Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCANIN BEYNƏLXALQ NÜFUZUNU YÜKSƏLDƏN GÖRÜŞLƏR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MİSİR ƏRƏB RESPUBLİKASINA SƏFƏRİ

Xəbər verdiyimiz ki, sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin keçirdiyi beynəlxalq konfransda iştirak etmək üçün Misir Ərəb Respublikasının paytaxtına gəldi.

Qahirənin beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısını və onu müşayiət edən şəxsləri BMT-nin və Misir Ərəb Respublikasının yüksək vəzifəli xadimləri mehribanlıqla qarşıladılar. Hava limanında Misirin dövlət bayrağı ilə bərabər, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının - BMT-nin və Azərbaycan Respublikasının bayraqlarının yanaşı dalğalanmasının rəmzi mənası vardır. Əvvəllər dünyanın bir çox ölkələrində tanınmayan ölkəmiz Prezident Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl xarici siyasət sayəsində layiqli nüfuz və hörmət qazanır. Bu, Azərbaycan Prezidentinin əvvəlki səfərlərində olduğu kimi, Misirdə də elə ilk andan nəzərə çarpırdı. Dövlətimizin başçısı Heydər Əliyevi burada da dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi qarşılayır, onunla görüşməyə böyük maraq göstərirdilər.

BMT BAŞ KATİBİ İLƏ SÖHBƏT

Azərbaycan Prezidenti onun üçün ayrılmış iqamətgaha çatandan az sonra BMT-nin baş katibi Butros Qali Heydər Əliyevin görüşünə gəldi.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Zaqafqaziya regionundakı ictimai-siyasi vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü məsələləri söhbətin əsas mövzusuna çevrildi. Heydər Əliyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair dörd məlum qətnaməsinin yerinə yetirilməməsindən narahat olduğunu bildirdi. Azərbaycan Prezidenti həmin qətnamələr qəbul olunduqdan sonra bölgədə yaranmış əsl vəziyyət haqqında xəritə əsasında BMT baş katibinə məlumat verdi. Görüşdə belə bir fikir ifadə olundu ki, münaqişəni aradan qaldırmaq üçün BMT-nin imkanlarından hərtərəfli istifadə etmək, təsirli tədbirlər görmək lazımdır. Butros Qali bununla əlaqədar bildirdi ki, BMT-nin bu regionda fəaliyyətinin gücləndirilməsi və intensivləşdirilməsi üçün yeni təşəbbüslər qaldırılmalıdır. Qərara alındı ki, Azərbaycan Prezidenti Heydər Əliyev Nyu-Yorka gedərkən həmin təşəbbüslər barədə təkliflər ona təqdim olunacaqdır.

Görüşdə beynəlxalq təşkilkatların himayəsi altında regionda möhkəm və ədalətli sülh yaradılmasının zəruriliyi fikri bir daha təsdiqləndi, ATƏM-in Minsk qrupunun fəaliyyətinin daha da genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparıldı.

Butros Qali Heydər Əliyevi BMT-nin inkişaf və sosial məsələlərə dair Kopenhagendə keçirəcəyi konfransa və BMT Baş Məclisiniun növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul edildi.

BMT-nin baş katibi görüşdən dərhal sonra Azərbaycan jurnalistlərinin suallarına cavabında dedi ki, mən Heydər Əliyevlə görüşdən şərəfləndim. Görüşümüzdə BMT-nin Qahirədə keçirdiyi “Əhali və inkişaf” mövzusunda konfrans haqqında geniş söhbət apardım. Bu konfransda iştirak etməyə razılıq verdiyi üçün Azərbaycan Prezidentinə minnətdarlığımı və təşəkkürümü bildirdim. Belə hesab edirəm ki, dünya miqyasında nüfuzlu siyasətçi kimi tanınan Heydər Əliyevin bu məclisdə iştirak etməsi həmin konfransın işinə və BMT-nin ictimai-iqtisadi sahədəki fəaliyyətinə müsbət təsir göstərəcəkdir. Prezidentlə görüşümüzdə mənim, inşaallah bu il oktyabrın sonunda Bakıya olacaq səfərimlə əlaqədar məsələləri də nəzərdən keçirdik. Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məsələləri də hərtərəfli müzakirə etdik.

