ELM VƏ TƏHSİL
TÜRKİYƏ RUSİYANIN DAŞIYICI RAKETİNİN KÖMƏYİ İLƏ PEYK BURAXMIŞDIR
(“ BilSat-1”) buraxmış və o, nəzərdə tutulan orbitə çıxarılmışdır. Bu xəbər Türkiyədə böyük sevinclə qarşılanmışdır.
Türkiyə Elmi-Texniki Tədqiqatlar Şurasının (TÜBİTAK) rəhbəri, professor Ərol Qocaoğlan bildirmişdir ki, bu peykin buraxılması ölkənin öz qüvvələri ilə peyk sistemlərinin layihələşdirilməsi və istehsalına dair dövlət proqramının həyata keçirilməsində ilk addımdır. O demişdir ki, bu proqram çərçivəsində türk alim və mühəndisləri Yerin süni peykinin yeni maketini hazırlamışlar. Maket Türkiyədə istehsal olunmuş optik cihazlarla və elektron sistemləri ilə təchiz edilmişdir.
129 kq ağırlığında olan “BilSat-1” 686 kilometr hündürlüyündə orbitə çıxarılmışdır. O, Yer səthinin monitorinqi, təbii fəlakətlərin vurduğu zərəri müəyyənləşdirmək məsələlərini həll edəcəkdir. “BilSat-1” fövqəladə halların monitorinqi üzrə beynəlxalq peyk sisteminə daxil olacaqdır. Bu sistemə Türkiyə ilə yanaşı, Böyük Britaniya, Çin, Əlcəzair, Nigeriya və Tailand da daxildirlər.