ELM VƏ TƏHSİL
AĞDAŞ MƏKTƏBLƏRİ YENİ DƏRS İLİNƏ HAZIRDIR MƏKTƏBLƏR XEYRİYYƏÇİLƏRİN VƏ BƏLƏDİYYƏLƏRİN VƏSAİTİ İLƏ TƏMİR OLUNMUŞDUR
Ağdaş rayonunda bir qrup iş adamı məktəblərdə əlavə sinif otaqları tikmək üçün vəsait ayırmışdılar.
Rayon təhsil şöbəsində müxbirimizə demişlər ki, xeyriyyəçilərin maddi köməyi ilə Zeynəddin kənd məktəbində 3, Yuxarı Ləki və Orta Ləki kənd məktəblərinin hər birində isə 5 sinif otağı tikilib istifadəyə verilmişdir. Ağzıbir kənd orta məktəbində isə yeni tədris korpusunun tikintisi başa çatmaq üzrədir.
Bələdiyyələr də məktəblərin təmirində fəal iştirak edirlər. Onların vəsaiti ilə 35 məktəbdə əsaslı təmir işləri aparılmışdır.
Ümumiyyətlə, rayondakı 40 orta, 19 əsas və 9 ibtidai məktəb yeni dərs ilinə tam hazırdır.