Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XOCALI QAÇQINLARININ BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATINA, AVROPA ŞURASINA VƏ AVROPA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ TƏŞKİLATINA MÜRACİƏTİ

Dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciət etməkdə məqsədimiz 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsidir.

Azərbaycanın tarixinə az-çox bələd olan hər bir şəxsə bəllidir ki, Qarabağın dağlıq hissəsində yerləşən və bizim eradan əvvəl 3-cü minillikdən üzü bəri mövcud olan Xocalı Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Xocalı şəhərinin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş eksponatlar və unikal tarixi abidələr yuxarıda qeyd olunanlara əyani sübutdur.

İrandan Azərbaycana köçmələrinin 150 illiyinə Dağlıq Qarabağda 1978-ci ildə abidə ucaltmış ermənilər tarixi Azərbaycan torpaqları hesabına xəyali “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədi ilə son iki əsrdə xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı ardıcıl işçalçılıq siyasətini həyata keçirmiş və zaman-zaman bu məkrli məqsədə çatmaq üçün dəhşətli terror, kütləvi qırğın, deportasiya və soyqırımı kimi bəşəri cinayətlərdən belə çəkinməmişlər.

Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz tarixi etnik ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan milyonlarla azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, dədə-baba torpaqlarından deportasiya olunmuşdur. Nəhayət, 1988-ci ildən başlayaraq Azərbaycana qarşı əsassız ərazi iddiaları və erməni separatizmi yenidən baş qaldırmış, heç bir tarixi, siyasi, etnik əsası olmayan Dağlıq Qarabağ fitnəkarlığına rəvac verilmişdir. 1988-1989-cu illərdə Ermənistanda öz tarixi etnik torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı son nəfərinə kimi deportasiya edilmiş, bu zaman yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə Ermənistan ermənilərin illərlə arzusunda olduqları monorespublikaya çevrilmişdir.

Təəssüf ki, 1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində meydan sulayan erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin açı iztirabları keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər Azərbaycanlılara qarşı soyqırımı siyasətini və bir-birinin ardınca misli görünməmiş tarixi cinayətlərini həyata keçirməyə müvəffəq oldular. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ inzibati bölgüsünə daxil olmayan 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu, bir milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə ictimai-mədəni binalar, təhsil və səhiyyə müəssisələri, tarixi-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbristanlıqlar yerlə-yeksan edilərək misli görünməmiş erməni vandalizminə məruz qaldı.

Münaqişənin ilk illərində Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və s. kimi azərbaycanlılar yaşayan kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, terror və kütləvi qırğınlar, nəhayət, Xocalı soyqırımı “məzlum və cəfakeş erməni” vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.

26 fevral 1992-ci ildə isə XX əsrin ən dəhşətli faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına Xocalı soyqırımı da əlavə olundu.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər. (Hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan artıq idi ki, erməni silahlı birləşmələri tərəfindən tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi.

Azğınlaşmış erməni quldurları özlərinin muzdlu xarici havadarlarının köməyi ilə həmin gecə Xocalı şəhərini yerlə-yeksan etdilər. 366-cı alaya məxsus çoxsaylı ağır texnikanın köməyi ilə şəhər tamamilə dağıdıldı və yandırıldı. Əliyalın dinc mülki əhali dəhşətli qətliama məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üz qaralığı olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində xeyli Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti genosid - Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsidə 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlanlar və qızlardır.

Bu hərbi-siyasi cinayət nəticəsində 6 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.

Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara deyil, bütün sivil bəşəriyyətə qarşı yönəlmiş bu tarixi cinayətin müəllifi “əzabkeş və məzlum” ermənilərdir.

Artıq on ildir ki, qaçqınlıq həyatı yaşayan biz xocalılar dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara ürək ağrısı ilə, eyni zamanda böyük ümidlərlə müraciətlər edirik. Sizlərdən xahiş edirik ki, bizim başımıza gətirilən müsibətlərə, erməni hərbi təcavüzü nəticəsində mübtəla olduğumuz dərdlərə soyuq, laqeyd münasibət bəsləməyəsiniz. Biz inanmırıq ki, dünyanın çox nüfuzlu beynəlxalq təşkilatları olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr sivilizasiyalı beynəlxalq aləmə qarşı meydan sulayan təcavüzkar bir dövləti - Ermənistanı haqq-ədalətə, nizam-intizama əməl etməyə məcbur edə bilməsinlər!

Biz əmin olduğumuzu bildiririk ki, dünya birliyi Ermənistan dövlətinin Azərbaycana qarşı hərbi təcavüzünü pisləyəcək, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, bir milyondan artıq qaçqının öz doğma yurd-yuvasına qayıtmasına, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin tarixi-siyasi ədalət kontekstində və sülh yolu ilə həllinə kömək edəcəkdir.

11 sentyabr 2001-ci ildə ABŞ-da minlərlə günahsız insanın kütləvi qırğınına səbəb olmuş dəhşətli terror faciəsini biz xocalılar dərin kədər hissi ilə qarşıladıq. Bu ağır bəşəri faciə bizi, nə qədər ağrılı olsa da, on il əvvələ qaytardı. Çünki on il bundan əvvəl belə bir acı müsibəti bizlər və on minlərlə azərbaycanlı qaçqın öz şəxsi taleyimizdə yaşamışıq və bu gün də çadırlarda, vaqonlarda, yeraltı qazmalarda, zirzəmilərdə ağır qaçqınlıq həyatı yaşamaqdayıq.

Biz - Xocalı soyqırımının möcüzə nəticəsində sağ qalmış şahidləri 11 sentyabr terrorunu qətiyyətlə pisləyərək BMT-yə, AŞ-yə və ATƏT-ə, dünyanın bütün mütərəqqi ictimaiyyətinə böyük ümidlə növbəti müraciətimiz edir, Xocalı soyqırımına da hüquqi-siyasi qiymət verilməsi zərurətini sivilizasiyalı beynəlxalq aləmin bir daha nəzərinə çatdırırıq.

XX əsrin ən dəhşətli müsibətlərindən birini yaşamış biz xocalılar dünya xalqlarını sülh və əmin-amanlıq uğrunda birgə mübarizəyə səsləyirik. Biz dünyanın bütün beynəlxalq təşkilatları və sülhsevər, nüfuzlu dövlətləri qarşısında həyəcan təbili çalaraq hamını yer üzündə müharibə ocaqlarının söndürülməsi üçün səfərbər olmağa, sülh və əmin-amanlıq şəraitində yaşayan, günü-gündən çiçəklənən azad, xoşbəxt insan cəmiyyəti uğrunda mübarizəyə çağırırıq!

Müraciət Xocalı rayon qaçqınlarının

20 fevral 2002-ci il tarixli toplantısında

qəbul olunmuşdur

Bakı şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub

“Sülh göyərçinləri” adlı konsert proqramı təqdim edilib

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Aparat rəhbəri: Kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var