Bakı Mühəndislik Universitetində (BMU) 28 May - Respublika Gününə həsr olunmuş “Yurdum-yuvam məskənimsən” adlı tədbir keçirilib. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. ...

Biləsuvar, Hacıqabul və Şirvanda Respublika Günü qeyd olunub

26.05.2017 [17:11]
Mayın 26-da Biləsuvar rayonunda Respublika Gününə həsr olunan mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri, ağsaqqallar iştirak ediblər ...

Lənkəranda sahibkarlar üçün treninq keçirilib

26.05.2017 [16:41]
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün treninq keçirilib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninqdə "Made in Azerbaijan" brendinin yaradılması, brendləşmənin xüsusiyyətləri, məhsulların keyfiyyətinin ...

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir

26.05.2017 [16:28]
Ölkəmizin çoxəsrlik inkişaf tarixinin, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxan, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət ...

Ölkəmizdə bir yaşınadək uşaqların 50 faizi ana südü ilə qidalanır VİDEO

26.05.2017 [16:18]
Ana südü ilə qidalanan uşaqlar, xüsusilə tənəffüs və həzm sistemi infeksiyalarına yoluxmurlar. Ana südü körpənin immun sistemini gücləndirir və sonrakı dövrlərdə xroniki xəstəliklərdən qorumağa yardım edir. Uzun illər aparılan tədqiqatlar körpə sağlamlığında ana südünün həlledici əhəmiyyətini və alternativsizliyini ortaya qoyub ...

Qubadlılar “Bakı-2017”nin çempionu İslam Abbasovu parlaq qələbə münasibətilə təbrik ediblər

26.05.2017 [16:02]
Mayın 26-da Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında müxtəlif nailiyyətlər qazanan idmançılarla, o cümlədən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı İslam Abbasovla görüş keçirilib. ...

Şəmkirdə ədəbiyyatşünas Vəli Xuluflunun xatirəsi anılıb

26.05.2017 [15:51]
Şəmkirdəki Heydər Əliyev Mərkəzinin və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə ədəbiyyatşünas, publisist Vəli Xuluflunun anadan olmasının 123-cü ildönümü ilə bağlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, gənc şair Məhəmməd Turanın aparıcılığı ilə keçirilən ...

Novxanı kənd məktəbi 80 illik yubileyini qeyd edib VİDEO

26.05.2017 [15:04]
Abşeron rayonu Novxanı kənd Mehdi Hüseynzadə adına 1 nömrəli tam orta məktəbin 80 illik yubileyi qeyd olunub. Tədbirdə rayon rəhbərliyi, təhsil işçiləri, illər öncə məktəbi bitirən məzunlar və təhsil ocağının pedaqoji kollektivi iştirak edib. ...

Babəkin Qaraqala kəndində yaradılan tingçilik təsərrüfatı genişləndirilir

26.05.2017 [14:35]
Son illər muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, məşğulluğun təmin edilməsinə də stimul verib. Bu sahədə aparılan ardıcıl ...

Qubada keçirilən “Kitab bayramı”nda 100-ə yaxın oxucu kitabxanaya üzv qəbul edilib

26.05.2017 [14:22]
Qubada keçirilən kitab bayramında oxuculara 1500-dən çox kitab təqdim olunub. AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan IX ənənəvi kitab ...

Qarğabazar muzeyi ziyarətçilərin marağına səbəb olur

26.05.2017 [14:18]
Horadiz şəhərindəki Muğam Mərkəzində fəaliyyət göstərən Qarğabazar muzeyi füzulililərin və rayonun qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır. Burada Füzuli rayonun ən qədim yaşayış məskənlərindən olan Qarğabazar kəndinin tarixi, abidələri ...

“Heydər Əliyev kuboku” turnirinin iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət ediblər

26.05.2017 [13:01]
Xəbər verdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turniri mayın 26-da Naxçıvan Muxtar Respublika Stadionunda start götürüb. ...

Naxçıvanda mətbuat işçiləri üçün “Maliyyə savadlılığı” mövzusunda seminar təşkil olunub

26.05.2017 [12:55]
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində Bakıdan gəlmiş mətbuat nümayəndələri və Mərkəzi Bankın əməkdaşlarının iştirakı ilə “Maliyyə savadlılığı” mövzusunda seminar təşkil olunub ...

Şəmkirdə bilik yarışının qalibləri mükafatlandırılıblar

26.05.2017 [12:06]
Şəmkir rayonunun Sərdar Məmmədov adına Zəyəm-Cırdaxan kənd 1 nömrəli tam orta məktəbində 28 May - Respublika Gününə həsr olunmuş intellektual bilik yarışı keçirilib. AZƏRTAC xəbər verir k, yarışda Zəyəm-Cırdaxan kənd 1 və 2 nömrəli tam orta məktəblərində ...

Xaçmazda yağ radiatorunun partlaması nəticəsində iki nəfər xəsarət alıb VİDEO

26.05.2017 [11:38]
Xaçmazda yağ radiatorunun (qızdırıcı) partlaması nəticəsində iki nəfər xəsarət alıb. AZƏRTAC xəbər verir ki, hadisə rayonun Yergüc kəndində Elxan Orucova məxsus evin həyətindəki yarımtikilidə baş verib ...

Naftalanda 100-dən çox idmançının iştirakı ilə veloyürüş keçirilib

26.05.2017 [07:38]
Naftalanda 28 May - Respublika Günü münasibətilə şəhər icra hakimiyyətinin və Velosiped İdmanı Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunub. AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı ...

Zaqatalanın Aşağı Tala kəndində yeni tibb məntəqəsi istifadəyə veriləcək

26.05.2017 [05:52]
Zaqatalanın Aşağı Tala kəndində inşasına başlanılan yeni tibb məntəqəsi bu ilin avqustunda kənd sakinlərinin istifadəsinə veriləcək. AZƏRTAC xəbər verir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi əhaliyə ...

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Xızı və Zəngilan rayon nümayəndəliklərində kitab bayramı keçirilib

26.05.2017 [04:47]
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Xızı və Zəngilan rayon nümayəndəliklərində IX kitab bayramı keçirilib. İdarədən AZƏRTAC–a bildirilib ki, Xızı rayon nümayəndəliyində keçirilən kitab bayramında 1500-ə yaxın bədii, siyasi ədəbiyyat ...

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələr möhkəm təməl və qarşılıqlı etimad üzərində qurulub VİDEO

26.05.2017 [03:41]
Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərbaycan Respublikası ilə diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edib. AZƏRTAC xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ...