İQTİSADİYYAT
Ülviyyə Cabbarova: Əmlak sığortası üzrə maariflənmənin aşağı olması maliyyə itkisinin artmasına səbəb olur
![Ülviyyə Cabbarova: Əmlak sığortası üzrə maariflənmənin aşağı olması maliyyə itkisinin artmasına səbəb olur](/files/2024/2/1200x630/1716382883247091763_1200x630.jpeg)
Bakı, 22 may, AZƏRTAC
Əhalinin əmlak sığortası üzrə maariflənmənin aşağı olması insanlar üçün maliyyə itkisinin daha da artmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Bakıda keçirilən “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi konfransı”nda deyib.
O bildirib ki, bu risklərə qarşı dayanıqlı maliyyə sistemi yaratmaq üçün maarifləndirmənin artırılması vacibdir.
“Dünya praktikasında təbii fəlakətlərə qarşı maliyyə dayanıqlılığının artırılması üçün atılan addımlardan biri əmlakın sığortalanmasıdır. Düşünürəm ki, ölkəmizdə də bu sığorta növünün əhali arasında daha geniş miqyasda yayılması təbii fəlakət risklərinə qarşı dayanıqlığın artırılmasında mühüm addım olacaq. Əminəm ki, bugünkü konfransın yekununda öyrənəcəyimiz təcrübə, atılacaq addımlar maliyyə itkisinin qarşısını almağa, maliyyə dayanıqlılığının yüksəldilməsinə kömək edəcək”, - deyə ASA Müşahidə Şurasının sədri əlavə edib.