Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Cahangir Cahangirov adına Xorun bədii rəhbəri Təranə Yusifova bəstəkar Cahangir Cahangirovun yaradıcılığı, onun adını daşıyan xor kollektivi və görkəmli bəstəkarın xatirəsinə həsr olunmuş konsert barədə söz açıb.

Bakı, 17 may, Tatyana İvanayeva, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xorun konserti keçirilib.

Xorun bədii rəhbəri, Azərbaycanın Əməkdar müəllimi Təranə Yusifova AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, konsert, Xorun adını daşıdığı bəstəkara həsr olunub və konsert proqramı Azərbaycan musiqi mədəniyyətinə xas olan klassik ənənənin irsiliyini nümayiş etdirmək məqsədilə tərtib edilib.

“Akademik musiqimizin kökündə Üzeyir Hacıbəylinin əsərləri dayanır. Bir çoxları sonralar bu böyük bəstəkarın işini davam etdirib və onların arasında Cahangir Cahangirov, daha sonra isə Ramiz Mustafayev var. Bizim üçün böyük irs qoyub getmiş üç Azərbaycan bəstəkarının əsərləri vasitəsilə dinləyicinin onların musiqisində nəzərə çarpan bütün kantililiyi hiss edə bilməsi üçün proqramı xüsusi olaraq bu cür tərtib etmişik. Üzeyir bəyin “milli xalq mahnıları üzərində işləmək, onları bütün dünyada tanıtmaq məqsədilə emal etmək lazım olduğu” ilə bağlı sözlərinin təcəssümünə çevrilmiş yolu göstərmək bizim üçün çox vacib idi”, - deyə xor rəhbəri bildirib.

Təranə Yusifovanın fikrincə, Cahangir Cahangirovun musiqisi o qədər sehirlidir ki, heç bir mübahisəsiz beynəlxalq səviyyədə təqdim olunmağa layiqdir. Bəstəkarın yazdığı musiqilər ölkə mədəniyyətimizin qızıl fonduna daxildir.

Onun “Füzuli” və “Nəsimi” kantataları, “Sabir” oratoriyası, “Azad” operası və digər əsərləri məşhurdur və tanınır. Bu əsərlərdə həm musiqi, həm də poeziya ecazkar şəkildə birləşir, bu bəstələrdə xalq sənətimizə xas olan musiqi texnikalarından o qədər ustalıqla istifadə edilib ki, onlar birbaşa insanın ruhuna nüfuz edə bilir. Cahangir Cahangirovun əsərlərini dinləyəndə, sözün əsl mənasında, bu musiqilərin içində əriyirsən. Yadımdadır, Şirvanşahlar Sarayında çıxışımız zamanı, “Məni candan usandırdı” səslənəndə, birdən quşlar eyni tonda oxumağa başladılar, hətta son notda fasilə etməyə dəyərdi, bu an bütün quşlar birdən - dəstə ilə uçaraq meydançanın üzərindən keçdilər. Sanki bəstəkarın özü bizimlə idi...”, - deyə Azərbaycanın Əməkdar müəllimi qeyd edib.

2023-cü ilin noyabrında Təranə Yusifova xora bədii rəhbər təyin edilib və bu konsert, artıq yeni bədii rəhbərin “xidmətlər siyahısında” sayca dördüncüdür. İki konsert İçərişəhərdəki Şirvanşahlar Sarayının ərazisində təşkil olunub, biri Sabunçu İcra Hakimiyyətində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 101 illiyinə həsr olunub, indiki konsert isə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində keçirilib.

1944-1960-cı illərdə Cahangir Cahangirov bu gün Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərən, ovaxtkı Azərbaycan SSR Teleradio Yayımı Komitəsinin nəzdindəki xora rəhbərlik edib. Təranə Yusifovanın bədii rəhbər təyin edilməsi, öz sözləri ilə desək, onun üçün xoş hadisə olub, çünki konservatoriyada oxuduğu illərdə xorun adını daşıdığı bəstəkar kafedra müdiri idi. Tələbə T.Yusifovanın dirijorluq etdiyi ən sevimli kompozisiyalardan biri də C.Cahangirovun yazdığı əsərlər idi və o, sevincini gizlətmədən müəllimi Surayə Ağayevadan məhz onlarla işləməyi xahiş etmişdi. Xorun bugünkü rəhbəri, bir dəfə bəstəkarın özünə musiqisinə olan sevgisini etiraf etməyə çalışdığını, ancaq onun yaşıl gözlərinin baxışları altında utandığından buna cəsarət etmədiyini xatırlayır. Bugünkü günə qədər artıq respublikanın Əməkdar müəllimi adını almış Təranə xanım musiqisinin notlarında ən yüksək emosional duyğuların böyük dünyasının gizləndiyi bəstəkardan o vaxt haradan bu qədər ilham aldığını soruşmadığına heyifsiləndiyini bildirir.

“Təyinatım haqqında öyrəndiyim andan həm özüm üçün bütləşdirdiyim şəxsin adının qarşısındakı məsuliyyətimi bir daha dərk etdim, həm də onun yaradıcılığına yaxın olmağıma imkan verən peşəmə olan böyük sevgimin fərqinə vardım. Onun adını daşıyan xorun məhz mənə həvalə olunmasında bir anlıq ilahinin hikməti olduğunu düşündüm. Bu, bəlkə də təsadüfdür... Ancaq bir şey dəqiqdir: 20 yaşımda Cahangirovun musiqisinə necə aşiq olmuşamsa və bu hissi onilliklər ərzində ürəyimdə necə daşımışamsa, xorun onun adına layiq olması üçün bundan sonra hər zaman bəstəkarın özünün sadiq qaldığı prinsipləri və işinə münasibətini əldə rəhbər tutacağam.”

Xor sənəti müasir musiqi məkanında çox populyar olmasa da, xorun tərkibində bir çox gənc var. Sözügedən konsert onlara auditoriyanın sevgisini hiss etmək imkanı yaratdı.

Bədii rəhbərin sözlərinə görə, xoru demək olar ki, sıfırdan canlandırmaq lazım idi. İmtahanlardan sonra xorun heyətinə təcrübəsi olmasa da, işləmək və istedadlarını inkişaf etdirmək arzusunda olanlar daxil edildi. Ancaq Təranə xanımın etiraf etdiyi kimi, onun üçün tələbələrin xorundan sonra peşəkar xorla işləməyin özü də bir yenilikdir. Lakin müəyyən çətinliklərə baxmayaraq, qarşıya qoyulan yeni vəzifə onun üçün gözəl perspektivlər açdı.

“Tələbə kollektivlərinin tərkibi daim dəyişikliyə məruz qalır, peşəkar xor isə yaradıcılıq üçün böyük imkanlar açır. Bu özünəməxsus sabitlik müəyyən dərəcədə şaquli inkişaf yolu ilə musiqi əsərlərinin yeni formatlarını təqdim etməyə və daha yaxşı nəticələr əldə etməyə imkan verir”, - deyə Təranə Yusifova əlavə edir.

Beynəlxalq Muğam Mərkəzində təqdim olunan konsert proqramı bədii rəhbərin sözlərini bir daha sübuta yetirmiş oldu. Burada Təranə Yusifovanın özünün, Siyavuş Kəriminin, Soltan Hacıbəyovun, Fərdin Məhəmmədzadənin, Vaqif Məstanovun müasir aranjimanında əsərlər təqdim olundu. Dinləyicilərə Cahangir Cahangirovun mahnılarının Vasif Hüseyn tərəfindən etnocaz üslubunda işlənmiş versiyası təqdim olundu. Səhnəyə xorun və onun solistlərinin müşayiəti ilə Üzeyir Hacıbəylinin “Arazbarı” kompozisiyasını və “Laçın” xalq mahnısını ifa edən Xalq artisti xanəndə Teyyub Aslanov çıxdı. Beynəlxalq müsabiqələr laureatı, “Qaya” ansamblının solisti Nigar Cəlilova da öz növbəsində Cahangir Cahangirovun "Füzuli" kantatasının fraqmentini və onun “Ana yurdum” mahnısını ifa etdi. Bir çox kompozisiyalar musiqi alətlərinin müşayiəti olmadan ifa edildi. Ən parlaq konsert nömrələrindən biri də Norveçin “Blöman” mahnısının Azərbaycanın “Süsən sünbül” xalq mahnısı ilə sintezdə ifası idi, bu müddət ərzində iki dil inanılmaz ahəngdarlıqla birləşdi və musiqi notları sanki üzvi şəkildə bir-birinə qarışdı.

Konsert proqramının konsepsiyası sanki sözə böyük əhəmiyyət verən Cahangir Cahangirovun yaradıcılıq axtarışlarının davamına çevrildi. Bu barədə və bəstəkarın şəxsiyyəti haqqında səhnəyə çıxan Xalq artisti Mehriban Zəki və Azərbaycanın Əməkdar artisti Dilarə Əliyeva söz açdılar. Rəqs nömrələri ilə Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika Bədii Gimnaziyasının xoreoqrafiya şöbəsinin şagirdləri Mehrinur Hacıyeva və Ofeliya Sultanova çıxış etdilər. Tamaşaçılar “Laçın”, “Qarabağ”, “Ey Vətən” kompozisiyalarını xüsusi ruh yüksəkliyi ilə qəbul etdilər. Konsertin sonunda isə tamaşaçılar artistləri ayaq üstə alqışlayaraq təşəkkür etdilər və bu günə qədər aktual olan bir çox musiqi əsərlərində yaşamağa davam edən, musiqinin özü dünyada səsləndiyi müddətcə hələ çox onilliklər boyunca yaşayacaq gözəl bəstəkar Cahangir Cahangirova ehtiramlarını bildirdilər.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər ölüb

Malavinin vitse-prezidentinin dəfn mərasimi zamanı baş verən yol qəzasında azı 4 nəfər ölüb

Oğuzda meşə zolağında çətənə kolları becərən şəxslər saxlanılıb VİDEO

Ötən il Səhiyyə Nazirliyi tərəfindən tibbi və psixoloji yardımla təmin edilən müharibə iştirakçıların sayı açıqlanıb

Ötən il təmir-tikintisi başa çatdırılan tibb müəssisələrinin sayı açıqlanıb

Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Peruda zəlzələ olub, bəzi bölgələrdə torpaq sürüşməsi qeydə alınıb

Türkiyədə avtomobil heyvan bazarına girib, səkkiz nəfər yaralanıb

NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Türkiyədə 4,4 bal gücündə zələzələ olub

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır

Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib

İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb VİDEO

Gürcüstanda bir gündə 3 zəlzələ baş verib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

"Zəngəzur sənətkarlığı" adlı layihə üzrə iş davam edir

"Sabah"ın yay hazırlıq planı bəlli olub

Texasda tədbir zamanı atışmada 2 nəfər ölüb

ABŞ-da İkinci Dünya müharibəsi dövrünə aid təyyarə qəza törədib, 2 nəfər ölüb

ABŞ Dövlət katibi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Avro-2024: Niderland Polşaya qalib gəlib

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

Çin tarixinin ən görkəmli hərb strateqi Su Cının muzey kompleksi - FOTOSESSİYA VİDEO

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub

Hərbi Nəşriyyatın 30-cu ildönümü qeyd edilib VİDEO

Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb VİDEO

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından VİDEOREPORTAJ FOTO

Xalq yazıçısı Anarın əsəri Türkiyə radiosunda səsləndirilib

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub VİDEO

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər VİDEO

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH