ELM VƏ TƏHSİL
Səfir: COP29 Azərbaycan tarixində ən mühüm hadisələrdən biri olacaq
![Səfir: COP29 Azərbaycan tarixində ən mühüm hadisələrdən biri olacaq](/files/2024/2/1200x630/171636584495032328_1200x630.jpg)
Bakı, 22 may, AZƏRTAC
COP29 Azərbaycan tarixində ən mühüm hadisələrdən biri olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfiri Mişel Pitersman ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun, Belçikanın ölkəmizdəki səfirliyinin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təşkilatçılığı ilə Avropa və Cənubi Qafqaz perspektivindən iqlim fəaliyyətləri üçün imkanlar və çətinliklər mövzusunda keçirilən seminarda deyib.
“COP29 Azərbaycanın müstəqillik dövrü ərzində baş verən ən mühüm beynəlxalq hadisələrdən biridir”, - deyə səfir Mişel Pitersman bildirib.
Səfir qeyd edib ki, iqlim dəyişmələri ilə mübarizə üçün həm qlobal, həm də yerli səviyyələrdə qərarlar qəbul etmək lazımdır. Onun sözlərinə görə, iqlim dəyişmələrinin nəticələrinin yumşaldılması bütün əsas iştirakçıların qətiyyətli və əlaqələndirilmiş səylərini tələb edir.
Diplomat əlavə edib ki, COP29-un əsas mövzusu maliyyələşdirmə olacaq.