüyüm dalğaqıran məndə dərin təəssürat yaratdı. Mən uşaqlıqda Xəzər dənizi haqqında eşitmişdim. İndi isə onu şəxsən görmək mənə çox xoş oldu.

Ancaq burada Baş nazirin də qeyd etdiyi kimi, ciddi məsələ tropik siklonlarıdır. Beş il öncə baş vermiş yalnız bir qasırğa nəticəsində Baham adaları ümumi daxili məhsulun 30 faizini itirib və biz hələ də onun fəsadlarını aradan qaldırırıq. İtki və Zərər Fondunun maliyyə imkanları sayəsində nəhəng dalğaqıranların inşası nəzərdə tutulub. Baham adaları, ümumilikdə, Karib hövzəsi ölkələri üçün burada ən böyük çətinlik ondan ibarətdir ki, biz yüksək gəlirli ölkələr hesab edilirik. Çoxları isə bunu nəzərə almır ki, təbii fəlakətlər baş verir, ölkəyə ciddi ziyan dəyir və daha sonra güzəştli şərtlərlə maliyyə vəsaitlərinin cəlb edilməsi məsələsində problemlər yaranır. Bu səbəbdən biz, həmçinin beynəlxalq maliyyə təsisatları çərçivəsində bununla bağlı dəyişikliklərin edilməsi üzərində çalışırıq.

Ölkənizlə ikitərəfli əsasda diplomatik münasibətlər 2017-ci ilin mayında qurulub. Hazırda təklifimiz ondan ibarətdir ki, biz bunu daha irəliyə aparaq, indiki mərhələdə qeyri-rezident səfirlər təyin edək və Xarici İşlər nazirlikləri vasitəsilə viza tələbinin aradan qaldırılmasına nail olaq. Bizim bir sıra ölkələrlə belə sazişlərimiz var. Düşünürük ki, bu, münasibətlərimizin irəliyə doğru aparılması istiqamətində məqsədəuyğun addım olar. Bir sözlə, bir daha, sadəcə, qeyd etmək istəyirəm ki, bu məsələ ciddidir. Baş nazir onu ekzistensial məsələ adlandırır. Baham torpaqlarının 80 faizi dəniz səviyyəsindən cəmi bir metr hündürlükdədir. Ən yüksək nöqtə dəniz səviyyəsindən 206 fut təşkil edir. Yəni, çox da yüksək deyil.

Ötən il Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış etdikdən sonra orada “Səyahətçilər klubu” mənə bir təqdimat göstərdi. Təqdimatda əgər biz bu problemin qarşısını almasaq, 2070-ci ildə paytaxt şəhər Nassau və adaların hansı vəziyyətdə olacağı nümayiş etdirilirdi. Adanın 30 faizi suyun altında qalacaq. 2100-cu ildə isə 70 faiz su altında qalacaq. Bu səbəbdən Baş nazir həmin məsələni bizim mövcudluğumuzla bağlayır. Ümid edirik ki, bu səfər məsələnin dərk edilməsini konkretləşdirəcək, bizə dəstək veriləcək və beləliklə, biz məsələnin həllində irəliyə doğru birgə gedə biləcəyik. Lakin qabaqlayıcı tədbirlərin görülməsi, itki və zərərlərin qarşısının alınmasının maliyyələşdirilməsi bir daha qeyd edilməlidir.

Səfərə dəvət etdiyinizə görə bir daha minnətdaram. Üzrlü hesab edin ki, Baş nazir özü gələ bilmədi. Sizinlə gələn aylar ərzində işin davam etdirilməsini səmimiyyətlə arzulayıram.

Prezident İlham Əliyev: Bir daha çox sağ olun. Ölkəmizə səfər etdiyinizə görə minnətdarıq. İkitərəfli gündəliyimiz və COP29 məsələləri barədə söhbət etmək üçün yaxşı fürsətdir. Bizə bu missiyanı təxminən 200-ə yaxın ölkənin yekdil qərarı ilə həvalə ediblər. Bu, Azərbaycana hörmət əlamətidir və həmçinin nəticələrə nail olacağımızın təzahürüdür. Bildiyiniz kimi, biz Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etdik. Sədrliyə də yekdil qərarla seçildik. Sədrliyimizi Uqandaya həvalə etdiyimiz zaman biz artıq nəzərəçarpan nəticələrə aid yaxşı təcrübənin əsasını qoyduq. Təsisatın inkişafı, o cümlədən COVID-19 kimi çətin vaxtlarda ehtiyacı olan dövlətlərə dəstək, bu məsələnin mümkün qədər yüksək səviyyəyə qaldırılması onların sırasındadır. Yəni, bizim təşəbbüsümüzlə Baş Assambleyanın xüsusi sessiyası təşkil edilmişdi.

Hazırda biz COP29-a sədrlik edirik və buna praktiki nöqteyi-nəzərdən yanaşırıq. Bilirik ki, bir çox müzakirələr, söhbətlər aparılıb, lakin nəticə çox olmayıb. Bizim mövqeyimiz isə hər zaman çox praktiki və praqmatik olub. Biz nəticələrə nail olmaq istəyirik. Konfransda müzakirə olunacaq ən mühüm məsələ maliyyədir. Vəsaitlərin ayrılması üzərində fəal çalışırıq ki, həmin məsələlər həllini tapsın. Eyni zamanda, anlayırıq ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir, lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir. Biz bunu aydın şəkildə anlayırıq. Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur. Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində saxlayacağıq. Həmçinin digər kiçik ada dövlətləri ilə məsləhətləşərək, COP29 zamanı yüksək səviyyəli nümayəndələrin görüşünün təşkil olunmasını təklif edirik. Eyni zamanda, kiçik ada dövlətlərinə dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edirik.

Artıq dediyim kimi, hər kəs, o cümlədən Azərbaycan iqlim dəyişmələrindən əziyyət çəkir. Sizdə su artıqdır. Bizdə isə su azdır. Bizdə quraqlıq, sizdə isə dənizin ərazinizə daxil olması var. Bununla belə, hər bir ölkə problemlə üzləşir, lakin sizin üçün bu, mövcudluqla bağlıdır. Qlobal istiləşmədə böyük payı olan ölkələr isə bundan əziyyət çəkən ölkələrin maraqlarına və gündəlik tələblərinə göz yummalı deyillər. Qlobal istiləşməyə siz səbəb olmamısınız, biz səbəb olmamışıq. Bizim payımız, ola bilsin, mində birdir. Biz axı əziyyət çəkirik. Siz daha çox əziyyət çəkirsiniz. Mən bir daha sizi əmin edə bilərəm ki, biz təkcə sözdə deyil, o cümlədən işdə göstərəcəyik. COP29-un nəticəsi kimi Sizə maksimum gözəçarpan dəstəyin göstərilməsi üçün tərəfdaşlarımızla işləyəcəyik. Bizə gəldikdə, biz buna maliyyə töhfəsini verməyə hazırıq.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib  YENİLƏNİB VİDEO

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Dənizkənarı Milli Parkda "Uşaqlar idmanı sevir" adlı festival keçirilib

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub

“Sülh göyərçinləri” adlı konsert proqramı təqdim edilib