Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

YURDUM – Azərbaycanın ilk sosial ekokənd layihəsi

Bakı, 17 may, Anara Axundova, AZƏRTAC

Bu günlərdə Buzovnada “Hümayun” qeyri-hökumət ictimai təşkilatının təşkilatçılığı, “DanceAbility Azerbaijan” inklüziv rəqs şirkəti və “Zağulba FM”in iştirakı ilə “YURDUM – sosial ekokənd” adlı tədbir keçirilib.

YURDUM layihəsi gələcəyin yaşayış kəndidir, habelə fiziki və ya əqli qüsurlu insanların sosial adaptasiyasını təşviq edən mərkəzdir. Burada yaşı 18-dən yuxarı olan insanlar cəmiyyətin ictimai həyatına fəal cəlb olunacaq, ev təsərrüfatını birgə idarə edəcək və asudə vaxtlarını birlikdə keçirəcəklər. Ekokənddə həmin insanların yaşaması, cəmiyyətə inteqrasiyası üçün xüsusi şərait yaradılacaq. Azərbaycanda ilk dəfə olaraq belə sosial terapiya mərkəzləri şəbəkəsi yaradılır. Layihənin müəllifləri Zarema Yagizarova, Firəngiz Hüseynova, Teymur Hüseynov və Vəfa Xəlilovadır.

AZƏRTAC YURDUM-un rəhbərlərindən biri Zarema Yagizarova ilə söhbət edib.

-Zarema xanım, əvvəlcə sosial terapiyadan bəhs edərdiniz, bu təcrübə harada başlayıb? Hansı ölkələrdə uğurla tətbiq olunur?

- Belə inklüziv sosial icmaların inkişafı ötən əsrin 40-cı illərində, nasistlər tərəfindən ölkədən qovulmuş avstriyalı pediatr Karl Kyöninq Şotlandiyada məskunlaşmağa məcbur olduqdan sonra başladı və o, müəllimlərlə birlikdə ilk sosial kəndin və məktəbin əsasını qoydu. Bu kənd ərazinin adını daşıyır və Kemphill adlanır. Bu gün o, artıq Avropa, Şimali Amerika, Misir, Cənubi Afrika və Asiyada 100-dən çox belə kənd, müstəqil icmalar yaradan beynəlxalq hərəkata çevrilib. Şimali Avropadakı icmalar xüsusilə fəaldır. Məsələn, Norveçdə təxminən 12 bənzər icma var. Beynəlxalq hərəkat ümumi idarəetmə orqanına malik deyil və belə bir ümumi fəlsəfəni rəhbər tutur ki, zehni və fiziki imkanlarından asılı olmayaraq, hər bir insan şəxsiyyətdir. O, cəmiyyətin sosial həyatına cəlb edilmək imkanına malik olmalıdır.

-Yurdum layihəsinin məqsədi nədən ibarətdir?

- Layihəmiz psixi və ya fiziki sağlamlıq problemi olan insanlara xəstəxanadan kənar şəraitdə, yeni yaşayış mühitində yaşamağa kömək etmək, həmçinin sosial adaptasiyaya kömək edəcək personalın vasitəsilə sosial məskunlaşma icması yaratmaq məqsədi daşıyır. Bu icmada bütün rollar bir ailədə olduğu kimi paylanacaq, sakinlər bir-birinə qayğı göstərən ailə üzvləri kimi yaşayacaq.

Benefisiarlar psixi və ya fiziki sağlamlıq problemləri olan insanlar, dövlətdən müxtəlif növ yardım alanlar, işçilər, yəni könüllülər və sosial işçilərdən (terapevt və psixoloqlar) ibarətdir. Hər iki tərəf üçün bu, evlərdə uzunmüddətli yaşamaq üçün bir fürsətdir, burada onlar birlikdə məqbul iş fəaliyyəti ilə məşğul olmaqla yanaşı, sosial ünsiyyətin, itirilmiş həyat bacarıqlarının reabilitasiyası və inkişafı üçün unikal mikrocəmiyyət yaradacaqlar. Çox vaxt əlil və xüsusi qayğıya ehtiyacı olan insanlar müxtəlif səbəblərdən illər keçdikcə yaxınları ilə üz-üzə ünsiyyəti, özlərinə qayğı ilə bağlı planlar qurmaq və qərar qəbul etmək qabiliyyətini itirirlər. Onlar tez-tez məcburi təcrid şəraitində yaşayırlar və ya qeyri-ixtiyari olaraq xəstəxanalarda qalırlar, çünki yaşamaq üçün başqa yerləri yoxdur. Şəhər həyatı öz gərginliyi və stresi ilə onları qorxudur. Həll yolu mikrocəmiyyətlərin - sosial ekokəndlərin yaradılması ola bilər ki, burada xüsusi ehtiyacı olan insanlar lazımi qayğı ilə əhatə olunsun, zəruri hallarda davamlı tibbi nəzarət altında yaşasınlar.

Layihəmiz “Hümayun” qeyri-hökumət təşkilatı tərəfindən dəstəklənir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi YURDUM sosial ekoloji kənd adlandırdığımız icmanın ilk prototipini yaratmaq üçün bizə kiçik maliyyə yardımı göstərəcəyini vəd edib. Hazırda Bakıda yerləşən gündüz mərkəzi kimi fəaliyyət göstəririk.

-Bu mərkəzdə hansı fəaliyyətlər göstərilir?

-Gündüz mərkəzimiz gələcək ekokəndin prototipini yaratmağa yönəlib, burada əsas amil inklüziv icmanın unikal atmosferidir. Layihəmizin meneceri, Avropa Həmrəylik Korpusu (ESC) üzrə ekspert, ixtisasca IT mütəxəssisi olan Vəfa Xəlilova Latviyadakı analoji “Rozkalnı” düşərgəsində çalışıb. O, sevgi və diqqət üzərində qurulmuş bu atmosferin ilhamvericisidir, ən xırda detallara diqqət yetirir. İstəyimiz onların kim olduğunu, benefisiarlarımızın fərd olaraq nəyi bəyəndiklərini və ya xoşlamadıqlarını, nədən zövq aldıqlarını və nəyi sevmədiklərini, bizim və onların nəyi öyrənməli olduqlarını bilməkdir. Axı YURDUM icma birliyi bir məhsul deyil, o, prosesdir və hələ başlanğıcdadır.

Vəfa Xəlilova və biz, üç həkim - mən, Firəngiz və Teymur dərin peşəkar biliklərə malikik. Hazırda sosial terapiya psixologiyasını və yeni komanda - mikrocəmiyyət qurmağın mənəvi tərəfini öyrənirik. Digər icmaların təcrübəsinin göstərdiyi kimi, bir evdə 10-12 nəfərdən çox olmamalıdır, o cümlədən benefisiarlar və onlara qulluq edənlər daxil olmaqla. Əks təqdirdə, bu bir ailə deyil, yataqxanadır, bu da pis deyil, amma ailədə hər şey tamamilə fərqlidir.

Benefisiarlarımız böyüklərdir, bir çoxunun yaşı 18 və daha yuxarıdır, lakin biz onlara “övladlarımız” deyirik. Bu şəxslərin hamısı tibb mütəxəssisləri tərəfindən mərkəzimizə tövsiyə olunur və biz də təbii ki, onların tibbi tövsiyələrinə əməl edirik. Bununla yanaşı, biz əqli və fiziki qüsurlu insanların sosial terapiyası və reabilitasiyası alqoritmlərinə əsaslanan dinamikanın qiymətləndirilməsi sistemini yaradırıq.

İnanırıq ki, koqnitiv reabilitasiya beynin həyat boyu dəyişmə və uyğunlaşma qabiliyyəti olan neyroplastiklik konsepsiyasına əsaslanır. Müstəqil yaşamaq üçün zəruri olan qabiliyyət və bacarıqların inkişaf etdiriləcəyi şəraitin yaradılması icma quruculuğu prosesində iştirak edən hər kəsin həyat təcrübəsini dərinliyi ilə yenidən yaşamasına səbəb olacaq, icmada “başqalarına” qarşı taleyin iradəsi və ya xüsusi ehtiyaclar ucbatından meydana gələn stiqmadan qurtulmağa kömək edəcək.

