Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN MOSKVADA GÖRÜŞÜ

Münaqişə zonasında qarşılıqlı razılığa əsasən təxminən dörd aydır əməl edilən atəşin dayandırılması rejiminin möhkəmləndirilməsi ilə bağlı məsələlər Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyevin və Levon Ter-Petrosyanın ötən həftə Moskvada apardıqları danışıqlarda başlıca məsələlər olmuşdur.

Həmin məsələlər yüksək siyasi səviyyədə ilk dəfə müzakirə edilmişdir ki, bu da Qarabağ probleminin dincliklə aradan qaldırılmasına dair danışıqlarda Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kozimirovun fikrincə tərəflərin barışığı qoruyub saxlamaq niyyətlərinə sübutdur.

Rusiya diplomatı AZƏRTAC-ın müxbirinə verdiyi məxsusi müsahibəsində nəzərə çarpdırmışdır ki, Moskva görüşü gedişində ən mürəkkəb problemlər barəsində qarşılıqlı güzəştlərin daha əsaslı surətdə axtarışı üçün zəmin qoyulsa da, bu görüşü nizama salma prosesində hər hansı bir xüsusi mərhələ kimi qiymətləndirmək olmaz.

Bununla yanaşı, danışıqların ruhu, onların xarakteri V.Kozimirovun dediyi kimi, bu iki Zaqafqaziya ölkəsi liderlərinin yeni görüşlər keçirməsini istisna etmir. Bölgədə sülhü təmin etməyə qadir danışıqlar prosesinin davam etdirilməsi məqsədilə rusiyalı vasitəçinin özü Azərbaycanın və Ermənistanın ali rəhbərləyi ilə demək olar ki, hər gün əlaqə saxlamaq niyyətindədir.

Vladimir Kozimirov Moskva görüşünün yekunlarına dair suala cavab verərkən bunu qeyd etməyi lazım bilmişdir ki, bu görüşdən hər hansı konkret nəticələr gözləmək heç də doğru olmazdı. Onun dediyi kimi, konkret nəticələrə nail olmaq üçün ekspertlərə göstərişlər verilmiş, tapşırılmışdır ki, Azərbaycan və Ermənistan prezidentlərinin dialoqu zamanı söylənilmiş prinsipial mülahizələr üzərində işləsinlər.

Onun özü sentyabrın 8-də Rusiya paytaxtındakı Dövlət Qəbullar Evində təxminən 6 saat davam edən bu danışıqları “olduqca intensiv əməli faydalı” danışıqlar kimi qiymətləndirir. Diplomat demişdir: Bu da vacibdir ki, danışıqlar qarşılıqlı surətdə məqbul qərarlar axtarışı istiqamətində getmiş və bu, Moskvada Rusiyanın vasitəçiliyi ilə hər iki respublikanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılan Azərbaycan-Ermənistan danışıqlarına əlavə təkan vermişdir.

Rusiyanın xarici işlər naziri Andrey Kozırevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin işgüzar söhbəti elə həmin Dövlət Qəbullar Evində sentyabrın 9-da keçirilmişdir. Rusiya xarici siyasət idarəsinin başçısının bir gün əvvəl Heydər Əliyev və Levon Ter-Petrosyan ilə şəxsi söhbətləri olmuşdur.

Xüsusi tapşırıqlar üzrə səfir həmçinin ümidvar olduğunu söyləmişdir ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü böyük siyasi sazişin tezliklə imzalanmasına kömək edəcəkdir. Bu saziş keçmiş ittifaq ərazisində ən uzun sürən regional münaqişəyə son qoymalıdır. İndi Moskvada hər iki ölkənin ekspertləri sazişin layihəsi üzərində işləyirlər.

İki prezidentin görüşü ətrafında vəziyyətə gəldikdə, o, ümumən sadə olmamışdır. Bunun baisi isə həmişəki kimi Moskva mətbuatıdır. Belə ki, onun bir sıra yazıları açıq-aşkar qərəzkarlıq xarakteri daşıyırdı. Bu dəfə informasiyaları, doğrudan da, çətinliklə əldə etmək lazım gəlirdi, çünki istər Azərbaycanın, istərsə də Ermənistanın rəsmi nümayəndə heyətlərinin üzvləri məxfi danışıqlara xələl gəlməsin deyə, jurnalistlərlə görüşə o qədər də həvəslə getmirdilər. Moskva mətbuatının çıxışları isə informasiya əvəzinə, təhrif və uydurmalarla dolu idi. Azərbaycan Prezidenti Heydər Əliyev onların əksəriyyətini təkzib etmişdir. Ötən şənbə günü Türkiyənin Bakıya gələn xarici işlər naziri Mümtaz Soysal ilə danışıqlar qurtardıqdan sonra Azərbaycan dövlətinin başçısı jurnalistlərin suallarına cavab verərkən bildirmişdir ki, o, Ermənistan Prezidenti ilə Moskva görüşünü səmərəli görüş hesab edir. Heydər Əliyev demişdir: Mühüm haldır ki, hər iki tərəf barışığın saxlanmasının labüdlüyünü ilk dəfə yüksək səviyyədə bildirmişdir. O əmin etmişdir ki, barışıq pozulmayacaqdır. Azərbaycan Prezidenti bildirmişdir ki, uzunmüddətli sülhə nail olmaq haqqında konkret təkliflər müzakirə edilmişdir. Onun dediyi kimi, bu görüş (onu Moskva jurnalistləri nədənsə “şəxsi görüş” təki qiymətləndirmişlər) həmçinin göstərmişdir ki, nizamasalma prosesində ən mürəkkəb məsələlər barəsində də razılığa gəlmək mümkündür. O, Laçın və Şuşanın azad olunmasını belə məsələlər sırasına aid etmişdir.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləş-mob hazırlanıbVİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib

Efkan Ala: Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Türkiyə XİN: “Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq

YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Tahir Budaqov: Ümummilli Liderin Türk dünyasında xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır

YAP Sədrinin müavini: Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək