İDMAN
“Avro-2024”: Şotlandiya millisinin ilkin heyəti bəlli olub
Bakı, 22 may, AZƏRTAC
Futbol üzrə Şotlandiya millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
AZƏRTAC Şotlandiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Stiv Klark 28 futbolçuya dəvət göndərib. Reqlamentə əsasən, yekun siyahıda 26 oyunçu olmalıdır. Bu səbəbdən qarşıdakı günlərdə 2 nəfərin adı heyətdən çıxarılacaq.
Qapıçılar: Kreyk Qordan, Zander Klark (hər ikisi “Harts”) Anqus Qann (“Norviç”, İngiltərə), Liam Kelli (“Mozervell”)
Müdafiəçilər: Endi Robertson (“Liverpul”, İngiltərə), Kiran Tirni (“Real Sosyedad”, İspaniya), Cek Hendri (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Rayan Porteus (“Uotford”, İngiltərə), Liam Kuper (“Lids”, İngiltərə), Skott Makkenna (“Kopenhagen”, Danimarka), Qrant Henli (“Norviç”), Con Sauttar (“Reyncers”), Qreq Teylor, Entoni Ralston (hər ikisi “Seltik”), Ross Makkrori (“Bristol Siti”, İngiltərə)
Yarımmüdafiəçilər: Kallum Makqreqor (“Seltik”), Rayan Kristi (“Bornmut”, İngiltərə), Billi Qilmor (“Brayton”, İngiltərə), Con Makqinn (“Aston Villa”, İngiltərə), Kenni Maklin (“Norviç”), Skott Maktominey (“Mançester Yunayted”, İngiltərə), Stüart Armstronq (“Sauthempton”, İngiltərə), Rayan Cek (“Reyncers”);
Hücumçular: Lindon Dayks, ("Kuinz Park Reyncers”, İngiltərə), Çe Adams (“Sauthempton”), Lourens Şenklend, (“Harts”), Ben Doak (“Liverpul”), Ceyms Forrest (“Seltik”).
Qeyd edək ki, “Avro-2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Şotlandiya yığması A qrupunda Macarıstan, İsveçrə və Almaniya ilə mübarizə aparacaq.