Elm və texnologiya
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun beynəlxalq əlaqələri genişlənir-A +A
2014-01-25 13:02:00
25.01.2014 [13:02]

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun beynəlxalq əlaqələri genişlənir

BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin koordinatorluğu ilə “Fieldwork Education” şirkətinin Təhsil Nazirliyinə beynəlxalq məsləhətçi xidməti göstərən ekspertləri - xanım Ketrin Taker və Qrehem Rivs Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) olmuşlar

Bakı, 25 yanvar (AzərTAc). BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin koordinatorluğu ilə “Fieldwork Education” şirkətinin Təhsil Nazirliyinə beynəlxalq məsləhətçi xidməti göstərən ekspertləri - xanım Ketrin Taker və Qrehem Rivs Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) olmuşlar.
BPKİYİ-dən AzərTAc-a bildirmişlər ki, görüşdə institutun rektoru, professor Asəf Zamanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində pedaqoji işçilərin fəaliyyətinin qiymətləndirilməsi sisteminin, müəllimlərin sertifikasiyası və ixtisasartırması mexanizmlərinin hazırlanmasının əhəmiyyətindən söhbət açmışdır.
Rektor institutun fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsindəki uğurlarından danışmış, qonaqların İnstituta ikinci səfərini yüksək dəyərləndirmişdir.
Keyfiyyətli müəllim kadrlarının hazırlanması üçün beynəlxalq ekspertlərin təklifləri institutun rəhbərliyi və mütəxəssisləri ilə müzakirə edilmişdir.
Sonda beynəlxalq ekspertlər institutda olmalarından məmnunluqlarını bildirmişlər.

 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.