“İLİN BƏDİİ ƏSƏRİ” MÜKAFATI TƏQDİM EDİLDİ

12.02.2002 [15:00]
Fevralın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda “525-ci qəzet”in 2001-ci il üçün təsis etdiyi “İlin bədii əsəri” mükafatının təqdimat mərasimi keçirilmişdir. ...

AZƏRBAYCAN QIZI VƏTƏNDƏN UZAQDA DA VƏTƏNİ HAQQINDA DÜŞÜNÜRDÜ

12.02.2002 [11:11]
Ədəbiyyat aləmində Banin təxəllüsü ilə tanınmış mərhum soydaşımız Ümmülbanu Əsədullayevanın varisi, alman yazıçısı Rolf Ştummer öz arxivindəki əlyazmaların və çap olunmuş məqalələrin bir qismini AzərTAc-ın müxbirinə təqdim etmişdir. ...

“NAXÇIVAN VƏ NAXÇIVANLILAR” KİTABI

11.02.2002 [15:15]
“Elm” nəşriyyatının çapdan buraxdığı “Naxçıvan və naxçıvanlılar” kitabında qədim diyarın tarixi, ulu və müasir mədəniyyəti barədə oxuculara maraqlı məlumat verilir. Kitabda dərc olunan məqalələr bizi Naxçıvanın dünya siyasətinə, ...

“NAZİM HİKMƏT GƏNCƏDƏ”

11.02.2002 [14:14]
Azərnəşr yazıçı Altay Məmmədovun “Nazim Hikmət Gəncədə” kitabını çapdan buraxmışdır. Nazim Hikmət yaradıcılığının respublikamızda tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru Aqşin Babayevin “ Bu dünyaya gəlməyə dəyərdi ...

YAZIÇILAR TAB GƏTİRMƏYİN YOLLARINI ÖYRƏNİRLƏR

08.02.2002 [21:48]
“Kino səhrasının bəyaz günəşi” – MDB ölkələrində milli kinonun vəziyyəti haqqında “Obşşaya qazeta”- nın ötən ilin axırlarında 37-ci nömrəsində dərc etdiyi materiallar belə adlanırdı. Lakin biz ...

MUSİQİ SAHƏSİNDƏ ALMANİYA-AZƏRBAYCAN LAYİHƏSİ

08.02.2002 [19:45]
“Sonor” müasir musiqi təşəbbüs mərkəzi Almaniyanın ölkəmizdəki səfirliyinin və “Kapellhaus” Almaniya-Azərbaycan mədəniyyət mərkəzinin köməyi ilə müasir Azərbaycan və alman musiqisinə dair layihəni həyata keçirməyə başlamışdır. ...

NƏRİMAN NƏRİMANOVUN “SEÇİLMİŞ ƏSƏRLƏRİ”

08.02.2002 [11:00]
Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun “Seçilmiş əsərləri”ni çapdan buraxmışdır. Kitabın redaktoru fəlsəfə elmləri doktoru Ramiz Mehdiyev, tərtibçisi və ön sözün müəllifi ...

AZƏRBAYCAN MUSİQİSİNİN YÜKSƏK SƏVİYYƏSİ

07.02.2002 [22:00]
İsveçrədə “Yaradıcı şəxsiyyətin azadlığı” mövzusunda keçirilən Ümumdünya simpoziumuna hər il dünya şöhrətli elm, mədəniyyət və incəsənət xadimləri dəvət edilirlər. Yazıçı Qabriel Qarsia Markes, şair İosif Brodski, dirijor Keyno Naqano ...

GÖRKƏMLİ TEATR VƏ KİNO SƏNƏTÇİSİNİN YUBİLEYİ

07.02.2002 [14:00]
Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, “Şöhrət” ordenli Lütfi Məmmədbəyovun anadan olmasının 75 illiyi münasibətilə fevralın ...

AZƏRBAYCANIN GƏNC SİRK USTASI PARİS BEYNƏLXALQ FESTİVALINA DƏVƏT OLUNMUŞDUR

06.02.2002 [20:37]
Hər il yanvarın 31-dən fevralın 4-dək Paris manejində “Dünya sirkinin sabahı” devizi altında sirk ustalarının festivalı keçirilir. Bu beynəlxalq festival hər il bir sirk nömrəsinə həsr olunur və əsasən, 14-18 yaşlı gəncləri əhatə edir. Festivalın qaliblərinə müxtəlif ölkələrin təsis etdikləri mükafatlar verilir ...

BEYNƏLXALQ TEATR FESTİVALINDA İŞTİRAK EDƏCƏKLƏR

05.02.2002 [13:30]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinin tələbələri İranda keçiriləcək beynəlxalq teatr festivalında iştirak etmək üçün Tehrana yola düşmüşlər ...

FİKRƏT ƏMİROVUN YUBİLEYİ ŞƏRƏFİNƏ

04.02.2002 [18:09]
Bu il böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun 80 illiyi tamam olur. Bu münasibətlə Türkiyənin İzmir şəhərində Dövlət simfonik orkestrinin iştirakı ilə bəstəkarın xatirəsinə həsr edilmiş gecə keçirilmişdir. Proqrama F.Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ovşarı” simfonik muğamı ...

GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ SƏRĞİ

01.02.2002 [18:50]
Fevralın 1-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan gəncləri gününə həsr edilmiş sərginin açılış mərasimi olmuşdur. Gənclər, İdman və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə təşkil etdikləri sərgidə 150-dən çox gənc rəssamın rəngkarlıq, ...

BEYNƏLXALQ SƏRGİNİN QALİBİNƏ HƏSR OLUNMUŞDUR

01.02.2002 [14:03]
Cəlilabad Uşaq İncəsənət məktəbinin foyesində bu məktəbin 5-ci sinif şagirdi Hüseyn Bəndəliyevə həsr olunmuş stend təşkil edilmişdir. Azərbaycan məktəblisi İsveçin paytaxtı Stokholmdakı Beynəlxalq Uşaq İncəsənət Muzeyinin “Uşaqların oynadıqları oyunlar “ devizi altında keçirdiyi rəsm sərgisində qaliblər sırasına çıxmışdır ...

“QADIN, GÖZƏLLİK VƏ ÜLVİYYƏT” KİTABININ TƏQDİMATI

30.01.2002 [16:00]
Qadin Problemləri üzrə Dövlət Komitəsində tarix elmləri doktoru, professor, “Qızıl qələm” mükafatı laureatı Sabir Gəncəlinin Azərbaycanın dövlət müstəqilliyinin 10 illiyinə həsr olunmuş və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ...

MÜSTƏQİLLİYİMİZİN YAŞIDLARININ SƏRGİSİ

30.01.2002 [13:00]
Yanvarın 30-da Beynəlxalq Əlaqələr Mərkəzinin “Azərbaycan dünyası” qalereyasında 10 yaşına qədər uşaqların rəsmlərindən ibarət “Müstəqilliyimizin yaşıdları” mövzusunda sərginin açılış mərasimi olmuşdur. “Azərbaycan dünyası” ...

RƏSSAMIN FƏRDİ SƏRGİSİ

29.01.2002 [13:00]
Yanvarın 29-da Bakı Miniatür Mərkəzində rəssam Qafar Sarıvəllinin fərdi sərgisi açılmışdır.Sərgidə rəssamın boyakarlıq və qrafika janrlarında 45 əsəri nümayiş etdirilir. ...

AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ ALMANİYADA KEÇİRİLƏCƏK TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏKLƏR

26.01.2002 [10:00]
Beynəlxalq Memarlar Birliyi və Almaniya Memarlar İttifaqının birgə təşəbbüsü ilə bu il iyulun 22-26-da Berlində XX1 Beynəlxalq memarlıq konqresi keçiriləcəkdir. Respublikamızın Almaniyadakı səfirliyi Konqresin təşkilatçıları ilə əlaqə yaradaraq, ...

TARİX MUZEYİNDƏ ELMİ-NƏZƏRİ KONFRANS

25.01.2002 [19:00]
Müstəqil Azərbaycanşünaslar Birliyi “Azərbaycanşünaslar üçüncü minilliyin başlanğıcında” mövzusunda elmi-nəzəri konfrans keçirmişdir. ...