Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 1

Jan-Pyer Günyüt: Heydər Əliyev böyük siyasətçi idi, o, dövrün nəbzini tuturdu VİDEO

Jan-Pyer Günyüt: Heydər Əliyev böyük siyasətçi idi, o, dövrün nəbzini tuturdu VİDEO

Paris, 13 may, AZƏRTAC

Heydər Əliyev böyük siyasətçi idi. O, dövrün nəbzini tuturdu və nəyi etməyin, nəyi etməməyin lazım olduğunu çox yaxşı bilirdi. Dərin vətənpərvər olan bu böyük şəxsiyyət, eyni zamanda, əsl realist idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tədbirində Fransanın ölkəmizdəki sabiq (ikinci) səfiri olmuş Jan-Pyer Günyüt söyləyib.

Ulu Öndərlə bağlı xatirələrini bölüşən, onun böyük şəxsiyyət olduğunu bildirən sabiq səfir deyib: “Çox yaxşı xatırlayıram, bir gün yeni sensasiya axtaran bir qrup jurnalist ona doğru qaçaraq “Cənab Prezident, siz kommunist idiniz” deyə təxribat xarakterli sual verdilər. Böyük şəxsiyyət Heydər Əliyev onlara tərəf çevrilərək “Mən? Əlbəttə, mən kommunist idim və səmimi kommunist olmuşam. Əlbəttə, mən ona inanırdım. Əlbəttə, uzun müddət inanırdım ki, islahatlar aparmaq olar, hər şeyi yenidən qurmaq olar. Amma bu, mümkün olmadı. Başa düşdüm ki, inanmaqda səhv etmişəm. Ancaq bu, heç nəyi dəyişmir. Mən həmişə Azərbaycandayam, həmişə ölkəmə sadiqəm. Hər şey tarixdədir, heç nəyi danmaq olmaz”. Bu fikirlərin içində böyük fəlsəfə var idi. Bu böyük şəxsiyyət keçmişini də, gələcəyini də etiraf edirdi. Bu, böyüklüyün göstəricisidir”.

Diplomat qeyd edib ki, Azərbaycanla Ermənistanın yalnız özlərinin sülh müqaviləsi imzalamağa nail ola biləcəyini hər kəs aydın görürdü. Bu gün “böyük güclər” adlandırılan ölkələrin müdaxiləsi olmadan bu iki ölkə sülh bağlaya bilər. Ancaq təəssüf ki, Qarabağ məsələsinin həlli üçün uzun müddət - 30 il gözlənilməli oldu. Hadisələr irəliləsin deyə vaxt lazım gəldi. Düşünürəm ki, bu gün bir daha xatirəsinə ehtiram göstərdiyim Heydər Əliyevin məkanında ruhu artıq şaddır. Çünki 30 il əvvəl mümkünlüyü çox az ehtimal edilən məqsədə nail olunub. O vaxt çoxları düşünürdü ki, bu, mümkün olmayacaq, amma nəhayət mümkün oldu.

“Qeyd etməliyəm ki, son bir neçə ayda mətbuatda (Fransa mətbuatında – red.) çox yanlış və ciddi saxta məlumatlar dolaşır. Bütün bu məlumatlar tamamilə saxtadır. Aydın şəkildə görünür ki, bu saxta məlumatları yayanlar, deyənlər tarixi bilmirlər, baş verənlərdən xəbərsizdirlər. Onların heç biri hadisələrin nə xronikasını, nə də diaxronikasını bilmir. Onlar bu mövzudan tamamilə xəbərsizdirlər. Mövzunu bilməyəndə səmimiyyətdən, həqiqətdən söhbət gedə bilməz. Yalnız axmaqlıqlar söylənilir.

Eşidəndə ki, deyirlər “Azərbaycan Ermənistanı işğal edəcək”, bu, ciddi deyil. Bunu söyləyənlər ciddi ola bilməzlər. Çünki belə bir ideya nə Heydər Əliyevin, nə də bu gün onun davamçısının – Prezident İlham Əliyevin fikrində olub. Düşünürəm ki, Prezident İlham Əliyev atasının ideyalarına sadiqdir. Çünki bu gün sülhə doğru atılan iri addımları görəndə bunu əminliklə deyə bilirəm. Bu gün iki ölkə arasında sərhəddə olan mübahisəli məsələlər həllini tapıb və dövlətlər arasında sülh müqaviləsi imzalananmasından söhbət getdiyi vaxtda müharibə barədə sözləri dayandırmaq lazımdır”, - deyə J.-P. Günyüt bildirib.

O qeyd edib ki, bu gün azərbaycanlılar onları başa düşmədiklərinə görə çox inciyiblər. Azərbaycanlılar özlərini həmişə avropalı hesab ediblər. “Xatırlayıram ki, təzə gələndə Bakıda gözəl bir gəmi gördüm və sürücüdən soruşdum ki, bu gəmi haraya gedir. O cavab verdi ki, bu gəmi Asiya və Avropanı birləşdirir. Bu, doğru idi. Azərbaycan Rusiya, Çin və Avropanı birləşdirən vazkeçilməz məkandır. Bu gün bunu daha aydın görmək olur”, - deyən sabiq səfir Azərbaycanın geosiyasi baxımdan strateji məkan olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezidenti böyük güclərə münasibətdə qarşılıqlı hörmət çərçivəsində balanslaşdırılmış mövqe sərgiləyir. Həmişə həsəd aparılan, hamının əlaqə yaratmağa can atdığı, arzulanan kiçik ölkə olsa da, Azərbaycan Rusiya, Türkiyə, İran və Çin arasında balanslaşdırılmış mövqeyə sahibdir. Bunu yalnız alqışlamaq olar. Bu, Azərbaycan Prezidentinin, diplomatiyasının gücü və müdrikliyidir. Ancaq Azərbaycanın bu bacarığını hamı lazımınca görə bilmir. Tarixdən dərs almaq, təkcə danışıqlar aparmaq yox, eyni zamanda, nə etməyi bilmək lazımdır. Bu gün beynəlxalq əlaqələrdə bu balansı saxlamaq çox çətindir, amma Azərbaycan onu qoruya bilir.

“Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert gözəl idi və heç də bütün ölkələr bunu edə bilməz. Belə dərin klassik musiqi ənənələri olan ölkələrin sayı azdır. Kabildə səfir olan zaman darıxdığım anlarda həftəsonu Bakıya operaya gedirdim. Ona görə “Leyli və Məcnun” operasını 10 dəfədən çox görmüşəm, Eləcə də Azərbaycanda muğam gözəl ifa olunur.

Heydər Əliyevlə iki oxşar cəhətimiz var: O da muğamı sevirdi, mən də. Bir də ki, hər ikimizin gözləri mavidir”, - deyə G J.-P. Günyüt bildirib.

Sabiq səfir, həmçinin onun və ölkəmizin çox yaxın dostu, Azərbaycanın daimi müdafiəçisi olmuş Tomas Qoltsun vəfatına təəssüfünü ifadə edib. Onun Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox maraqlı kitab yazdığını xatırladıb.

 

Jan-Pyer Günyüt: Heydər Əliyev böyük siyasətçi idi, o, dövrün nəbzini tuturdu VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Türkiyədə 4,4 bal gücündə zələzələ olub

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır

Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib

İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb VİDEO

Gürcüstanda bir gündə 3 zəlzələ baş verib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

"Zəngəzur sənətkarlığı" adlı layihə üzrə iş davam edir

"Sabah"ın yay hazırlıq planı bəlli olub

Texasda tədbir zamanı atışmada 2 nəfər ölüb

ABŞ-da İkinci Dünya müharibəsi dövrünə aid təyyarə qəza törədib, 2 nəfər ölüb

ABŞ Dövlət katibi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Avro-2024: Niderland Polşaya qalib gəlib

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

Çin tarixinin ən görkəmli hərb strateqi Su Cının muzey kompleksi - FOTOSESSİYA VİDEO

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub

Hərbi Nəşriyyatın 30-cu ildönümü qeyd edilib VİDEO

Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb VİDEO

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından VİDEOREPORTAJ FOTO

Xalq yazıçısı Anarın əsəri Türkiyə radiosunda səsləndirilib

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub VİDEO

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər VİDEO

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb