İDMAN
Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb
![Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb](/files/2024/2/1200x630/1715956577554085186_1200x630.jpg)
Bakı, 17 may, AZƏRTAC
Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin mayın 18-19-da İspaniyanın Malaqa şəhərində keçiriləcək Avropa Kuboku üçün heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yığma turnirdə 7 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Yarışda Əli Hacıyev, Murad Muradlı (hər ikisi 60 kiloqram), Mehdi Cəfərov, İslam Rəhimov, Məhəmməd Musayev (hamısı 66 kiloqram), Aydın Rzayev, Əbil Yusubov (hər ikisi 73 kiloqram), Süleyman Şükürov, Əli Hacızadə (hər ikisi 81 kiloqram), Davud Namazlı, Tuncay Şamil (hər ikisi 90 kiloqram), Əjdər Bağırov (100 kiloqram), Kənan Nəsibov və İlkin Baxşəliyev (hər ikisi +100 kiloqram) qüvvəsini sınayacaq.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.
İdmançılar mayın 20-22-si isə Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.