DÜNYA
Sırski: Rusiya ordusu Ukraynada döyüş zonasını 70 kilometr genişləndirib
Kiyev, 17 may, AZƏRTAC
Rusiya Ukraynanı ehtiyatda olan briqadalardan istifadəyə məcbur etmək üçün döyüş zonasını 70 kilometr genişləndirib. Xarkov vilayətində şiddətli döyüşlər davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib.
“Düşmən aktiv döyüşlər zonasını təxminən 70 kilometr genişləndirdi və bununla da bizi qoşunlarımızın ehtiyatında olan əlavə sayda briqadadan istifadəyə məcbur etməyə çalışdı. Volçansk, sonradan Liptsiyə çıxmaq və qoşunlarımızın arxasına hücumu keçməyə cəhd göstərildi”, - deyə Sırskı əlavə edib.
Onun sözlərinə görə, ruslar 6-cı, 11-ci və 44-cü ordu korpusunun döyüş hissələrinin daxil olduğu Şimal qoşun qrupunu gücləndirib. Lakin Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarıb keçə bilməyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev