CƏLİLABADDA BİZNES-MƏRKƏZ AÇILACAQDIR

29.08.2002 [19:00]
Bu günlərdə Cəlilabadda biznes-mərkəzin açılışı nəzərdə tutulmuşdur. İqtisadi İnkişaf Nazirliyindən bildirmişlər ki, bu, BMT İnkişaf Proqramının və nazirliyin kiçik və orta sahibkarlığa yardım üzrə birgə proqramı çərçivəsində təşkil edilən dördüncü biznes-mərkəzdir. r. ...

AZƏRBAYCAN ASTARASI İLƏ İRAN ASTARASI ARASINDA DƏMİRYOLU XƏTTİ BƏRPA EDİLƏCƏKDİR

29.08.2002 [18:55]
Azərbaycan Astarası ilə İran Astarası arasında dəmiryolu xəttinin bəpası layihəsinin işlənib hazırlanması başa çatmaq üzrədir. Bu barədə AzərTAc-ın müxbirinə Azərbaycan Dövlət Dəmir yolundan məlumat vermişlər. ...

RESPUBLİKADA DAĞ RAYONLARININ İNKİŞAFI MƏSƏLƏLƏRİNƏ DAİR  KONFRANS KEÇİRİLƏCƏKDİR

27.08.2002 [16:00]
Sentyabrin 7-9-da Altıağac kurort mərkəzində “Azərbaycanın dağ rayonlarının ardıcıl inkişafı” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir. Konfransda kənd təsərrüfatının, turizmin inkişafı, ...

SELLƏR TƏHLÜKƏ TÖRƏTMƏYƏCƏK

26.08.2002 [17:00]
Qax rayonunun icra hakimiyyəti orqanları, tikinti təşkilatları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin yerli bölməsi ilə birgə sellərin qarşısını almaq məqsədi ilə rayon ...

YERLİ BƏLƏDİYYƏNİN VƏ KƏND SAKİNLƏRİNİN VƏSAİTİ İLƏ

26.08.2002 [13:00]
Ağstafa rayonundakı Poylu kəndinə yerli bələdiyyənin və kənd sakinlərinin vəsaiti ilə içməli su kəməri çəkilmişdir. 14 kilometr məsafədən – Ağstafa çayından iri diametrli borularla gətirilən su 4 mindən çox əhalisi olan bu kəndin içməli suya təlabatını tamamilə ödəyəcəkdir. ...

İSTEHLAKÇILARIN HÜQUQLARI QORUNACAQDIR

25.08.2002 [11:00]
Naxçıvan muxtar Respublikasında yeni yaradılmış İstehlak mallarının ekspertizası mərkəzinin nəzdində müasir avadanlıqla təchiz olunmuş arbitraj laboratoriyası istifadəyə verilmişdir. ...

ÜMUMİ DAXİLİ MƏHSUL 9 FAİZ ARTMIŞDIR

24.08.2002 [11:00]
Cari ilin 7 ayı ərzində Azərbaycan iqtisadiyyatına 5321,5 milyard manat sərmayə qoyulmuşdur ki, bu da 2001-ci ilin həmin dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bütün sərmayələrin 4173 milyard manatı və ya 78 faizi xarici, 1148 milyard manatı və ya 21 faizi yerli kapitalın payına düşür. ...

NEFTÇALADA YENİ “RABİTƏ EVİ” İSTİFADƏYƏ VERİLMİŞDİR

23.08.2002 [10:00]
Neftçala şəhərində yeni “Rabitə evi” istifadəyə verilmişdir. Rayon mərkəzində uzun müddət istifadəsiz qalıb yararsız hala düşmüş köhnə bina Rabitə Nazirliyinin vəsaiti hesabına əsaslı təmir olunmuş və müasir avadanlıqla təchiz edilmişdir. ...

NAXÇIVAN SƏRHƏD DƏSTƏSİNİN ON YAŞI TAMAM OLMUŞDUR

22.08.2002 [16:00]
1992-ci il avqustun 22-i Azərbaycan xalqının yaddaşında əlamətdar bir hadisə kimi qalmışdır. On il əvvəl ölkəmizin mühüm strateji bölgəsində dövlət sərhədinin mühafizəsini həyata keçirən hərbi hissədə ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdır. ...

AQRAR SEKTORUN İNKİŞAFI MƏSƏLƏLƏRİNƏ DAİR KONFRANS

20.08.2002 [12:00]
Tovuz rayonunda, “Tovuz-Baltiya ltd” aqrar-sənaye şirkətinin binasında yeni texnologiyaların kənd təsərrüfatına tətbiqi məsələlərinə dair elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Tovuz, Qazax rayonlarının, digər yaxın rayonların fermer təsərrüfatlarının rəhbərləri, Gəncə şəhərinin nümayəndələri iştirak etmişlər. ...

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QAZLA TƏCHİZATININ BƏRPA OLUNMASI ÜÇÜN LAYİHƏLƏR HAZIRLANIR

09.08.2002 [19:00]
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunda Naxçıvan Muxtar Respublikasının təbii qazla təmin olunması üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanmışdır. ...

KƏNDDƏ ELEKTRON ATS

02.08.2002 [10:00]
Cəlillabad rayonundakı Sabirabad kəndinin sakinləri 256 nömrəlik elektron avtomat telefon stansiyasının xidmətindən istifadə etməyə başlamışlar. ATS-sin işə düşməsi ilə abonentlər respublikamızın, eləcə də dünyanın müxtəlif yerləri ilə ...

ƏMƏK YARMARKALARI KEÇİRİLMİŞDİR

26.07.2002 [18:35]
İyulun 26-da Goranboy və Saatlı rayonlarında əmək yarmarkaları keçirilmişdir. Əhaliyə 300-ə qədər iş yeri təklif edilmiş, 100 nəfər vətəndaş münasib işlə təmin olunmuşdur. Onlarca işsiz haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir. ...

YAY İSTİRAHƏTİNİN TƏŞKİLİNƏ QAYĞI

19.07.2002 [11:00]
Mingəçevirdə əhalinin yay istirahətinin və asudə vaxtının səmərəli təşkili üçün xeyli iş görülmüşdür. Kürün sağ sahili boyunca istifadəsiz qalmış geniş sahədə seyrangah, “Ana Kür” istirahət guşəsi, uşaq əyləncə mərkəzi yaradılmış, ...

NAXÇIVANDA ARXEOLOJİ TƏHQİQAT İŞLƏRİNƏ YENİDƏN BAŞLANMIŞDIR

17.07.2002 [15:00]
Yurdumuzun qədim tarixə malik guşələrindən olan Naxçıvan diyarı arxeoloji abidələrlə də zəngindir. Lakin keçid dövrünün iqtisadi çətinlikləri burada da təhqiqat işlərini davam etdirməyə imkan vermirdi. ...

“GENERAL ŞIXLİNSKİ” TANKERİNİN HEYƏT ÜZVLƏRİNDƏN 8 NƏFƏRİ İYULUN 12-DƏ BAKIYA QAYITMIŞDIR

12.07.2002 [13:00]
Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi İdarəsindən AzərTAc-a bildirmişlər ki, “General Şıxlinski” tankerinin heyət üzvlərindən 8 nəfəri – gəmi kapitanının 3-cü köməkçisi Saleh Ələkbərov, 4-cü mexanik Nemət Əzimov, ...

ASTARA XƏBƏRLƏRİ

08.07.2002 [12:00]
Astaranın ən böyük yaşayış məntəqələrindən olan Ərçivan kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilən təntənəli mərasimdə çıxış edən rayon təşkilatlarının nümayəndələri, sakinlər, ağsaqqallar bu xeyirxah işin ...

“SEVİL” QADINLAR MƏCLİSİ SUMQAYITDA SEMİNAR-TRENİNQ KEÇİRMİŞDİR

29.06.2002 [08:00]
“Sevil” Qadınlar Məclisi və BMT-nin Qadın İnkişaf Fondu /YUNİFEM/ Sumqayıtda seminar-treninq keçirmişdir.Qadınlar Məclisi şəhər təşkilatının sədri, şairə Ofeliya Babayeva iştirakçıları salamlayaraq, öz sıralarında 2 mindən ...

GƏNC SƏRHƏDÇİ ZABİTLƏRİN TOPLANTISI

28.06.2002 [17:20]
Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində gənc sərhədçi zabitlərin toplantısı öz işinə başlamışdır. İlk gün sərhədçilər Şəhidlər xiyabanını ziyazat edərək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü ...