Haqqımızda

Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir.


Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 1-də yaradılan AzərTAc sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik özünün tarixi adını qaytarmış - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlamışdır.

AzərTAc rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və çin dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.

AzərTAc İTAR-TASS (Rusiya), Sinxua (Çin), Anadolu Agentliyi (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), BTA ( Bolqarıstan), Ukrinform (Ukrayna), TANYUQ ( Serbiya), AGERPRESS (Rumıniya), BELTA (Belarus), Moldpress (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa) agentlikləri ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalamışdır. 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına ( OANA), 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilmişdir. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçiləırindən biridir. AzərTAc-ın müxbir məntəqələri ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Baltik ölkələri, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan, Türkmənistan, Çin, Yaponiya, İspaniya, Rumıniya, İtaliya və İsveçdə, respublikanın regionlarında fəaliyyət göstərir.

İki nüfuzlu media-strukturun - Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının (OANA) və Xəbər Agentliklərinin V Dünya Konqresinin iclaslarının 2016-cı ildə Azərbaycanda keçirilməsi hüququnun əldə edilməsi agentliyin beynəlxalq media məkanında geniş fəaliyyətinin nəticəsi olmuşdur. AzərTAc həmin tədbirləri keçirdikdən sonra 2016-2019-cu illərdə OANA-nın və Xəbər Agentliklərinin Dünya Konqresinin sədri olacaqdır.

Bizimlə əməkdaşlıq etmək arzusunda olanlar ilə əlaqə yaratmağa şad olarıq.

Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc
AZ1000, Bakı, Bülbül prospekti, 30

Baş direktor - Aslan Aslanov

E-mail: azertac@azdata.net, azertac@azertag.com
URL: http://www.azertag.gov.az/

Tel.: (+994 12) 493-59-29, 498-60-07
Faks (+994 12) 493-62-65, 598-53-34

 

 

 

 

Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.