“ƏHALİ VƏ İNKİŞAF” KONFRANSINDA

Sentyabrın 5-də Azərbaycan Prezidenti Heydər Əliyev Birləşmiş Millətlər Təşkilatının Qahirədə keçirdiyi “Əhali və inkişaf” mövzusunda konfransda iştirak etdi. Bu, həmin aktual problemə dair BMT-nin himayəsi altında təşkil olunan 3-cü qlobal konfransdır. Belə bir konfransın keçirilməsi məsələsi 1993-cü ilin noyabrında BMT-nin Baş Məclisinin 48-ci sessiyasında müzakirə olunmuş və qərar qəbul edilmişdir. Konfransa Hazırlıq Komitəsinin bu ilin aprelində Nyu-Yorkda keçirilən yekun sessiyasında 170 ölkənin nümayəndələri iştirak etmişlər. Bundan əlavə, danışıqlar prosesində 500-dək qeyri-hökumət təşkilatının 1200-dək nümayəndəsi iştirak etmişdir ki, bu da yekun sənədinin mükəmməl işlənib hazırlanmasına imkan vermişdir.

Konfransı BMT-nin baş katibi Butros Qali açdı. Dünyanın əksər ölkələri nümayəndələrinin iştirak etdiyi məclisin birinci günü müvəffəqiyyətlə başa çatdıqdan sonra Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov jurnalistlərin xahişi ilə konfransın işini şərh etdi.

MİSİR-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİNDƏ

Sentyabrın 5-də respublika Prezidenti Heydər Əliyev Misir-Azərbaycan dostluq cəmiyyətinin nümayəndələri ilə görüşdü. Cəmiyyətin üzvləri Azərbaycan Prezidentini hərarətlə, alqışlarla qarşıladılar. Görüşdə Misir Ərəb Respublikası Parlamentinin sədri Fəthi Sürur, parlamentin üzvləri və bir sıra nazirlər iştirak edirdilər.

Cəmiyyətin sədri məşhur “Əbülxeyir” şirkətinin sahibi Əbülxeyir görüşü giriş sözü ilə açaraq, Heydər Əliyevi və onu müşayiət edən şəxsləri salamladı.

O qeyd etdi ki, Misir Ərəb Respublikasının dostu Heydər Əliyev bütün dünyada məşhur olan ən nüfuzlu dövlət xadimlərindən biridir.

Əbülxeyir daha sonra bildirdi ki, hazırda Misir və Azərbaycan xalqları arasında əlaqələrin yeni mərhələsi başlanmışdır. O, bu əlaqələrin perspektivləri haqqında söhbət açdı və xalqlarımızın tarixi əlaqələrinin daha da möhkəmləndirilməsi üçün nəzərdə tutulan tədbirlərdən bəhs etdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev görüşdə çıxış etdi.

X X X

Görüşdən dərhal sonra Azərbaycan Prezidenti Misir Ərəb Respublikası Parlamentinin sədri Fəthi Sürur, Milli Məclis üzrə nazir Camal Şəzli, energetika naziri Mahir Abaza, tikinti naziri Salah Hasaballa ilə görüşdü.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin daha da sıxlaşdırılması və inkişaf etdirilməsi məsələləri barədə fikir mübadiləsi aparıldı, bir sıra konkret sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın perspektivləri müzakirə edildi.

Görüşdən sonra Misir-Azərbaycan dostluq cəmiyyəti Azərbaycan Prezidentinin şərəfinə nahar verdi.

Həmin gün axşam Heydər Əliyev Misir Ərəb Respublikasının Prezidenti Hüsni Mübarəkin beynəlxalq konfransda iştirak edən dövlət və hökumət başçılarının şərəfinə verdiyi ziyafətdə oldu. Axşam beynəlxalq konfransın üzvləri üçün böyük konsert verildi. Bu konsertdə Azərbaycan Prezidenti Heydər Əliyev Misir Ərəb Respublikasının Prezidenti Hüsni Mübarək ilə yanaşı oturmuşdu.

ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİN MÜZAKİRƏSİ

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Misir Ərəb Respublikasının xarici işlər naziri Əmr Musanı qəbul etdi. Görüşdə iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı bir çox problemlər müzakirə olundu. Dost ölkənin xarici siyasət idarəsinin başçısı öz dövlətinin mövqeyini bəyan edərək bildirdi ki, Misir Ərəb Respublikası Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə pisləyir və münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində Azərbaycanın atdığı addımlara tərəfdardır.

Qəbulda İslam təşkilatları vasitəsilə Misirin Azərbaycana diplomatik və siyasi baxımdan kömək göstərməsinin vacibliyinə də toxunuldu.

Söhbətdə iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi məsələləri də nəzərdən keçirildi.

DOST ÖLKƏLƏRİN PREZİDENTLƏRİNİN GÖRÜŞÜ

Sentyabrın 6-da Heydər Əliyev Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Hüsni Mübarək ilə görüşdü.

Səmimilik və dostluq şəraitində keçən görüşdə Ermənistanın Azərbaycana təcavüzünün nəticələrindən ətraflı söhbət açıldı və bununla əlaqədar respublikamızın qarşılaşdığı problemlərə toxunuldu.

Hüsni Mübarək təcavüzün qarşısının alınması üçün Misirin Azərbaycana hərtərəfli diplomatik və siyasi dəstək göstərəcəyini söylədi. Bu məqsədlə Misirin beynəlxalq təşkilatlardakı nümayəndələrinin imkanlarından istifadə edilməsi məsələlərinə də toxunuldu və qeyd edildi ki, həmin istiqamətdə konkret addımlar atılması üçün real imkanlar vardır.

İki dost ölkənin prezidentləri müxtəlif sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələr qurulması ilə bağlı məsələləri də nəzərdən keçirdilər. Belə bir inam ifadə olundu ki, Azərbaycan Prezidentinin Misirə qarşıdakı rəsmi səfəri zamanı konkret sahələrdə əməkdaşlıq haqqında Azərbaycanla Misir Ərəb Respublikası arasında sənədlər imzalanacaq və əlaqələrin genişləndirilməsi imkanları daha ətraflı öyrəniləcəkdir.

Azərbaycan Prezidenti Misir Ərəb Respublikasının Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvət razılıqla qəbul olundu.

PAKİSTANLA ƏLAQƏLƏRİMİZ MÖHKƏMLƏNƏCƏK

Elə həmin gün Azərbaycan Prezidenti BMT-nin xətti ilə keçirilən konfransda iştirak etmək üçün Qahirəyə gəlmiş Pakistanın Baş naziri Bənazir Bhutto ilə görüşdü. Xatırladaq ki, Azərbaycanın müstəqilliyini dünya dövlətləri arasında Pakistan birincilər sırasında tanımışdır.

Görüşdə qeyd edildi ki, Pakistan Ermənistanın Azərbaycana təcavüzünü pisləyir və bu təcavüzün dəf edilməsi üçün bütün beynəlxalq təşkilatların imkanlarından öz nümayəndələri vasitəsi ilə istifadə etməyə çalışır. Bu məqsədlə İslam Konfransı Təşkilatının imkalarından hərtərəfli istifadə edilməsi məsələsinə toxunuldu və bildirildi ki, Azərbaycanın haqq işinin müdafiə olunması üçün bu istiqamətdə də geniş iş aparmaq mümkündür.

Səmimilik və qarşılıqlı anlaşma şəraitində keçən söhbətdə iki dövlət arasında münasibətlərin aktual problemləri də hərtərəfli müzakirə olundu.

Azərbaycan Prezidenti Pakistanın Baş naziri Bənazir Bhuttonu ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu.

REGİONDA SÜLH NAMİNƏ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 6-da Qahirədə ABŞ-ın vitse prezidenti Albert Qor ilə görüşdü. Görüş zamanı Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bir çox məsələlər nəzərdən keçirildi. ABŞ-ın vitse-prezidenti müharibənin sülh yolu ilə, beynəlxalq təşkilatlar çərçivəsində həlli istiqamətində Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirdi və bildirdi ki, ABŞ Zaqafqaziya regionunda sülh yaradılmasına tərəfdardır və bu məqsədlə öz səylərini davam etdirəcəkdir.

Görüşdə qərbin neft şirkətləri ilə aparılan danışıqlar barədə də geniş söhbət açıldı və bildirildi ki, bu müqavilələr bağlanarkən Azərbaycan xalqının mənafeyi nəzərə alınmalıdır.

Azərbaycanda siyasi-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar görülən tədbirlərdən razılıqla söhbət açan Albert Qor dedi ki, Amerika Azərbaycanda bu istiqamətdə həyata keçirilən bütün tədbirləri müdafiə edir.

Söhbət zamanı Azərbaycan-Amerika münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı bir sıra digər məsələlər də müzakirə olundu.

ABŞ-IN MİSİRDƏKİ TİCARƏT PALATASININ NÜMAYƏNDƏLƏRİ İLƏ

GÖRÜŞ

ABŞ-ın Misirdəki Ticarət Palatasının nümayəndələri ilə Azərbaycan Prezidenti Heydər Əliyevin görüşü də yüksək səviyyədə keçdi. Görüşdə Amerika konqresmenləri, senatorları və diplomatlar da iştirak edirdilər.

Heydər Əliyev görüşə toplaşanlar qarşısında çıxış edərək, respublikamızın hazırkı ictimai-siyasi vəziyyəti barədə geniş məlumat verdi. Azərbaycan Prezidenti Ermənistanın ölkəmizə təcavüzü nəticəsində altı ildən bəri davam edən müharibənin sülhlə başa çatdırılması istiqamətində respublikamızın mühüm təşəbbüslərindən söhbət açdı, doğma yurdundan didərgin düşmüş 1 milyondan çox azərbaycanlı qaçqının çətin vəziyyətindən danışdı.

Dövlət başçısı Azərbaycanda bazar iqtisadiyyatına keçiddən və hüquqi dövlət quruculuğundan, demokratiya, şəxsiyyət və söz azadlığı, siyasi plüralizm prinsiplərinin bərqərar olmasından da bəhs etdi. Heydər Əliyev bildirdi ki, Azərbaycanda investisiyalar qoymaq üçün geniş imkanlar vardır və respublika rəhbərliyi işgüzar əlaqələrin möhkəmlənməsinə hər cür şərait yaradacaqdır. Azərbaycan Prezidenti görüş iştirakçılarının suallarına ətraflı cavab verdi.

AKTUAL MƏSƏLƏLƏR NƏZƏRDƏN KEÇİRİLDİ

Azərbaycan Prezidentinin ABŞ-ın Vayominq ştatından olan senator Alen Simpsonla görüşü də maraqlı keçdi. İki ölkə arasında iqtisadi-siyasi əlaqələrin daha da möhkəmləndirilməsi perspektivlərindən hərtərəfli bəhs olundu. Söhbət zamanı bir sıra digər məsələlər də nəzərdən keçirildi.

AZƏRBAYCAN PREZİDENTİNİN MƏTBUAT KONFRANSI

Sentyabrın 6-sı gecə Heydər Əliyev Azərbaycan, Misir Ərəb Respublikası və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirdi. Azərbaycan Prezidenti mətbuat işçiləri qarşısında çıxış edərək, bu səfərin məqsədi, respublikamızdakı vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü, ölkəmizdə iqtisadi-siyasi islahatların gedişi barədə geniş məlumat verdi. Sonra o, jurnalistlərin suallarına cavab verdi.

X X X
Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Misir Ərəb Respublikasına səfəri başa çatdı. Ölkəmizin dövlət başçısını Misir Ərəb Respublikasının yüksək vəzifəli dövlət xadimləri yola saldılar.

Azərbaycan Prezidentini bu səfərdə respublikanın xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə, Qabil Hüseynli və digər rəsmi şəxslər müşayiət edirdilər.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləş-mob hazırlanıbVİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib

Efkan Ala: Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Türkiyə XİN: “Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq

YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Tahir Budaqov: Ümummilli Liderin Türk dünyasında xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır

YAP Sədrinin müavini: Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək

Tahir Budaqov: Müasir Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır

Federasiya prezidenti: Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı istiqamətində gördüyü işlər bu gün öz bəhrəsini verir

Azərbaycan Prezidenti: Türk Dövlətləri Təşkilatı ölkələrinin siyasi partiyalarının əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır