Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Üzeyir bəyin yadigarının qorunduğu musiqi məktəbi - NAXÇIVANDAN REPORTAJ FOTO

Naxçıvan, 1 aprel, Nail Əsgərov, AZƏRTAC

Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə 1937-ci ildə yaradılan Naxçıvanın ilk musiqi məktəbi musiqi mədəniyyəti xəzinəmizə dəyərli incilər bəxş edib. Üzeyir Hacıbəylinin məktəbin açıldığı ildə hədiyyə etdiyi “Berlin” markalı fortepiano da hazırda təhsil ocağında qorunub saxlanılır.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşının Naxçıvanın ilk musiqi məktəbindən hazırladığı reportajı təqdim edirik.

100 yaşlı muxtar respublikanın 87 ilinin şahidi

Məktəblə tanışlıq zamanı öyrənirik ki, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin sədri Kamil Cəfərovun 1937-ci il 23 avqust tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasında musiqi məktəblərinin açılmasına başlanılıb. Bu prosesdə Üzeyir Hacıbəyli müstəsna xidmətlər göstərib. Belə ki, Bakıdan sonra məhz Naxçıvanda musiqi məktəblərinin açılması Üzeyir bəy tərəfindən bir neçə səbəbə görə bəyənilib və tövsiyə edilib. İlk növbədə, muxtar respublikanın mərkəzi kimi Naxçıvan şəhəri bu işdə müstəsna hüquqi səlahiyyətlərə malik idi. Bundan əlavə, yerli əhalinin elmə, mədəniyyətə marağı və ərazi etibarilə şəhərə bitişik kəndlərdə əhalinin sayı-tərkibi, ümumtəhsil məktəbləri, klub, mədəniyyət evləri və digər mədəniyyət müəssisələrinin ümumi sayı məktəbin uğurla fəaliyyət göstərəcəyini deməyə əsas verirdi. Bununla yanaşı, digər vacib nüanslar kimi, Naxçıvanın mütəfəkkirlər diyarı olması, Zülfüqar Hacıbəyovun vaxtilə burada yaşayıb-yaratması və musiqi mühiti ilə Üzeyir Hacıbəylini tanış etməsi, Hüseyn Cavidlə Üzeyir bəyin qardaşlıqdan seçilməyən yaxınlığı, Cəlil Məmmədquluzadə ilə yaradıcılıq əlaqələrinin olmasını və digər məqamları da göstərmək olar. Üzeyir Hacıbəylinin 1937-ci ildə SSRİ Ali Sovetinə Naxçıvandan deputat seçilməsi də bu işin həllində mühüm rol oynadı. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, 1937-ci ildə Naxçıvandan SSRİ Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülən görkəmli bəstəkar seçicilərlə görüşmək üçün Naxçıvana gəlir və həmin uşaq musiqi məktəbinə “Berlin” markalı fortepiano hədiyyə edir. 2018-ci ildə yenidən təmir olunan musiqi aləti hazırda kollektiv tərəfindən dəyərli miras kimi qorunub saxlanılır...

İxtisaslı kadrların çatışmaması direktorların tez-tez dəyişməsinə səbəb olub

2017-2021-ci illərdə məktəbin direktoru işləmiş, 28 illik pedaqoji fəaliyyətə malik Ramin Hacıyev deyir ki, musiqi məktəbində çalışmış bir sıra mədəniyyət xadimləri ilə söhbətləri çox olub, bu mədəniyyət ocağının tarixi inkişaf yolu barədə maraqlı faktlar əldə edilib. Naxçıvanda ilk musiqi məktəbi yarandığı gündən ixtisaslı kadrların çatışmaması direktorların tez-tez dəyişməsinə səbəb olub. İlk vaxtlar məktəbə qeyri-ixtisaslı kadrlar, əsasən, İncəsənət İşləri İdarəsinin təlimatçıları rəhbərlik ediblər. Hüseyn Baqidən sonra məktəbə hərbi komissar kimi tanınan Əsgər Əhmədov direktor təyin olunub. 1939-cu ildə məktəbə İncəsənət İşləri İdarəsinin rəisi İsmayıl Sailov, həmin ildən 1941-ci ilədək Məmməd Ələkbərov, 1943-1944-cü illərdə Siddiqə Abbasova, 1945-1946-cı illərdə isə Məmməd Cavadov rəhbərlik ediblər. Bundan əlavə, Məmməd Cavadov 1942, 1945-1950-ci illərdə tədris hissə müdiri vəzifəsini uğurla yerinə yetirib.

Ramin müəllim qeyd edir ki, 1 nömrəli musiqi məktəbinə qısa müddət rəhbərlik edən Hüseyn Baqini 1939-cu ildə əvəz edən ixtisasca kamança müəllimi Məmməd Ələkbərov pedaqoq kontingentinin ixtisaslı kadrlarla təmin olunmasına xüsusi diqqət göstərib. Bu işdə Üzeyir Hacıbəyli Məmməd müəllimə kömək edərək, öz tələbələrindən bir neçəsinin işləmək üçün məktəbə göndərilməsinə nail olub və beləliklə, yeni ixtisaslı kadrlarla təminat işində ilkin uğurlu addımlar atılıb. Belə ixtisaslı müəllimlərdən Hüseyn Sadıxov (tar), Rəhim Babayev (kamança) və Olqa Nikolskayanı (fortepiano) göstərmək olar. “Məmməd Ələkbərov kiçik müəllim kollektivi ilə böyük uğurlara imza atıb. Musiqi məktəbinin ilk müdavimlərindən bir çoxu musiqi təhsilini davam etdirərək, bu sənətin görkəmli ustadları kimi Naxçıvan musiqi mədəniyyəti tarixində silinməz iz qoyublar. Həmin sənətkarlardan Nəriman Məmmədov (tar), Kamil Abdullayev (tar), Ənvər Kəngərli (kamança) və başqalarını nümunə çəkə bilərik. Digərlərinin isə müxtəlif sənət sahibləri olmasına baxmayaraq, bir ziyalı kimi formalaşmasında aldıqları musiqi tǝhsilinin əsaslı təsiri olduğunu demək olar”, - Ramin Hacıyev bildirir.

Onun sözlərinə görə, Naxçıvanda ilk musiqi məktəbinin yaradılmasından bir neçə il sonra, 1943-cü ildə Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi rəisinin əmri ilə məktəbə göndərilən müəllimlərdən Məmməd Cavadovun pedaqoji fəaliyyəti də təqdirəlayiqdir. Məmməd Cavadov direktor, dərs hissə müdiri vəzifələri ilə yanaşı, musiqi məktəbində nəfəs alətləri şöbəsinin, orkestr və xor kollektivlərinin yaradılmasında, onlara başçılıq etməsində, caz orkestrinə kadrlar hazırlanmasında xeyli səmərəli iş aparıb.

“Məktəbin müəllimi olmuş Rəşid Məmmədov Naxçıvan musiqi təhsilində apardığı quruculuq fəaliyyəti ilə yadda qalıb. O, 1964-cü ildən başlayaraq rayon mərkəzlərində musiqi məktəblərinin açılması məsələsini gündəmə gətirib. İlk növbədə, rayon mərkəzlərində Naxçıvan musiqi məktəbinin filialını yaradıb, sonra isə həmin məktəblərin müstəqil məktəbə çevrilməsinə nail olub. Beləliklə, 1965-ci ildə Ordubad rayon musiqi məktəbi, 1967-ci ildə Culfa rayon musiqi məktəbi, 1968-ci ildə Bəhruz Kəngərli adına Şərur Rayon Uşaq İncəsənət Məktəbi, 1969-cu ildə Şahbuz rayon uşaq musiqi məktəbi yaradılıb. Rəşid Məmmədovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. 1967-ci və 1974-cü illərdə Naxçıvan Ali Sovetinin Fəxri fərmanına, 1973-cü ildə Naxçıvan MSSR-in Əməkdar mədəniyyət işçisi adına, 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına, 2006-cı ildə isə Prezident mükafatına layiq görülüb”, - deyə Ramin müəllim əlavə edir.

Ramiz Mirişli, Nazim Kazımov, İlqar Muradov...

Görkəmli bəstəkar və musiqiçilərdən Nəriman Məmmədov, Ramiz Mirişli, Yaşar Səfərov, Kamal Əhmədov, Nazim Kazımov, Adıgözəl Əliyev, Əkrəm Məmmədli, Xalq artisti İlqar Muradov və başqaları 1 nömrəli uşaq musiqi məktəbində təhsil alıblar. Ramin Hacıyev bildirir ki, şagirdin uğur qazanmasında, şübhəsiz, müəllim zəhmətinin rolu danılmazdır. Bu baxımdan o dövrdə musiqi məktəbində dərs deyən Səfər Rəcəbli, Məmməd Ələkbərov, Rəşid Məmmədov, Vahid Axundov, Yusif Əliyev, Azər Abbasov, Məmməd Məmmədov və başqa peşəkar pedaqoqların böyük əməyi var. Təsadüfi deyil ki, məhz həmin illərdə məktəbin şagirdləri ölkə səviyyəli konsert proqramlarında, bayram tədbirlərində uğurlu çıxışlar ediblər. Sonrakı illərdə isə ayrı-ayrı ixtisaslar üzrə pedaqoji fəaliyyətlə də məşğul olub, gənc kadrların yetişdirilməsinə, bütövlükdə, Azərbaycan musiqisinin inkişafına öz töhfələrini veriblər. Məktəbin adını daşıdığı Məmməd Məmmədov həm məzunu olduğu, həm də çalışdığı 1 nömrəli uşaq musiqi məktəbində truba və akkordeon siniflərinin açılmasının təşəbbüskarı olub...

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə musiqi məktəbində yaradıcılıq işləri geniş vüsət alıb

Müsahibimiz vurğulayır ki, Ulu Öndərin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlayaraq Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilib, mədəniyyət sahəsində yüksək səviyyəli kadrların hazırlanması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Həmin illərdən etibarən şəhər, qəsəbə və kəndlərdə bir-birinin ardınca sistemli şəkildə mədəniyyət müəssisələri açılıb. 1970-ci illərdə 1 nömrəli musiqi məktəbinə Tapdıq Bağırov başçılıq edib. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edən həmin dövrdə hər yerdə olduğu kimi, 1 nömrəli uşaq musiqi məktəbində də yaradıcılıq işləri geniş vüsət alıb. Dövrün tələblərinə uyğun olaraq Avropa musiqi alətlərinin tədrisində və şöbələrdə şagird kontingentinin artırılmasında əsaslı dönüş yaradılıb. Bu da qısa müddətdə musiqi məktəbləri önündə bu ixtisaslar (fortepiano, skripka) üzrə yeni müəllim kadrları ilə təminat baxımından geniş üfüqlər açıb.

Hazırda məktəbdə 60 müəllim 241 şagirdə təhsil verir

Musiqi məktəbinin direktor əvəzi, 27 illik pedaqoji təcrübəyə malik Nurlana Rəsulova ilə də söhbət edirik. O, mədəniyyət ocağının bugünkü dövrü barədə məlumat verərək deyir ki, hazırda burada fortepiano, xalq çalğı alətləri, simli, nəfəsli alətlər və nəzəri fənlər olmaqla, 4 şöbə fəaliyyət göstərir. Altısı xalq çalğı alətləri, dördü simli, nəfəsli alətlər və biri fortepiano olmaqla, 11 ixtisas üzrə tədris aparılır. Məktəbə üz tutan 9-12 yaşlı uşaqlar tar, kamança, qanun, qarmon, nağara, skripka, vokal, fleyta və digər musiqi alətlərinin, ixtisasların sirlərinə yiyələnir, nəzəriyyə dərslərində dünyanın tanınmış bəstəkarları, musiqişünasları barədə zəngin biliklər qazanırlar. Bu gün mədəniyyət ocağında 241 şagirdin musiqi təhsilinin artırılması üçün geniş təcrübəyə malik 60 müəllim çalışır. Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin bir neçəsi məhz vaxtilə bu mədəniyyət müəssisəsindən məzun olub və indi yeni musiqiçi nəsillərin yetişməsi üçün çiyin-çiyinə səylə çalışırlar. Mədəniyyət ocağında il ərzində əlamətdar günlərlə bağlı tədbirlər keçirilir, məktəbin şagirdləri müxtəlif konsertlərdə, musiqi festivallarında uğurlu çıxışlar edirlər.

Apardığımız müşahidələr, etdiyimiz söhbətlər belə deməyə əsas verir ki, Üzeyir bəyin yadigarı, muxtariyyətin qiymətli mədəniyyət töhfəsi olan 1 nömrəli uşaq musiqi məktəbi bu gün də öz nümunəvi fəaliyyəti ilə sayılıb-seçilir. Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin mədəniyyət ocağına hədiyyə etdiyi fortepianonu ən əziz yadigar, dəyərli xatirə olaraq göz bəbəyi kimi qoruyan kollektiv həm də tarixi irsimizin mühafizəsi, klassik, xalq, Avropa musiqisinin uşaq və yeniyetmələrə aşılanması yolunda var qüvvəsi ilə çalışır. Əminik ki, 87 yaşlı qocaman musiqi ocağında bundan sonra da yeni bəstəkarlar, musiqişünaslar yetişəcək, onların soraqları dünya musiqi arenalarından gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır

Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib

İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb VİDEO

Gürcüstanda bir gündə 3 zəlzələ baş verib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

"Zəngəzur sənətkarlığı" adlı layihə üzrə iş davam edir

"Sabah"ın yay hazırlıq planı bəlli olub

Texasda tədbir zamanı atışmada 2 nəfər ölüb

ABŞ-da İkinci Dünya müharibəsi dövrünə aid təyyarə qəza törədib, 2 nəfər ölüb

ABŞ Dövlət katibi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Avro-2024: Niderland Polşaya qalib gəlib

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

Çin tarixinin ən görkəmli hərb strateqi Su Cının muzey kompleksi - FOTOSESSİYA VİDEO

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub

Hərbi Nəşriyyatın 30-cu ildönümü qeyd edilib VİDEO

Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb VİDEO

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından VİDEOREPORTAJ FOTO

Xalq yazıçısı Anarın əsəri Türkiyə radiosunda səsləndirilib

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub VİDEO

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər VİDEO

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib