Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biridir ŞƏRH

Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biridir  ŞƏRH

Bakı, 15 may, AZƏRTAC

Dünyada geosiyasi vəziyyət gərginləşdikcə, insanların, eləcə də dövlətlərin, dinlər və millətlər arasında tolerant və multikultural dəyərlərin inkişaf etdirilməsinə və qorunmasına ehtiyac daha da artır. Çünki bütün bu münaqişə və müharibələrin kökündə qarşılıqlı anlaşılmazlıqlar və bir-birlərinə qarşı dözümsüzlük durur. Bunun qarşısının alınmasının yeganə yolu isə dünyada birgəyaşayışın mükəmməl forması olan, dini və milli dözümlülüyü özündə ehtiva edən multikulturalizmi və tolerantlığı təbliğat və təşviq yolu ilə inkişaf etdirməkdir. Bu gün Qərbin aparıcı dövlətlərinin multikulturalizmdən imtina etməsi fonunda Azərbaycan multikulturalizm modelinin dünyada nümunəvi birgəyaşayış forması kimi qəbul olunması, ölkəmizin son illər bu sahədə gördüyü qlobal işlərin nəticəsidir. Müstəqilliyin ilk günlərindən ölkəmizdə dövlət-din münasibətlərinin, eləcə də milli məsələlərin qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı kimi çıxış edən Ümummilli Lider Heydər Əliyev elə bir konsepsiya ortaya qoydu ki, bütün problemləri sülh və anlaşma yolu ilə tənzimləmək mümkün oldu. Azərbaycanda multikulturalizm dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Bu, sadəcə müəyyən dövrü əhatə edən bir kampaniya deyil. Bu gün Azərbaycanda multikulturalizm dövlətimizin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir.

Bu fikirlər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənovun “Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biridir” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Multikulturalizm bütövlükdə dünyada müxtəlif etnoslara və dinlərə mənsub insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafına və etnik azlıqların və azsaylı xalqların inteqrasiyasına yönəldilmiş siyasətdir. Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev də uğurla inkişaf etdirir. Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərbin qovuşuğunda öz nüfuzunu gücləndirməkdədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. Dövlətimizin başçısı hər zaman çıxışlarında multikulturalizmin Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayır: “Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. Bunun tarixçəsi də var. Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar”.

2020-ci ildə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində respublikamızda yaşayan müxtəlif millətlərin nümayəndələrinin Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad olunması uğrunda birgə vuruşması da göstərdi ki, bölünməz Azərbaycan dinindən, dilindən asılı olmayaraq bütün ölkə vətəndaşları üçün müqəddəsdir, doğmadır. Milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqların dini bayramlarının, ayinlərinin keçirilməsi də ölkəmizdə multikultural dəyərlərə göstərilən diqqətdir. İşğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan, viran qoyulan dini abidələrin bərpası, məscid və kilsələrin təmirinə diqqət göstərilməsi Azərbaycanın multikultural siyasətindən qaynaqlanan humanizmdir.

Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var. Bu gün Heydər Əliyev Fondu Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Bütün bunlar göstərir ki, Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasəti, bu çərçivədə gerçəkləşən layihələr beynəlxalq tribunalarda səsləndirilir, təqdir olunur və model kimi qəbul edilir. Məhz bu siyasətin davamlı və uğurlu inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yaradıldı. Mərkəzin əsas məqsədi Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir. Mərkəz yaradılarkən onun qarşısında mühüm vəzifələrin icrası qoyulub.

Multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq, Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib gerçəkləşdirmək, mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək mərkəzin qarşısında duran vəzifələr sırasındadır. Mərkəz, artıq 10 ildir fəaliyyət göstərir və bu illər ərzində qarşıda duran vəzifələrin icrası istiqamətində mühüm addımlar atılıb və uğurlu nəticələr əldə olunub.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi icra olunur. Bu gün layihə geniş coğrafiyanı əhatə edir. Hazırda bu layihə çərçivəsində ölkəmizin bütün universitetlərində və bütün ixtisaslar üzrə, eyni zamanda, dünyanın 26 aparıcı universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri tədris olunur. “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamı olaraq xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün qış və yay məktəbləri təşkil olunur. Ötən 10 il ərzində gənclərə nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunduğu ölkəmizdə real olaraq göstərmək məqsədilə 14 Beynəlxalq Multikulturalizm qış və yay məktəbi təşkil edilib. Yay və qış məktəblərinin iştirakçılarına Azərbaycandakı multikultural vəziyyət, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında geniş məlumat verilir, multikulturalizmə dair müxtəlif aspektlərdə mühazirələr oxunur və onların etnik icmalarla görüşləri təşkil edilir. Zaman–zaman erməni ekstremistləri tərəfindən Azərbaycan ərazisində yaşayan həmvətənlərimizə - müxtəlif etnik köklərə mənsub Azərbaycan xalqlarına qarşı törədilən terrorun tarixi, miqyası, acı nəticələri və bundan sonra bu terrorun qarşısının alınması istiqamətində birgə əməkdaşlığın perspektivləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində ölkəmizdə, eləcə də Avropa dövlətlərində silsilə beynəlxalq elmi-praktiki konfranslar, simpoziumlar və forumlar keçirilib, televiziya proqramları, videoçarxlar və filmlər çəkilib, xarici dillərdə kitablar, broşürlər, bülletenlər, tarixi sənədlər çap olunub.

Azərbaycan tarixinin Qafqaz Albaniyası səhifəsini, bu mövzu ilə bağlı ölkə alimlərinin əldə etdikləri araşdırmaların nəticələrini geniş auditoriyaya çatdırmaq, eləcə də əsassız erməni iddialarını ictimailəşdirmək məqsədilə mütəmadi olaraq dəyirmi masalar, mühazirələr, təqdimatlar və görüşlər keçirilib. Bu istiqamətdə 11 beynəlxalq elmi konfrans təşkil olunub. Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində keçirilən çoxsaylı beynəlxalq tədbirlər və layihələrdə, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hər zaman fəal iştirak edib, forumlar çərçivəsində dəyirmi masalar və panel sessiyalar keçirib. Mərkəz xalqımızın mədəni irsini öyrənib təbliğ etməyə çalışır. Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır. Geridə qoyduğumuz 10 il ərzində Mərkəzin 40-dan artıq nəşri işıq üzü görüb.

BBMM-in Azərbaycan Televiziyası (AzTV) ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişinin 58 buraxılışı yayımlanıb. Verilişlərdə BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapıb. Həmçinin işğaldan azad olunmuş ərazilərimizdəki saxtalaşdırılan, dağıdılan və bərpa edilən mədəni irsimizə xüsusi diqqət ayrılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qarşısında duran vəzifələrin icrası çərçivəsində Azərbaycandakı tolerant və multikultural mühitin, eləcə də bütövlükdə mədəni və dini müxtəlifliklərin qorunması, təbliği və tədqiqi istiqamətində yerli və beynəlxalq səviyyəli konfranslar, dəyirmi masalar, görüşlər və seminarlar keçirir. Bu tədbirlərdə Azərbaycanın və xarici ölkələrin tanınmış mütəxəssisləri, alim və ziyalılar iştirak edirlər. Azərbaycan multikulturalizminin dünyada təbliğini daha uğurlu aparmaq üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi beynəlxalq əlaqələrinin genişləndirilməsinə də mühüm əhəmiyyət verir. Hazırda Mərkəzin Azərbaycanın multikulturalizm siyasətini xarici ölkələrdə təbliği işinə xidmət edən 9 filialı fəaliyyət göstərir.

Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyevin multikulturalizmin, tolerantlığın inkişafına, möhkəmləndirilməsinə, təbliğinə xüsusi diqqətinin və qayğısının nəticəsi olaraq ölkəmizdə etnomədəni münasibətlər özünün ən yüksək səviyyəsindədir. Son illərdə Azərbaycanda etnik mədəniyyətlərin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, müxtəlif konfessiyalara hörmət və ehtiramın güclənməsi istiqamətində xeyli iş görülmüşdür. Azərbaycanda müxtəlif xalqların nümayəndələri, fərqli dinlərin daşıyıcıları qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşayır, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu, Azərbaycanda formalaşmış vətəndaş həmrəyliyinin, sağlam etnik və dini münasibətlərin məntiqi nəticəsidir.

On il ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, gördüyü işlər Azərbaycan multikulturalizminin inkişafına, dünyada təbliğinə mühüm töhfələr verib. Mərkəz mədəniyyətlərarası anlaşma, hörmət və əməkdaşlığın təşviqi, daha ahəngdar və inklüziv qlobal birliyin qurulmasına töhfə vermək üçün fəaliyyətini uğurla davam etdirir. Həm Azərbaycanda, həm də beynəlxalq arenada multikulturalizmin və mədəniyyətlərarası dialoqun təşviqi, daha inklüziv və harmonik dünya qurmaq üçün digər ölkələr və təşkilatlarla tərəfdaşlıq və əməkdaşlığın təşviqi üçün mərkəz rolunu oynayır.

Mərkəz ölkə rəhbərliyinin etimadını daim doğruldub. Ən önəmlisi isə Mərkəzin hər bir əməkdaşı inandığı ideyaları qoruyub və təbliğ edib. Burda çalışan hər kəsin birinci amalı böyük Azərbaycan xalqına xidmət etmək, onun zəngin tarixi irsini və ənənələrini qorumaq olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Fövqəladə Hallar Nazirliyi və TƏBİB birgə məlumat yayıb VİDEO

Attila Tilki: Türk dövlətləri arasındakı dostluq əlaqələrinin getdikcə dərinləşməsi həssas dönəmdə çox mühümdür

NİİM: Metronun “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətlərində nəqliyyat sıxlığı yaranıb

Sabirabadda yük və minik avtomobilləri toqquşub, yaralılar var

17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

Nəsimi rayonunda Qurban bayramı ərəfəsində şəhid ailələri ilə görüş keçirilib

Macar parlamentarilər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

“Avro 2024”: Türkiyə millisinin oyununa hakim təyinatları açıqlanıb

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib VİDEO

Naxçıvanın “Kalba Rüstəm” kəhrizində təmir-bərpa işləri aparılıb

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin, Vətən müharibəsində şəhid olan həkimlərin məzarlarını ziyarət edib

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

Faktiki hava: bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb

Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Lerikdə 4 ton xaş-xaş kolu məhv edilib

“Avro 2024”: Belçika və Fransa yığmaları ilk görüşlərinə çıxacaqlar

Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər həlak olub

Malavinin vitse-prezidentinin dəfn mərasimi zamanı baş verən yol qəzasında azı 4 nəfər ölüb

Oğuzda meşə zolağında çətənə kolları becərən şəxslər saxlanılıb VİDEO

Ötən il Səhiyyə Nazirliyi tərəfindən tibbi və psixoloji yardımla təmin edilən müharibə iştirakçıların sayı açıqlanıb

Ötən il təmir-tikintisi başa çatdırılan tibb müəssisələrinin sayı açıqlanıb

Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Peruda zəlzələ olub, bəzi bölgələrdə torpaq sürüşməsi qeydə alınıb

Türkiyədə avtomobil heyvan bazarına girib, səkkiz nəfər yaralanıb

NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Türkiyədə 4,4 bal gücündə zələzələ olub

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır

Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib

İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb VİDEO

Gürcüstanda bir gündə 3 zəlzələ baş verib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

"Zəngəzur sənətkarlığı" adlı layihə üzrə iş davam edir

"Sabah"ın yay hazırlıq planı bəlli olub

Texasda tədbir zamanı atışmada 2 nəfər ölüb

ABŞ-da İkinci Dünya müharibəsi dövrünə aid təyyarə qəza törədib, 2 nəfər ölüb

ABŞ Dövlət katibi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Avro-2024: Niderland Polşaya qalib gəlib

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

Çin tarixinin ən görkəmli hərb strateqi Su Cının muzey kompleksi - FOTOSESSİYA VİDEO

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub

Hərbi Nəşriyyatın 30-cu ildönümü qeyd edilib VİDEO

Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb VİDEO

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından VİDEOREPORTAJ FOTO

Xalq yazıçısı Anarın əsəri Türkiyə radiosunda səsləndirilib

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub VİDEO

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər VİDEO

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır