Bakıda TEMPUS proqramı çərçivəsində reallaşdırılan layihə ilə bağlı tədbir keçirilib
Layihədə dünyanın ayrı-ayrı ölkələrindən 12 ali təhsil müəssisəsi və 3 elmi mərkəz, o cümlədən Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Berlin Texniki Universiteti (Almaniya), Tvente Universiteti (Hollandiya), Tallinn Texnologiya İnstitutu (Estoniya), Təl-Əviv Universiteti (İsrail), Əl Farabi adına Milli Universitet (Qazaxıstan) iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov qeyd edib ki, layihənin əsas məqsədi bakalavriat və magistratura pillələrində ekosistemlərin monitorinqi məqsədilə məsafəli zondlamanın tətbiqi sahəsində təhsilin inkişaf etdirilməsidir. O, layihə çərçivəsində universitet əməkdaşlarının Avropanın tərəfdaş ali təhsil müəssisələrində təlimlərdə iştirak etməsi nəzərdə tutulduğunu deyib. Rektorun sözlərinə görə, BDU-da yerin müşahidəsi və ekosistemlərin monitorinqinin aparılması üçün müasir laboratoriyanın yaradılması planlaşdırılır.
A.Məhərrəmov, həmçinin məlumat verib ki, seçilmiş sahə üzrə Bolonya sisteminin tələblərinə uyğun olaraq proqramların yenilənməsi, təcrübələrə əsaslanmış yeni fənlərin tətbiqi və s. nəzərdə tutulub.
2014-2016-cı illəri əhatə edən layihənin ümumi dəyəri 1 milyon 114 min avro məbləğindədir. Layihəni koordinasiya edən Almaniyanın Berlin Texniki Universitetidir.
SESREMO layihəsinin ümumi əlaqələndiricisi Arnold Sterenharz layihə üzrə həyata keçirilən tədbirlərdən bəhs edib.
BDU-nun biologiya fakültəsinin dekanı, professor Akif Quliyev, Berlin Texniki Universitetinin nümayəndəsi Elena Eyngorn və digər çıxış edənlər də layihə ilə bağlı fikirlərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]