-Zarema xanım, ölkəmizdə bu layihənin həyata keçirilməsinin özəlliyi nədir?

- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bizimlə söhbətində bildirdiyi kimi, ölkəmizdə ilk dəfə olaraq belə bir layihə həyata keçiriləcək. O qeyd edib: “Ölkəmizdə fiziki və əqli qüsurlu insanlar üçün çox işlər görülüb və bu, davam etdirilir, lakin belə bir layihə yoxdur. Bu maraqlıdır, baxmayaraq ki, mədəni və etik xüsusiyyətlərimizi nəzərə almalıyıq”.

Bu, doğrudur. İnsanlarımız çox vaxt ailədə olan problemləri gizli saxlayır və təkbaşına onların öhdəsindən gələ biləcəyini düşünürlər. Bizim vəzifəmiz budur; özlərinin öhdəsindən gələ bilmədikləri, problemli olan sevdiklərini icmaya vermək istəmədikləri, güvənmədikləri məqamda onlara kömək etmək... Məhz bu etimadı qazanmaq lazımdır. Biz ABŞ, Latviya, Litva və Gürcüstanda uzun illər uğurla fəaliyyət göstərən bir neçə mərkəzlə əlaqə saxlayırıq, onlardan bəzilərinə şəxsən baş çəkmişik, bu mərkəzlərin necə qurulduğunu və fəaliyyət göstərdiyini görmüşük. Sosial psixoloqlarımızı öyrətməyə hazır olan bu icmaların heyrətamiz dərəcədə istedadlı təşkilatçıları ilə tanış olduq. Təşkilatımız artıq Avropada sosial inklüzivliyin inkişafı üzrə fəaliyyət göstərən Beynəlxalq birlik tərəfindən tanınıb. 2023-cü ilin oktyabrında İsveçrənin Dornax şəhərində yeni sosial inklüziv icmaların inkişafı və modelləşdirilməsi üzrə konfransda iştirak etdim. Bu il biz genişləndirilmiş foruma dəvət olunmuşuq və buradakı “Art terapiya” bölməsində rejissorumuz, eyni zamanda Azərbaycan Rəssamlar İttifaqının üzvü Firəngiz Hüseynova “Art-terapiya” seksiyasında özünüifadə qabiliyyətinin inkişafı yolu ilə psixi vəziyyəti və benefisiarlarımızın əsərlərini nümayiş etdirmək vasitəsilə ahəngdarlığın artırılması üzrə yaradıcılıq planını təqdim edəcək.

Sosial terapiyaya gəldikdə, Azərbaycanda bu sahədə “sosial psixologiya” terminindən istifadə olunur. Bu, bəşəriyyətin açıq informasiya sərhədlərinə keçidi kontekstində sosial-psixoloji problemlərin həllinin inteqrasiya üsuludur. Həmçinin bu, birgə fəaliyyətlər təşkil etməyə, insanlar arasında ünsiyyəti asanlaşdırmağa, ağrılı gərginlik və narahatlıq vəziyyətini aradan qaldırmağa imkan verən peşə terapiyasıdır. Sosial terapiya, eyni zamanda, sənət terapiyasıdır ki, burada yaradıcılıq növündən asılı olmayaraq, hər kəs yeni materiya yaradır, mənəvi cəhətdən zənginləşir, bütün kainatı Yaradana yaxınlaşır. Bu, həm də ən qədim musiqi terapiyasıdır. Buraya kiçik teatr tamaşalarının yaradılması daxildir, həm də insanın digər insanlarla mənəvi yaxınlığa olan dərin ehtiyacları ödənildikdə, yeni yüksəkkeyfiyyətli münasibətlər formalaşır.

Ümidvarıq ki, YURDUM cəmiyyətin stiqmadan, biganəlikdən şəfa tapacağı və ruhi rahatlıq tapacağı çoxlu bənzər ekokəndlərin prototipi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Dənizkənarı Milli Parkda "Uşaqlar idmanı sevir" adlı festival keçirilib

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub