Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Bakı, 29 mart, AZƏRTAC

Ermənilər zaman-zaman havadarlarının dəstəyinə arxalanaraq azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçiriblər. Amma erməni diasporunun və lobbisinin fitnə-fəsadları sayəsində beynəlxalq aləmdə özləri barədə “yazıq, məzlum, əzilən və döyülən” millət imici formalaşdırmış, azərbaycanlıları isə “vəhşi millət” kimi təqdim etmişdilər. Təbii ki, saxta tarix yazıb yalanlarını dünyaya həqiqət kimi sırımağa çalışmaq, özlərinin vəhşiliklərini bu epitetlərlə ört-basdır etmək sonsuzluğa qədər davam edə bilməzdi. Çünki tarix heç nəyi silmir, faktlara əsaslanır. Elə götürək 1918-ci ilin mart qırğınını. Bu dəhşətli soyqırımı aktının törədilməsindən 106 il keçsə də, yeni araşdırmalar bu qətliam barədə daha dolğun məlumatlar ortaya qoyur. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirilmişdir. Bunlarla kifayətlənməyən daşnak-bolşevik qüvvələri yaşayış məntəqələrini, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan etmişlər. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.

Qeyd olunub ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Fərmana əsasən, martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu sənədin imzalanması məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Onu da qeyd edək ki, Şamaxıda baş vermiş hadisələrlə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər əks etdirilməyib. Ekspertlərin rəyinə əsasən, Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kənddən 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Bütün bunlar tarixi faktlardır.

V.Rəhimzadə bildirib ki, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.

Vurğulanıb ki, ermənilər tarixi saxtalaşdırıb özlərinə qondarma tarix yazmaqla dünyanı yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da, İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərində informasiya mübarizəsində qələbəsi də əhəmiyyətli rol oynadı. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan dünya güclərindən ikili standartlara əsaslanan siyasətlərinə son qoyaraq baş verən hadisələrə obyektiv qiymət verməyə çağırış etdi. Lakin bəzi dünya güclərinin Ermənistana zaman-zaman dəstəkləri, ədalətə və beynəlxalq hüquqa öz maraqları baxımından yanaşmaları Ermənistanın daha böyük iddialarla yaşamasına gətirib çıxardı. Əgər zamanında Ermənistana beynəlxalq hüquqa sığmayan bu vəhşiliklərinə görə təzyiqlər göstərilsəydi 1988-ci ildə ermənilərin torpaq iddiaları yenidən baş qaldırmazdı.

Qeyd edilib ki, Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və sair kimi faciələr erməni vəhşiliklərinin heç bir sərhəd tanımadığını bir daha bütün dünyaya göstərdi. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamı Holokost, Xatın, Liditsa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla bir sırada dayanır. Günahsız insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürüldülər, işgəncələrə məruz qaldılar. Bu gün böyük qürur hissi ilə işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Xankəndidə, Xocalıda Azərbaycan Bayrağının ucaldılmasından, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsindən bəhs edirik. Dövlətimizin başçısı fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlini qoyduqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, bu diyarın, bu bölgənin artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr - Xocalının, Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Amma 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür.

İnformasiya mübarizəsinin bütün dövrlər üçün aktuallığını bir daha önə çəkən V.Rəhimzadə bildirib ki, dövlətimiz həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməyə çalışır. Məqsəd çoxəsrlik tariximizin hər bir səhifəsinin təhlili və əsaslı şəkildə indiki və gələcək nəsillərə çatdırılmasıdır. Çünki tarixi bilmədən gələcəyə doğru inamlı addımlar atmaq mümkünsüzdür. Ümummilli Lider Heydər Əliyev vaxtilə belə bir çağırışı etmişdi: “Azərbaycanı təkcə müstəqil, zəngin təbii sərvətlərə malik dövlət kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq”. Bəli, tariximiz bizim böyük sərvətimizdir. Tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycana qayıdış günümüzün əsas çağırışına çevrilib. Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla icra edilir. Dövlət başçısı İlham Əliyev iki il öncə əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirdi ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Çünki tarix var, sənədlər var, xəritələr var.

V. Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə məqsədinə nail oldu. Bu gün qalib xalqımızın bir təsəllisi vardır ki, torpaqlarımız işğaldan azad edilib, şəhidlərimizin, soyqırımı qurbanlarının qisası alınıb. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona dünya miqyasında hüquqi-siyasi qiymət verilməsinə nail olmaq nə qədər çətin olsa da, bu müqəddəs işi bu gün də, gələcəkdə də davam etdirməliyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası ilə bağlı istintaq işi açılıb

® “İlahi ibadət”in xoş məramı

Macarıstan Milli Assambleyasının üzvləri Milli Məclisdə olublar

“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə olacaq VİDEO

Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının prezidenti kimi qala bilər

Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb VİDEO

Almaniyada “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası” adlı orqan konserti keçirilib

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Fövqəladə Hallar Nazirliyi və TƏBİB birgə məlumat yayıb VİDEO

Attila Tilki: Türk dövlətləri arasındakı dostluq əlaqələrinin getdikcə dərinləşməsi həssas dönəmdə çox mühümdür

NİİM: Metronun “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətlərində nəqliyyat sıxlığı yaranıb

Sabirabadda yük və minik avtomobilləri toqquşub, yaralılar var

17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

Nəsimi rayonunda Qurban bayramı ərəfəsində şəhid ailələri ilə görüş keçirilib

Macar parlamentarilər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

“Avro 2024”: Türkiyə millisinin oyununa hakim təyinatları açıqlanıb

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib VİDEO

Naxçıvanın “Kalba Rüstəm” kəhrizində təmir-bərpa işləri aparılıb

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin, Vətən müharibəsində şəhid olan həkimlərin məzarlarını ziyarət edib

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

Faktiki hava: bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb

Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Lerikdə 4 ton xaş-xaş kolu məhv edilib

“Avro 2024”: Belçika və Fransa yığmaları ilk görüşlərinə çıxacaqlar

Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər həlak olub

Malavinin vitse-prezidentinin dəfn mərasimi zamanı baş verən yol qəzasında azı 4 nəfər ölüb

Oğuzda meşə zolağında çətənə kolları becərən şəxslər saxlanılıb VİDEO

Ötən il Səhiyyə Nazirliyi tərəfindən tibbi və psixoloji yardımla təmin edilən müharibə iştirakçıların sayı açıqlanıb

Ötən il təmir-tikintisi başa çatdırılan tibb müəssisələrinin sayı açıqlanıb

Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Peruda zəlzələ olub, bəzi bölgələrdə torpaq sürüşməsi qeydə alınıb

Türkiyədə avtomobil heyvan bazarına girib, səkkiz nəfər yaralanıb

NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Türkiyədə 4,4 bal gücündə zələzələ olub

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır

Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib

İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb VİDEO

Gürcüstanda bir gündə 3 zəlzələ baş verib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

"Zəngəzur sənətkarlığı" adlı layihə üzrə iş davam edir

"Sabah"ın yay hazırlıq planı bəlli olub

Texasda tədbir zamanı atışmada 2 nəfər ölüb

ABŞ-da İkinci Dünya müharibəsi dövrünə aid təyyarə qəza törədib, 2 nəfər ölüb

ABŞ Dövlət katibi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Avro-2024: Niderland Polşaya qalib gəlib

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

Çin tarixinin ən görkəmli hərb strateqi Su Cının muzey kompleksi - FOTOSESSİYA VİDEO

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub

Hərbi Nəşriyyatın 30-cu ildönümü qeyd edilib VİDEO

Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb VİDEO

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından VİDEOREPORTAJ FOTO

Xalq yazıçısı Anarın əsəri Türkiyə radiosunda səsləndirilib

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub VİDEO

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər VİDEO

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır