Erkən yazda bostanda ilk boy göstərən bitkilərdən olan şüyüdün az qala gül qədər xoş ətri var və elə həmin keyfiyyətinə görə də mətbəxin ən dadlı ədviyyatları sırasına daxildir. Onu milli kulinariyanın şah xörəyi hesab edilən plova qataraq şüyüdlü aş hazırlayırlar ...

Qlaukoma özünü büruzə verməyən xəstəlikdir

07.03.2017 [16:31]
Hər il martın 12-si dünyada Qlaukoma Günü kimi qeyd edilir. Yer kürəsində xüsusi bir gün kimi qeyd olunan qlaukomanın xüsusi olaraq qeyd edilməsi təsadüfi deyil. Qlaukoma əlamətləri ilə özünü büruzə verməyən xəstəlikdir, çox vaxt onun əmələ gəlməsi hiss olunmur ...

Ananın südü az olanda...

07.03.2017 [16:26]
Süd vəzlərinin sekretor qabiliyyətinin azalması nəticəsində südverən anada körpəni yedirməyə kifayət qədər südün olmaması hipoqalaktiya adlanır. Hypo - altında, aşağı, qalactos-süd deməkdir. AZƏRTAC xəbər verir ki, hipoqalaktiyanın ...

Cəfəri ilə... gözəlliyə doğru

07.03.2017 [12:37]
Kosmetoloqlar dərinin cavan və təravətli görünməsi üçün müxtəlif krem, losyon, balzam və digər vasitələr təklif edirlər. Lakin təcrübə göstərir ki, kosmetikanın son nailiyyətlərinə bel bağlamaqdansa, təbii üsullardan istifadə etmək daha yaxşıdır ...

Xroniki qastritin bir sıra formaları mədə xərçəngi inkişafının ilkin mərhələsidir

06.03.2017 [18:21]
Hər bir canlı orqanizmdə olduğu kimi, insan həyatının da böyük bir hissəsini qida qəbulu təşkil edir. Qida ilə bərabər orqanizmə sağlamlıq baxımından çox vacib olan zülal, yağ, karbohidrat, vitamin, mikroelement və digər maddələr də daxil olur. Məhz bunun nəticəsində orqanizmin məhv olan hüceyrələri yeniləri ilə ...

İmperatorların heç kəsə qıymadığı cavanlaşdırıcı məcun

06.03.2017 [16:33]
Unikal biokimyəvi tərkibə malik daş yağı 4 min ildən çoxdur ki, Çin, Monqolustan və Birma kimi ölkələrin xalq təbabətində təbii müalicə vasitəsi kimi tətbiq edilir. Möcüzəvi cavanlaşdırıcı təsirinə görə Çin mifologiyasında ona “ölməzlik qidası” adı verilib. Bahalı flakonlarda qızıl ...

…Yalmanına yata-yata

04.03.2017 [18:19]
İppoterapiya animaloterapiyanın, yəni heyvanla aparılan müalicənin bir sahəsidir. Həmin müalicə formasının banisi fransız həkim və psixoloqu Y.Lalleri onunla ötən əsrin 60-70-ci illərində məşğul olub. İppoterapiya dünyada qəbul edilən və tanınan, müxtəlif xəstəlikərin müalicə, remissiya və sağalmasında ...

Qızılgülün ləçəyi, ətri və mürəbbəsi

04.03.2017 [10:35]
Gülçiçəklilər fəsiləsinə daxil olan qızılgül təbiətin ən gözəl güllərindən biridir, onun indiyədək 400-ə qədər yabanı növü məlumdur. Al-qırmızı qızılgülün vətəni Çin hesab olunur, onun ağ, sarı və narıncı növləri Fars növünün qızılgülə calağı nəticəsində yaranıb. ...

Ekspert: Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir

03.03.2017 [18:22]
Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir: onlarda şişlər ayrı-ayrı orqanlarda olur. Belə ki, ağciyər, mədə-bağırsaq traktı, süd vəzisi, sidik kisəsi, prostat vəzi və qadın cinsiyyət orqanlarının xərçənginə uşaqlarda çox nadir halda rast ...

Yod insan orqanizmi üçün vacib mikroelementlərdən biridir

03.03.2017 [11:40]
İnsan orqanizmində 25 milliqram yod var, onun 15 milliqramı qalxanvarı vəzdə, qalan hissəsi əsasən qaraciyər, böyrək, dəri, tük və dırnaqlardadır. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Respublika Xalq Təbabəti Mərkəzinin həkimi, terapevt-kardioloq Kəmalə Həsənova bildirib ...

Otit: ən sadə üsullarla müalicə

03.03.2017 [11:13]
Xroniki irinli otit orta qulağın iltihabi xəstəliyidir və təbil pərdəsinin deşilməsi ilə müşayiət olunur. Otolorinqoloq, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, otit qulaq xəstəliklərinin 25-30 faizə qədərini təşkil edir. İstər kiçik yaşlı uşaqlar, istərsə də böyüklər arasında ona tez-tez rast gəlinir ...

Göz əməliyyatlarının seçimində hər pasiyentə individual yanaşılır

02.03.2017 [18:36]
Hazırda göz problemləri arasında miopiya (görmə zəifliyi) daha çox rast gəlinən xəstəliklər sırasındadır. Bunun da əsas səbəblərindən biri müasir dövrdə demək olar ki, hər bir kəsin mobil telefon, kompüter və ya planşetlər arxasında çox zaman ...

Skalpelə qədər

02.03.2017 [11:17]
Tez-tez işlənən bir ifadə var: “Hər kəs özünün həkimi olmalıdır”. Əslində bunu hər kəsin özünə resept yazması və özünə iynə vurması kimi başa düşmək lazım deyil. Söhbət hər kəsin öz sağlamlığının keşiyində durmasından, nəyin ona düşərli və nəyin zərərli ...

İmmuniteti artırmaq üçün vasitə-jenşen

01.03.2017 [19:02]
Bəşəriyyətə beş min il əvvəldən məlum olan jenşen elmi təbabətdə güclü adaptogen bitki kimi tanınır. Ona görə də onun tətbiq sahələri çox genişdir. Çin dilindən tərcümədə jen-adam, şen - kök deməkdir. AZƏRTAC xəbər verir ki, jenşen bitkisi ...

Artroz: “kilidlənmiş” oynaqların açılması

28.02.2017 [16:56]
Oynaq toxumasının degenerasiyası və distrofiyası ilə xarakterizə olunan artrozun səbəbləri əsasən artıq çəki, oynaqların yüklənməsi, allergik reaksiyalar, travma və infeksiyalardır. AZƏRTAC xəbər verir ki, xəstəliyin gedişi və formasından asılı olaraq ...

Arının həm balı, həm də zəhəri dərman sayılır

28.02.2017 [13:07]
Nəsib Bayramoğlu on ildən çoxdur ki, Mingəçevirdə fəaliyyət göstərən "Çiçək" Arıçılar İctimai Birliyinin sədridir, səkkiz ildir ki, "Arı dünyası" mərkəzinə rəhbərlik edir. O, arıların həyatından bəhs edən "Arı və demokratiya", “Sirli dünya” kitablarının müəllifidir ...

Çay içmək ürəyi qoruyur

28.02.2017 [12:48]
Gündə bir fincan çay içmək ürək fəaliyyətinə müsbət təsir göstərir. AZƏRTAC "Arqumenti i faktı" qəzetinin “Zdorovye” əlavəsinə istinadən xəbər verir ki, ABŞ-dakı Baltimor səhərində Con Hopkins xəstəxanasının həkimləri araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, gündə ...

Bənövşə, bəndə düşə…

27.02.2017 [18:13]
Yazın nəfəsi duyulan kimi göy bənövşə çiçəkləri qarın altından baş qaldırır. Bənövşəyi rəngli çiçəkləri, ürək formasında yaşıl yarpaqları var. Rütubətli, lakin günəş dəyən yerləri xoşlayır, daha çox kol dibində bitir. Bənövşənin göy və bənövşəyi çiçəkli növlərindən başqa sarı, ağ, çəhrayı ləçəkli növləri də var ...

Söyüd qabığı revmatizmin müalicəsində ən yaxşı vasitədir

27.02.2017 [16:12]
Revmatizm ürək-damar sisteminin birləşdirici toxumasını zədələyən infeksion xəstəlikdir, adətən tonzillit və faringitin ağırlaşması kimi meydana çıxır, onun ilk əlamətləri 5 yaşdan 15 yaşa qədər olan dövrdə özünü göstərir. Profilaktik tədbirlər görülməyəndə xəstəlik residivləşə bilər ...